BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
26101

Danimarka dərman istehsalçısı “Novo Nordisk A/S” şirkətinin Azərbaycan nümayəndəliyi səhiyyə işçilərinə və əhaliyə müraciət edib.

Valyuta.az-ın məlumatına görə, Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə daxil olan müraciətdə deyilir ki, "Ozempik" preparatına tələbatın yüksək olması ilə əlaqədar "Ozempik" 0,5 mq və 1,0 mq preparatının çoxsaylı saxtalaşdırılma hallarının meydana çıxması müşahidə olunur.

Nümayəndəlikdən bildirilib ki, bütün kontrafakt (saxtalaşdırılma) halları Novo Nordisk şirkəti tərəfindən izlənilir və qeydə alınır. Hazırda Qazaxıstan, Rusiya, Azərbaycan və Özbəkistanda saxtalaşdırılma halları qeydə alınıb

Şirkət saxta "Ozempik" 0,5 mq və 1,0 mq preparatını necə fərqləndirmək barədə də tövsiyələrini verib:

- İnsulin istehsalçısı tərəfindən istifadə edilən, insulinlə müalicə üçün nəzərdə tutulmuş şpris-qələm

- Maksimum 80 vahid bölgüyə malik doza sayğacının olması (orijinal "Ozempik" şpris-qələmində cəmi 3 bölgü şkalası mövcuddur: 0,25 mq, 0,5 mq və 1,0 mq)

- Sıxdıqda, iynədən kəskin insulin qoxusuna malik olan maye axır

“Novo Nordisk A/S” şirkəti həm səhiyyə mütəxəssislərinə, həm də pasiyentlərə preparatı aptekdən əldə edərkən "Ozempik" şpris-qələminə xüsusilə diqqət yetirmələrini israrla tövsiyə edir.

Preparatın saxta olduğuna dair hər hansı şübhələr olduqda, insan orqanizminə gözlənilməz təsirlərin qarşısını almaq üçün bu halda preparatın istifadəsi qəti qadağandır. Saxta preparatın istifadəsi pasiyentin həyatı üçün təhlükəli ola bilər.

“Novo Nordisk A/S” şirkəti səhiyyə mütəxəssislərinə preparat istifadə edilənə qədər saxta məhsulun müəyyən edilməsi üçün "Ozempik" preparatının qablaşmasının içindəkiləri pasiyentlə birlikdə nəzərdən keçirmək imkanından istifadə etməyi tövsiyə edir və saxta məhsullar aşkar edildikdə, bu cür hallar barədə şirkətin elektron poçt ünvanına ([email protected]) məlumat verməyi israrla xahiş edir.

Novo Nordisk şirkəti bu vəziyyəti yaxından izləyir və "Ozempik" preparatının saxtalaşdırılması ilə bağlı məlum olan istənilən informasiyanın təqdim edilməsinə görə öncədən minnətdarlığını bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir (YENİLƏNİB)

Təhsil haqqı dövlət tərəfindən ödənilən şəxslərin yuxarı yaş həddinə yenidən baxıla bilər

Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur

Səyahət edərək necə pul qazanmaq olar?

2027-ci ildə yeni nəsil smartfonlar olacaq

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaq

Jurnalistə vəzifə verildi (FOTO)

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur (VİDEO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Növbəti köç karvanı Füzuliyə yola düşdü (FOTO)

Monqolustan və Britaniya nadir torpaq metalları sahəsində əməkdaşlıq edəcək

Nazirlərin may ayında vətəndaş qəbulu cədvəli

Paytaxtda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Kiloqramı 20-25 manat olan çay xaricdən 8 manata alınır – Alış ilə satış arasında niyə bu qədər fərq var?

Avro və rubl bahalaşdı – Məzənnə

Bitcoin və Etherium nə qədər ucuzlaşıb? - Kriptovalyutaların qiymətləri

Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu

Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb

Ağdamda iki hotel tikilir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı

ABŞ Ukraynaya silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır

100 ildir itdiyi düşünülən əsər 30 milyona satıldı

Bu il neft 100 dollara çata bilər – Dünya Bankı

Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB

Dünyada plastik tullantıların böyük hissəsinin səbəbkarı olan 5 şirkət (SİYAHI)

İnnovasiya və Təchizat Mərkəzi 369 576 manatlı hellium alır

ABŞ alimləri təbiilərindən üstün olan süni bədən hüceyrələri yaratdıblar

“Bakı Tikiş Evi” məhkəmə qarşısında

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin