BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
10117

Azərbaycanda son 30 ildə hər 1000 nəfərə düşən doğum göstəricisi 2 dəfə azalıb, ölüm sayı 24,6 faiz artıb, təbii artım təxminən 4 dəfə azalıb. Bu haqda statistik araşdırmanı Bakı Araşdırmalar İnstitutu (BAİ) aparıb.

Valyuta.az Baki-Xeber.coma istinadən xəbər verir ki, 1990-2020-ci illərdə Azərbaycanda əhalinin tәbii artım, doğum və ölüm səviyyəsinin statistikasını araşdıran zaman BAİ-yə məlum olub ki, 1955-ci ildən sonra demoqrafik baxımdan ən pis vəziyyət 2020-ci ildə qeydə alınıb. Ötən il hər min nəfərə düşən təbii artım 5,1 nəfər olmaqla son 75 ilin ən aşağı göstəricisidir. 

Hər 1000 nəfərə düşən doğulanların sayı 12,7 nəfər olmaqla son 76 ilin ən aşağı, ölənlərin sayı 7,6 nəfər olmaqla son 65 ilin ən yüksək göstəricisidir. Rəsmi statistikaya görə, 2020-ci ildə 126571 nəfər, ölənlərin sayı 75647 nəfər olub, təbii artım 50924 nəfər təşkil edib.

Son 75 ilin ən aşağı statistikanın məhz bu ilə təsadüf etməsi nəyin nəticəsində ola bilər?

Sosioloq Aqşin Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bunun bir çox səbəbləri var: 

“İlkin olaraq onu deməliyik ki, Azərbaycanda qurulan ailələrin sayı da get-gedə azalır. Qurulduqdan sonra dağılan ailələrin sayı da ürəkaçan deyil. Əksər belə ailələr dünyaya uşaq gəlmədən dağılırsa, hər hansı bir təbii artımdan söhbət gedə bilməz. Bundan əlavə, əvvəlki Azərbaycan ailələri ilə müqayisədə uşaqların sayı az olur. Orta Azərbaycan ailəsində daha çox iki uşağa rast gəlirik. Əgər iki uşaq varsa, bu, ümumi sayda artıma səbəb olmur. Çünki valideynlərin də sayı iki nəfərdi. Demək olar ki, yeni dünyaya gələnlər say baxımından öz valideynlərinin itkisi ilə bağlı sayı kompensasiya etmiş olacaq. Təbiidir ki, bir sıra iqtisadi amillər ailə planlamasına mənfi təsir edir. Son iki ilin pandemiya dönəminə təsadüf etməsi də buna əhəmiyyətli təsir edib. Toyların icazəsini gözləyən xeyli ailə var. Bununla yanaşı, qlobal bəla əhalinin iqtisadi zənbilinə ciddi təsir edib. Bütün bunlar təbii artımın qarşısını alan təbii proseslərdi. Qonşu ölkələrdə vəziyyət daha pisdir. Bizdə, hələ ki, narahatedici mərhələyə qədəm qoyulmayıb”.

Ekspertin sözlərinə görə, ölkəmizdə təbii artım səviyyəsi bir çox ölkələrlə müqayisədə daha yüksəkdir: 

“Azərbaycan bu anlamda həm Cənubi Qafqazda, həm də regionda bir çox dövlətləri qabaqlamaqdadır. Buna baxmayaraq, açıqlanan son statistika göstərir ki, təbii artım əmsalları ilbəil aşağı düşməkdədir. Bunun səbəblərini araşdırarkən bir sıra amillər nəzərə alınmalıdır. Bu işlərə ən əvvəl sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması, gənc ailələrə dəstək verilməsi daxildir. Gənc ailələrin mənzilə çıxış imkanları çox məhduddur. Bu, ailə planlaşdırılmasında çox ciddi məsələdir. Uşaqpulu ilə bağlı neçə illərdir müzakirələr gedir. Onun işlək bir mexanizminin tapılması gərəkdir. Ciddi qabaqlayıcı tədbirlər görülməsə, növbəti onilliklərdə də təbii artım səviyyəsi ümumən aşağı ola bilər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyanın ən böyük 20 bankı

Prezident Qarabağ Universitetinin açılışında (YENİLƏNİB)

AYNA Xocalı prospektində narazılıq yaradan nişanlanma xətlərində dəyişiklik edib

ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı 2 yeni hal

COP29-da bu iş yerləri bağlana bilər

"Əsrin Müqaviləsi"nin 30 ili tamam olur

Qumadası yaşayış massivində niyə məktəb və bağça yoxdur? (VİDEO)

COP29 çərçivəsində Bakıda 350 elektrik avtobusu işləyəcək

Çindən avtomobil gətirənlərə xəbərdarlıq (VİDEO)

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Avro və rubl bahalaşdı - Məzənnə

Azərbaycan neftinin qiyməti 78 dolları ötüb

Stresədavamlı işçi - "Bəzi iş yerlərində belə tələbin qoyulması qanunidir"

Yuanın beynəlxalq ödənişlərdə neçənci yeri tutduğu üzə çıxdı

İqtisadçı Kopılova Rusiya iqtisadiyyatının üç problemini açıqladı

"Badamdar Estates" məcburi auditdən yayınıb?

Aİ-nin hansı ölkələri neft məhsullarının idxalından daha çox asılıdır?

DGK "Real Lift Quraşdırma" MMC-yə protokol yazdı

"Boeing" on minlərlə işçisini ödənişsiz məzuniyyətə göndərəcək

Bu ölkədə elektromobillərin sayı benzinlə işləyən maşınları keçdi - İlk dəfə

"Doktor Vidadi V.Əliyev" MMC-də sertifikasiyadan keçməyən işçilər çalışır?

Hakan Fidan: "Türkiyə BRİCS-i alternativ iqtisadi platforma hesab edir"

Avropa İttifaqında avtomobil satışları kəskin azalıb

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək

Avropa Rusiyadan qaz almasa, bu qış özünü təmin edə biləcək?

Aİ Macarıstanın büdcə ödənişlərindən 200 milyon avro tutacaq - FT səbəbi açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin