BAKU Azərbaycan
4.03°C
  • USD
    1.7
  • EUR
    1.7488
  • RUB
    1.6559
  • TRY
    0.0479
  • GBP
    2.0771
19958

Fevralın 17-18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şurasının növbəti iclasında ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi məsələsi əsas diqqət mərkəzində olub.

Nazirlər Kabinetindən Valyuta.az-a verilən məlumata görə, toplantıda dünya ərzaq bazarlarında məhsulların qiymətlərində kəskin bahalaşmanın ölkədə işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin gücləndirilməsi geniş müzakirə olunub.

Bu baxımdan Azərbaycanda inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla əhalinin sosial rifahına inflyasiyanın təsirlərinin minimallaşdırılması, daxili bazarda süni qiymət artımı üzərində monitorinqin gücləndirilməsi, sahibkarlar üçün güzəştli kredit və faiz subsidiyası mexanizmi məsələləri barədə müzakirələr aparılıb.

İclasda inflyasiyanın qarşısının alınması üçün makroiqtisadi siyasət və dövlət tənzimlənməsi tədbirləri, yüksək idxal inflyasiyasının məhdudlaşırılması üçün tədbirlər müzakirə olunub.

Minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsinin gücləndirilməsi, əhalinin istehlak etdiyi və emal sənayesində istifadə olunan əsas kənd təsərrüfatı məhsullarının istehsalın artırılması perspektivləri və proqnozları, o cümlədən bu kontekstdə çağırışlar müzakirə olunub.

Həmçinin qiymət artımı şəraitində əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunmasına yönəlmiş tədbirlər və Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə əmək haqları, sosial ödənişlər və sosial dəstək tədbirlərinin artırılması xüsusi vurğulanıb. Bu sosial islahat paketinin 3,4 milyon insanı əhatə etdiyi və bu məqsədlər üçün əlavə 2,1 milyard manat dövlət vəsaitinin ayrıldığı bildirilib. İclasda sosial dəstək tədbirlərinin davam etdirilməsi, zərurət olduğu təqdirdə özünüməşğulluq və haqqı ödənilən ictimai işlər proqramının əhatə dairəsinin daha da genişləndirilməsi və digər aktual məsələlər barədə geniş müzakirələr aparılıb və müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Azer N Agro" inzibati məsuliyyətə cəlb edilib

"Qlobal artım: fərqli və qeyri-müəyyən" hesabatı - Beynəlxalq Valyuta Fondu

"HACI MİRZƏLİOĞLU"na protokol tərtib olunub

İqtisadi fəaliyyət qaydalarını pozan şirkət cərimələnir

Keçmiş deputata məxsus şirkət gömrük qaydalarını pozmaqda ittiham edilir

Ağdamla bağlı 107 milyonluq layihə - Çoxfunksiyalı yaşayış binaları tikiləcək

Nəsli kəsilmiş heyvanlar geri qayıda bilərmi? – Araşdırmalar başlandı

Yasamalda Mərkəzi Parkın tikintisinə daha 37 milyon xərclənəcək

Qiymətləri şişirdilmiş 8 yeni avtomobil: Ekspertlər onların almamağı tövsiyə edir

Parklanma xidmətindən narazılıq - Vətəndaş pozmadığı qaydanın cəriməsini ödəməli olur

"Politico": Aİ Ukraynadan tranzit dayandırıldıqdan sonra Rusiyadan rekord sürətlə qaz alıb

Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər

Avro bölgəsində inflyasiya artdı

Banklar son 2 ildə nə qədər kredit veriblər? - Tam siyahı

Davosda 124 milyardlıq görüş - “Ağıllı dövr üçün əməkdaşlıq”

"USQ"yə kriptovalyuta göndərdi - 7 il həbs cəzası aldı

"Premium Bank"ın əsas səhmdarı vəfat edib

Abbas İbrahimov: “Bu il ilk dəfə 35 mindən artıq səhmdarımızla gəlirlərimizi bölüşəcəyik”

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

Bu il hansı məhsullar bahalaşdı?

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

“Bank of Baku”nun maliyyə hesabatı - Biznes kreditləri azalıb, faiz gəlirləri artıb

Əhalinin bir nəfəri orta hesabla ayda 632 manatlıq mallar alıb

Prezident: Azərbaycan Gürcüstan iqtisadiyyatına 3.6 milyard dollar sərmayə qoyub

London birjası rekord qırdı

Azərbaycanda əhalinin gəlirləri 83 mlrd. manatı keçib

Kapital Bank 30-cu “Euromoney” Mərkəzi və Şərqi Avropa Forumunda®

Qanun pozuntularına yol verərək cərimələnən həkim və klinikaların sayı - RƏSMİ

İmran Xan və həyat yoldaşı ümumilikdə 21 il həbsdə qalacaqlar

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Mobil operatorlar ötən il ₼1.2 mlrd. gəlir qazanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin