BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
16866

"Azərbaycanda müxtəlif vaksinlərdən geniş istifadə olunur. Görülən tədbirlər, aparılan əks-epidemik addımlar, o cümlədən karantin tədbirləri zaman-zaman öz müsbət nəticəsini versə də, son zamanlar yenə də koronavirusun yeni dalğasının, xüsusilə “Delta” ştamının qonşu ölkələrdə yayılmasından sonra Azərbaycanda da son vaxtlar müşahidə edilməsi daha ciddi tədbirlərin görülməsini tələb edir. Ötən ilin təcrübəsi göstərdi ki, sərt karantin rejiminin uzun müddət davam etməsi həm sosial-iqtisadi, həm də psixoloji cəhətdən cəmiyyətə və dövlətə mənfi təsir edir".

Valyuta.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev ifadə edib. 

Deputat qeyd edib ki, bunlardan daha əhəmiyyətlisi vaksinasiyanın genişləndirilməsindən ibarətdir: 

"Hazırda 4 milyondan çox insana iki doza vaksin vurulmasına baxmayaraq, hələ də peyvənd olunmayan vətəndaşlarımız var. Bu da xəstəliyin, ümumiyyətlə, “Delta” ştamının sürətlə yayılmasına təhlükə yaradır. Yay aylarında karantin rejiminin yumşaldılması, o cümlədən rayonlararası gediş-gəlişin, toy mərasimlərinin bərpa olunması, həmçinin restoranların, kafelərin, ictimai iaşə obyektlərinin, idman zallarının açılması bir tərəfdən əhalinin üzləşdiyi sosial və psixoloji gərginliyi aradan qaldırsa da, digər tərəfdən yeni yoluxma hallarının sürətlənməsinə gətirib çıxardı”. 

Onun sözlərinə görə, son günlərin statistikası bizi xüsusilə narahat etməkdədir: 

“Çünki həm yoluxanların sayı kəskin artır, həm də ölüm halları çoxluq təşkil edir. Buna görə də reanimasiyalar ağır xəstələrlə dolur, bu da perspektivdə ölüm hallarının daha da artacağı təhlükəsi yaradır. 

Bunların qarşısını almaq üçün nə etmək lazımdır? Şübhəsiz ki, birinci növbədə, vaksinasiyada stimullaşdırıcı addımlara getməliyik. Gündəlik yoluxanların sayının 1000 nəfəri keçməsi bizə qismən də olsa, karantin rejiminin sərtləşdirilməsi zərurətinin yarandığını göstərir. Yəqin ki, Operativ Qərargah bu barədə də öz tövsiyələrini bildirəcək. İstənilən halda, özünüqoruma tədbirlərini heç vaxt yaddan çıxarmamalıyıq”.

M. Quliyev qeyd edib ki, açıq havada maskanın istifadəsi yalnız tövsiyə olunur: 

"Amma sosial məsafəni gözləmək şərti ilə açıq havada da imkan daxilində maskaya keçilməsi xüsusən payızın ilk aylarından başlayaraq məcburi xarakter ala bilər. İnsanlar, eyni zamanda, xəstəliyə yoluxmamaq və ya onu yüngül keçirmək üçün peyvənd olunaraq immunitetin gücləndirilməsinə üstünlük verməlidirlər. Vaksinasiya barədə tədbirlər geniş xarakter almalıdır. Həmçinin peyvənd olunan şəxslərə stimullaşdırıcı üstünlüklər verilə bilər”. 

Bu barədə Avropanın da yetərincə təcrübəsi olduğunu deyən M.Quliyevin fikrincə, onlardan da istifadə etmək olar:

“Bütövlükdə biz pandemiya ilə mübarizəni necə aparacağımızı və bunun nə zaman bitəcəyini bilmədiyimizə görə bu addımları atmaq zərurətindəyik. Eyni zamanda, həm də ölkə iqtisadiyyatını qorumaq məcburiyyətindəyik. Biz kollektiv şəkildə bu işə məsuliyyətlə yanaşsaq, hesab edirəm ki, itkilərimiz daha da az olar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yuanın beynəlxalq ödənişlərdə neçənci yeri tutduğu üzə çıxdı

İqtisadçı Kopılova Rusiya iqtisadiyyatının üç problemini açıqladı

"Badamdar Estates" məcburi auditdən yayınıb?

Aİ-nin hansı ölkələri neft məhsullarının idxalından daha çox asılıdır?

DGK "Real Lift Quraşdırma" MMC-yə protokol yazdı

"Boeing" on minlərlə işçisini ödənişsiz məzuniyyətə göndərəcək

Bu ölkədə elektromobillərin sayı benzinlə işləyən maşınları keçdi - İlk dəfə

"Doktor Vidadi V.Əliyev" MMC-də sertifikasiyadan keçməyən işçilər çalışır?

Hakan Fidan: "Türkiyə BRİCS-i alternativ iqtisadi platforma hesab edir"

Avropa İttifaqında avtomobil satışları kəskin azalıb

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək

Avropa Rusiyadan qaz almasa, bu qış özünü təmin edə biləcək?

Aİ Macarıstanın büdcə ödənişlərindən 200 milyon avro tutacaq - FT səbəbi açıqladı

"Şəmkir Regional Kənd Təsərrüfatı" cərimələnib

Avropa Yaxın Şərqdən dizel alışını artırır

Bakı Tərcümə Forumu süni intellekt inqilabı əsrində dil sənayesinin gələcəyini araşdıracaq

"iPhone 16 Pro Max" Azərbaycanda 7350 manata satılır - Real qiymətindən baha

Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur?

"Zarat İmport Export" gömrük qaydalarını pozub

“Finex Kredit”in zəifləməsi fonunda rəhbəri işdən çıxarılıb

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak etdi (YENİLƏNİB)

Suvarılan torpaqlarla bağlı iki fərqli statistika - Hansı qurumlar nəzarət etməlidir?

Saxta yuyucu vasitələr istehsal edən sex bağlandı

Bakı və rayonlarda pensiya niyə fərqli vaxtlarda verilir?

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Daxili dövlət borcunun artması iqtisadi artıma təsir edəcək? (ŞƏRH)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin