BAKU Azərbaycan
27.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
43430

Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb olunub.

Valyuta.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin Mətbuat xidmətlərinin birgə məlumatında deyilir.

Məlumata görə, Azərnaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, o cümlədən hüquqpozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə birgə kompleks tədbirlər həyata keçirilir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyevin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində cinayət işi başlanıb.

İstintaq zamanı Elşən Mustafayevin 2023-cü ilin aprel ayında qeyd edilən vəzifəyə təyin edildikdən sonra müavini Zamin Əliyev ilə qabaqcadan əlbir olub əsas fəaliyyət istiqaməti narkotik vasitələr və spirtli içkilərin qəbulundan əziyyət çəkən şəxslərin müayinə və müalicəsini aparmaqdan ibarət olan həmin Mərkəzə pasiyentlərin qəbul edilərək aidiyyəti şöbələrə yerləşdirilməsi, müayinələrin aparılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına və əvvəlcədən əldə edilmiş razılığa uyğun şəkildə aralarında bölüşdürülmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmin şəxslərin qanunazidd əməlləri əməliyyat-texniki tədbirlərlə təsbit edilərək onlar cinayət başında yaxalanıb və aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənədlər və digər maddi sübutlar götürülüb.

Toplanmış ilkin sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyev şübhəli şəxs qismində tutularaq onlara Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib və barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Bank Avrasiya” digər banklardakı depozitləri 4 milyon manata yaxın azalıb

Rabitəbank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb ®

Azərbaycanda istehsal olunan ətin, südün və yumurtanın miqdarı artıb

“Azər-Türk Bank” maliyyə göstəricilərini açıqlayıb

Aşağı maaşla pula qənaət etməyin yolları

Bitcoin yenidən bahalaşır - Kriptovalyutaların qiymətləri

İngiltərədə bu şifrəni istifadə etmək qadağan edildi

Yataqxanalardakı mənzillərin satılması qanunidirmi? - Video

ChatGPT məhkəməyə verildi - Səbəb?

Avropa İttifaqı “TikTok”u bloklamağa hazırlaşır

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər?

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Avro və rubl ucuzlaşdı, lirə bahalaşdı – Məzənnə

Son beş gündə İlon Maskın sərvəti 37,3 milyard dollar artıb

Son beş gündə İlon Maskın sərvəti 37,3 milyard dollar artıb

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb

ADNA terrorundan 15 il ötür

Azərbaycanda ada turizmi niyə inkişaf etməyib? - Araşdırma / Video

Bu gün bu rayonlarda qaz kəsiləcək

Səfər sığortası məcburidirmi? - Ekspert şərhi

Köhnə ehtiyat hissələri təzədən etibarlıdır? - VİDEO

Dünyada ilk robot stüardessa nümayiş olunacaq

Dünyada ilk robot stüardessa nümayiş olunacaq

Süni intellekt yeni təhlükəli viruslar aşkarlayıb

Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb - Fotolar

Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb

Sağlamlıq arayışı ödənişsiz olacaq?

BVF: Son illərdə dünyada ticarət məhdudiyyətləri dörd dəfə artıb

Keçmişin günahları ilə üzbəüz: Yapon peyki Yaponiya kosmik zibili ilə toqquşdu (FOTO)

“Kombat Group”a qarşı ittiham

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin