BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
9390

Elman Sadıqov: “Virusla effektiv mübarizə iqtisadiyyatı flic etmək hesabına həyata keçirildi”

“Hazırda yenidən sərt karantin rejimi gündəmə gəlməkdədir. Səbəb aydındır: Novruz Bayramında əhalinin sıx təmasları, bayramlaşmalar koronavirusu daha geniş yaya bilər. Bu daha çox səhiyyə sisteminin mövqeyidir və haqlı narahatlıqdır”. 

Valyuta.az xəbər verir ki, iqtisadçı ekspert Elman Sadıqov karantinin elan edilib-edilməməsi ilə bağlı müzakirələrə münasibət bildirərkən belə deyib. 

Onun sözlərinə görə, sərt tədbirlərin görülməsinin əleyhinə olanlar müxtəlif arqumentlər səsləndirirlər: 

“Onların bir qismi rayonlara getmək istəklərini bildirir, bir qisim sərt karantinin maddi vəziyyəti, dolanacağı çətinlişdirdiyini əsas göstərir, bir qisim psixoloji olaraq yorulduğunu bildirir və sair. Mən isə məsələyə sırf iqtisadi və maliyyə tərəfdən yanaşacağam. Azərbaycanda koronavirusla mübarizə İqtisadiyyat Nazirliyinin hesabına aparıldı. Yəni, virusla effektiv mübarizə iqtisadiyyatı bağlamaq, iflic etmək hesabına həyata keçirildi ki, bunun da gücü əvvəla İqtisadiyyat Nazirliyinin, sonra Mərkəzi Bank və Maliyyə Nazirliyinin üzərinə düşdü. Mən dövlət qurumlarından danışdığım üçün bu 3 qurumun adını çəkdim. Amma əsas güc, əziyyət əhalinin, xüsusilə kiçik və orta sahibkarların, günəmuzd işləyənlərin üzərinə düşdü”. 

Fikrini daha da konkretləşdirən E.Sadıqov müəyyən statistik təhlillərin aparılmasına ehtiyac olduğunu vurğulayıb. Bildirib ki, qonşu ölkələrlə müqayisədə  Azərbaycanda son 1 ildə virusla mübarizənin sadəcə olaraq, karantin hesabına, yəni iqtisadiyyat hesabına aparıldığı görülür: 

“Çox ciddi statistik təhlillərə ehtiyac vardır. Məsələn, digər ölkədəki adambaşına virusa yoluxan xəstə və ölüm sayları ilə karantin günlərinin saylarını və Azərbaycandakı eyni məlumatları müqayisə etdikdə bu qədər sərt tədbirləri görməyən ölkələrdə də demək olar ki, eyni göstəricilərin olduğu üzə çıxır. Digər tərəfdən, iqtisadiyyat virusla mübarizədə bu qədər fədakarlıq etdi. Sabah istər fiskal, istər monetar siyasətlərdə yarana biləcək ciddi riskləri yumşaltmaqda səhiyyənin hansı rolu olacaq? Rolu olacaq, amma müsbət mənada deyil”. 

Ekspert iqtisadiyyatın virus bitəndən sonra bərpa olunmağa başlaması kimi fikirlərin yanlış olduğunu vurğulayıb: 

“Hər qapalı gün öz mənfi effektini verir və sabah bərpa prosesi də daha ağrılı, daha çətin, daha maliyyətli olacaq. Dövriyyədəki pulun sürəti, iqtisadi fəallıq, təşviq paketləri və karantin günləri arasındakı nisbət və s. kimi amillər də bərpa prosesinə ciddi təsir edəcək”. 

E.Sadıqov dünyada koronavirusa qarşı peyvənd edilməsi proseslərinə də toxunub: 

“İsrail yaxın 1-2 aya peyvəndləmə məsələlərini bitirəcək. ABŞ-da da proses sürətlə gedir. Azərbaycanda da peyvəndləmə prosesi haqqında mənfi fikir söyləmək doğru olmaz. Gedişat və sürət bir çox ölkələrdən geri qalsa da, ümumilikdə təqdirəlayiq hesab olunur. Burada səhiyyə sisteminin rolu vardır. Ancaq bütün hallarda iqtisadiyyatın bərpası prosesinə çox gec başlamağın bir çox ciddi və yumşaldılması daha böyük maliyyə tələb edəcək risklər yaradacağı ehtimalı arta bilər”. 

Hazırda neft qiymətlərinin 67 dollar ətrafında olduğunu deyən eskeprt bunun Azərbaycan üçün çox optimal rəqəm olduğunu vurğulayıb. Ətrafımızda və dünyada yaranan nisbi sakitliyin iqtisadiyyatın tədricən, səmərəli və məqsədyönlü bərpası üçün çox ideal şərait hesab edib.

 E.Sadıqovun fikrincə, bu qədər ciddi və kəskin məsələlərin olduğu yerdə virusla mübarizənin yeganə yolunu sərt karantində görmək onunla daha səmərəli mübarizədə başqa vasitələrdə acizliyi etiraf etməkdir.

Zeynəb Vəkil
Valyuta.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

İcbari Tibbi Sığorta Agentliyi nəyi öyrənmək istəyir? - Sorğu

Doqquz il qarajda “yatdıqdan” sonra hərraca çıxarılan “Porsche”nin hekayəsi

ABŞ-da tibb bacıları süni intellektin səhiyyədə istifadəsinə etiraz edirlər

“As İnşaat” müqaviləsiz işçi işlədib?

Rusiya şirkətlərinin 60%-dən çoxu hələ də Microsoft-dan istifadə etməyə davam edir

"Nokia" 4G və USB-C dəstəyi ilə yeni funksiyalı telefon buraxdı

Mərakeşdə “Şuşa günləri” keçiriləcək

"Xalq-City" MTK-ya protokol yazıldı

MAQATE: Zaporojye AES-də vəziyyət gözlənilməz olaraq qalır

Ailəsi ilə birgə öldürülən direktorun yerinə - Təyinat

“Azərterminalkompleks”in işdən çıxarılan əməkdaşı məhkəməyə üz tutdu

Bakının bu rayonunda qaz kəsiləcək

Trampın müşavirləri dollardan imtina etmək istəyən ölkələrə qarşı...

Fermerlərə pulsuz hüquqi yardım göstəriləcək

Kirayə mənzil bazarında qiymət artımı, bazardan çıxan evlər – Problemin həlli nədir?

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib (YENİLƏNİB)

3 ayda Türkiyədən aldığımız zeytun və zeytun yağı alışında 44% artım olub

Büdcədə 3 milyardlıq profisit - Uşaqlar üçün hansı sosial layihələr həyata keçirilə bilər?

"Xalq Bank" geriləməyə başlayıb - Aktivlərdə 45 milyon, kreditlərdə 26 milyonluq azalma

Azərbaycanda ilk dəfə "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Üç ayda bu məhsulun xaricə satışından 100 milyon dollara yaxın gəlir əldə etmişik

Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin