Sosial
27.01.2022 / 12:24
Ötən il sosial paketlər üçün 5 milyard manat ayrılıb - Sahil Babayev
19096
Ötən il sosial paketlər üçün 5 milyard manat ayrılıb.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev korporativ sosial məsuliyyət tədbirlərində aktiv iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
Prezident İlham Əliyevin tapşırığı əsasında sosial müdafiə və aktiv məşğulluq proqramlarının ildən-ilə xeyli genişləndiyini vurğulayan S.Babayev sosial tərəfdaşların korporativ sosial məsuliyyət çərçivəsində bu proqramların icrasına göstərdiyi dəstəyi qeyd edib.
"Pensiya siyasətinin humanitarlığının ən əsas göstəricisi 700 mindən artıq pensiyaçısının əlavəsini dövlət öz hesabına ödənməsidir", - nazir əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay