BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
10547

“İl ərzində əmək məzuniyyətinin mütləq istifadə olunması ilə bağlı hazırda hər hansı tələb yoxdur. Amma Nazirlik tərəfindən Əmək Məcəlləsinə müvafiq dəyişiklik hazırlanıb. Biz bununla bağlı müəyyən tələblərin nəzərə alınmasını istəyirik”. 

Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Növbətçi Müfəttişin” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov bildirib. 

Onun sözlərinə görə, işçi bəzən bilərəkdən məzuniyyətini istifadə etmir ki, sonda müəyyən şəkildə kompensasiya alsın: 

“Lakin bu düzgün yanaşma deyil. Ona görə də işəgötürənlərə tövsiyə edirik ki, məzuniyyət qrafiki qabaqcadan işçilərlə razılaşdırılmaqla təsdiq edilsin. Əmək Məcəlləsində qrafikin tərtib olunması nəzərdə tutulub, lakin imperativ norma olmadığına görə, tərtib olunmaya da bilər. Bunu işçi ilə işəgötürən qarşılıqlı razılaşma ilə də edə bilər. Lakin qrafik tərtib olunsa, işəgötürən işçinin qarşısında razılığa əsasən tələb qoya bilər ki, məzuniyyət hüququndan istifadə etsin. Məqsəd odur ki, bununla işçinin il ərzində fiziki, psixoloji sərf etdiyi enerji bərpa olunur, istirahət hüququ təmin edilir və yeni formada işə qayıdır”. 

Fuad Heydərov qeyd edib ki, illərlə məzuniyyətdən istifadə olunmaması gələcəkdə işəgötürənlər üçün əməyin mühafizəsi qaydalarının pozulmasına da gətirib çıxara bilər: 

“Ona görə də il ərzində məzuniyyətdən mütləq şəkildə istifadə olunması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

İcbari Tibbi Sığorta Agentliyi nəyi öyrənmək istəyir? - Sorğu

Doqquz il qarajda “yatdıqdan” sonra hərraca çıxarılan “Porsche”nin hekayəsi

ABŞ-da tibb bacıları süni intellektin səhiyyədə istifadəsinə etiraz edirlər

“As İnşaat” müqaviləsiz işçi işlədib?

Rusiya şirkətlərinin 60%-dən çoxu hələ də Microsoft-dan istifadə etməyə davam edir

"Nokia" 4G və USB-C dəstəyi ilə yeni funksiyalı telefon buraxdı

Mərakeşdə “Şuşa günləri” keçiriləcək

"Xalq-City" MTK-ya protokol yazıldı

MAQATE: Zaporojye AES-də vəziyyət gözlənilməz olaraq qalır

Ailəsi ilə birgə öldürülən direktorun yerinə - Təyinat

“Azərterminalkompleks”in işdən çıxarılan əməkdaşı məhkəməyə üz tutdu

Bakının bu rayonunda qaz kəsiləcək

Trampın müşavirləri dollardan imtina etmək istəyən ölkələrə qarşı...

Fermerlərə pulsuz hüquqi yardım göstəriləcək

Kirayə mənzil bazarında qiymət artımı, bazardan çıxan evlər – Problemin həlli nədir?

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib (YENİLƏNİB)

3 ayda Türkiyədən aldığımız zeytun və zeytun yağı alışında 44% artım olub

Büdcədə 3 milyardlıq profisit - Uşaqlar üçün hansı sosial layihələr həyata keçirilə bilər?

"Xalq Bank" geriləməyə başlayıb - Aktivlərdə 45 milyon, kreditlərdə 26 milyonluq azalma

Azərbaycanda ilk dəfə "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Üç ayda bu məhsulun satışından 100 milyon dollara yaxın gəlir əldə etmişik – 20 milyondan çox azalma olub

Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Tikinti şirkəti vətəndaşın torpağını zəbt edib - Məhkəmə çəkişməsi

“Bank of Baku” növbəti dəfə keşbekləri məhdudlaşdırıb

“Bank of Baku” növbəti dəfə keşbekləri məhdudlaşdırıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin