BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
14362

Pandemiyanın neqativ təsiri bəzi hallarda, məsələn COVID-19 xəstəliyini ağır keçirmiş və ya yaxınını itirmiş şəxslərdə bilavasitə müşahidə olunub. 

Valyuta.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov məlumat verib.

O bildirib ki, psixi pozuntusu olan şəxslərdə simptomların ağırlaşması da baş verə bilər.

COVID-19 virusunun insan psixologiyasına təsirindən danışan həkimin sözlərinə görə, COVID-19 pandemiyası sağlam insanların psixikasına həddən artıq neqativ təsir göstərib:

“Digər hallarda isə dolayı yolla, iqtisadi və sosial problemlərlə, həmçinin çox sayda insanların həyat tərzinin dəyişməsi nəticəsində baş verib. Bu psixoloji nəticələrin bir çoxu pandemiya bitdikdən sonra da uzun müddət davam edir. Məsələn, müəllimlərin çoxu ilə müsahibə zamanı onlar onlayn təhsilə keçdikdən sonra şagirdlərin müvəffəqiyyətinin və dərslərə münasibətinin pisləşdiyini qeyd edirdi”.

Onun sözlərinə görə, buraya həmçinin uzunmüddətli psixoloji nəticələri ola biləcək dərnək, kurs, idman seksiyalarının ilyarım müddətinə bağlanması da aid edilə bilər:

“Prinsipcə, neqativ təsirlər haqqında çox yazılıb. Buna görə də, nə qədər paradoksal səslənsə də, mən bir neçə müsbət aspekti qeyd etmək istərdim. Birincisi, bir çox insanlarda dəyərlər sistemi dəyişib. Xüsusilə, ailə və dost münasibətlərinin əhəmiyyəti artmışdır və eyni zamanda düşünülməmiş istehlak və göstərişlə bağlı davranışların sayı azalıb. İkincisi, insanların psixologiyasında sağlamlıq və təhsillə bağlı məsələlər üstünlük təşkil etməyə başladı. Nəhayət, cəmiyyətin psixoloji resursları və infeksion xəstəliklər, gigiyenik normalara riayət hallarının sayı artdı. Yadınızdadırsa, ilk əvvəldə COVID-19 haqqında çox sayda əsassız fikirlər yaranmışdı, bir çoxu pandemiyaya ümumiyyətlə inanmırdı. İndi isə, praktik olaraq hər kəs bu məsələdə “mütəxəssis” olub”.

Həkim qeyd edib ki, əhalinin müxtəlif qrupları fərqli psixoloji problemlər yaşaya bilir:

“Məsələn, COVID-19 səbəbindən həyatını itirmiş şəxslərin qohumlarında çox zaman uzunmüddətli depressiya qeydə alınır. COVID-19 ağır keçirmiş şəxslərdə posttravmatik stress pozuntusu yarana bilər. Koronavirus xəstəxanalarının ağır şərtlərində çalışan bir çox həkim və tibb işçilərində “peşə tükənməsi sindromu” müşahidə edilə bilər. Ağır fiziki xəstəliyi olan və yaşlı şəxslərdə çox halda təşvişli-fobiya pozuntusu qeydə alınır.

Psixi pozuntusu olan şəxslərdə simptomların ağırlaşması baş verə bilər. İşsiz qalmış və uzun müddət karantində olan şəxslərdə adaptasiya pozuntusu yaranır. Bir neçə gün öncə mən pandemiya dövründə psixi sağlamlıq problemlərinə həsr olunmuş videokonfransda iştirak etmişəm. Bu konfransda pandemiyanın psixi sağlamlığa təsirinin qarşısının alınması üzrə 2021-2025-ci illər üçün Avropa Fəaliyyət Planı qəbul edilib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

İcbari Tibbi Sığorta Agentliyi nəyi öyrənmək istəyir? - Sorğu

Doqquz il qarajda “yatdıqdan” sonra hərraca çıxarılan “Porsche”nin hekayəsi

ABŞ-da tibb bacıları süni intellektin səhiyyədə istifadəsinə etiraz edirlər

“As İnşaat” müqaviləsiz işçi işlədib?

Rusiya şirkətlərinin 60%-dən çoxu hələ də Microsoft-dan istifadə etməyə davam edir

"Nokia" 4G və USB-C dəstəyi ilə yeni funksiyalı telefon buraxdı

Mərakeşdə “Şuşa günləri” keçiriləcək

"Xalq-City" MTK-ya protokol yazıldı

MAQATE: Zaporojye AES-də vəziyyət gözlənilməz olaraq qalır

Ailəsi ilə birgə öldürülən direktorun yerinə - Təyinat

“Azərterminalkompleks”in işdən çıxarılan əməkdaşı məhkəməyə üz tutdu

Bakının bu rayonunda qaz kəsiləcək

Trampın müşavirləri dollardan imtina etmək istəyən ölkələrə qarşı...

Fermerlərə pulsuz hüquqi yardım göstəriləcək

Kirayə mənzil bazarında qiymət artımı, bazardan çıxan evlər – Problemin həlli nədir?

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib (YENİLƏNİB)

3 ayda Türkiyədən aldığımız zeytun və zeytun yağı alışında 44% artım olub

Büdcədə 3 milyardlıq profisit - Uşaqlar üçün hansı sosial layihələr həyata keçirilə bilər?

"Xalq Bank" geriləməyə başlayıb - Aktivlərdə 45 milyon, kreditlərdə 26 milyonluq azalma

Azərbaycanda ilk dəfə "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Üç ayda bu məhsulun xaricə satışından 100 milyon dollara yaxın gəlir əldə etmişik

Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin