BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
28691

Böyük Britaniyada poliklinika və xəstəxanalarda növbələrin aradan qaldırılması üçün unikal addım atıb. Beləki, bundan sonra bu ölkədəki aptek əczaçılarına xəstəlikləri olan müştərilərə dərman preparatları yazmaq hüququ veriləcək. Bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak məlumat verib. 

Onun sözlərinə görə, bu qərar dövlət klinikalarında ümumi praktikantlar üçün gözləmə siyahılarını azaltmağa kömək edəcək.

Əczaçılar boğaz və ya qulaq ağrısı, sidik yollarının iltihabı və s. şikayətləri olan şəxslərə resept yaza biləcək. Yeni qaydalar bu ilin sonunda qüvvəyə minəcək. Dəyişiklik üçün hökumət 645 milyon funt sterlinq ayırmaq niyyətindədir.

Etiraf edək ki, anoloji problem bizim ölkəmizdə də var. Əksər xəstəxana və poliklinikalarda uzun növbələr olur. 

Bu problemin ləğvi üçün Azərbaycanda da belə bir qərar qəbul edilə bilərmi?

Məsələ ilə bağlı tanınmış həkim Rasif Bağırovun fikirlərini öyrəndik. 

O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, Avropa ölkələrində belə bir qaydanın qəbul edilməsində qeyri-adi heç nə yoxdur:

"Aydındır ki, Böyük Britaniyanın apteklərində çalışanların hazırlıq səviyyəsi çox yüksəkdir. Ona görə də hökümət bəzi yüngül xəstəliklərə resept yazmaq üçün aptek işçilərinə səlahiyyət verilə bilər”.

Bu qaydanın ölkəmizdə tətbiqinə gəlincə isə Rasif Bağırov bunları dedi:  

"Bizdə də bir çox apteklərdə əczaçılar insanlara məsləhət, hətta dərman verirlər. Məsələn, baş ağrısına, mədə qıcqırmasına, boğaz ağrısına görə aptekdə işləyənlər xəstəyə məsləhət verir, yardım edirlər. Hətta qripə yoluxan insanların bir çoxu həkimə yox, apteklərə müraciət edirlər. 

Apteklərdə xəstələrə məsləhət və respeptsiz dərman vermək qanunla qadağandır. Amma reallıqda dediyimiz mənzərə ilə rastlaşırıq. Apteklərdə işləyənlərə resept yazmaq səlahiyyəti o zaman verilə bilər ki, onların hazırlıq səviyyəsi çox yüksək səviyyədə olsun. Və qaydalar hansısa qurum tərəfindən təsdiqlənsin”.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Google" "Chrome"un rekord sürətlə işlədiyini deyir, amma istifadəçilər narazıdır

3,1 milyon manat vergi borcu olan “Nubosta Trade” kimindir?

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Çin banklara "Labubu" kuklaları ilə müştəri cəlb etməyi qadağan etdi

“İnvest-Azem"in rəhbərinə “stop” qoyuldu

Məhkəmə “Euro Sport”u cərimələdi

Bələdiyyələrdə auditlər – 2024-cü ilin statistikası nə deyir?

Bakıdan bu istiqamətə əlavə reyslər təyin edildi

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

Koreya alimləri metal istifadə etmədən elektrik mühərriki yaratdı

Ən yüksək balı bu məktəbin şagirdi toplayıb

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Rektor özünə müşavir TƏYİN ETDİ

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

Bu imtahanların nəticələri açıqlandı

Bu şirkət 1500 manat cərimələndi

“Təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir”

Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək

"Formula 1" Azərbaycan Qran-Prisi üçün bilet qiymətləri açıqlandı

İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?

Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı

Dünyanın ən bahalı F1 avtomobilləri

Dünyanın ən bahalı F1 avtomobilləri

Bu universitetdə üç yeni ixtisas açıldı

Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb

Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?

La Liqanın ən bahalı heyətləri - SİYAHI

19 yaşında tapdığı problem onu milyarder etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin