BAKU Azərbaycan
11.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
12018

COVİD-19-a qarşı iki dozanın yetərli təsir etməyəcəyini, üçüncü dozaya da ehtiyac olduğu istiqamətində müzakirələr gedir. Mütəxəssislər üçüncü dozanın xüsusilə yeni ştammlara qarşı təsirinin ola biləcəyini bildirirlər.

"Moderna" şirkəti koronavirusun Braziliya və Cənubi Afrika ştammlarına qarşı üçüncü peyvənd dozasının bədəndə dözümlülük yaratdığını bildirib. Tədqiqat iştirakçıları peyvəndin ikinci dozasından səkkiz ay sonra əlavə doza alıblar. 15 gündən sonra analizlər COVID-19-un yeni stammlarına qarşı anticismlərin gücləndirilmiş reaksiyasını göstərib.

 

Maraqlıdır, Azərbaycanda da vaksinlərin üçüncü dozası vurula bilərmi?

 

Valyuta.az Sfera.az-a istinadən xəbər verir ki, bununla bağlı açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla. vaksinin üçüncü dozasının vurulmasıNIN ümumi olaraq nəzərdə tutulmadığını qeyd edib: 


 
"Amma antikor testlərinin nəticələri buna təsir edə bilər. Bu testlər şəxsin əvvəllər bir infeksiya keçirib keçirmədiyini və virusa qarşı immunitetli olub olmadığını müəyyənləşdirmək məqsədi daşıyır. Yəni, antikor testlərinin nəticələri aşağı olarsa və ya xüsusi situasiyalarda bəlkə də buna getmək mümkündür.
 
Üçüncü dozanı vurdurmağın bir ziyanı da yoxdur. Effektlilik baxımından isə hələlik iki doza yetərli sayılır. Ola bilər, gələcəkdə hansısa zərurət olsun və üçüncü dozaya da ehtiyac yaransın”.

A.Qeybulla həmçinin "bir dəfədən artıq COVİD-19-a yoluxan şəxslərin vaksin vurdurmağa ehtiyacları varmı?” sualını da cavablandırıb: 

"Həmin şəxslər mütləq antikor testi verməli və əmin olmalıdırlar ki, immunitet formalaşıb. O halda vaksinasiya etdirməmək də olar. Ümumiyyətlə vaksinə ehtiyac olub, olmadığına isə antikor testindən sonra qərar verilməlidir”.

Qeyd edək ki, artıq Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 29 min 778 doza vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 7957, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 21821 nəfər olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Qərb Ulduzu” hansı təhrifə yol verib?

Rəhbərlik “TikTok”un satılıb satılmayacağı haqda açıqlama verdi

ABŞ Rusiya aktivləri ilə bağlı: "Tam müsadirə doğrudur, lakin başqa variantlar da var"

Rabitəbank rəhbərliyi bank sistemində yeni texnologiyaların tətbiqi sahəsi ilə tanış olub ®

Turistlər artıq Finlandiyaya səyahət etməyi sevmirlər

"Gazprom" daxili bazara rekord qaz tədarük edib

Rabitəbank rəhbərliyi ABŞ-də işgüzar səfərdə olub ®

İcbari Tibbi Sığorta Agentliyi nəyi öyrənmək istəyir? - Sorğu

Doqquz il qarajda “yatdıqdan” sonra hərraca çıxarılan “Porsche”nin hekayəsi

ABŞ-da tibb bacıları süni intellektin səhiyyədə istifadəsinə etiraz edirlər

“As İnşaat” müqaviləsiz işçi işlədib?

Rusiya şirkətlərinin 60%-dən çoxu hələ də Microsoft-dan istifadə etməyə davam edir

"Nokia" 4G və USB-C dəstəyi ilə yeni funksiyalı telefon buraxdı

Mərakeşdə “Şuşa günləri” keçiriləcək

"Xalq-City" MTK-ya protokol yazıldı

MAQATE: Zaporojye AES-də vəziyyət gözlənilməz olaraq qalır

Ailəsi ilə birgə öldürülən direktorun yerinə - Təyinat

“Azərterminalkompleks”in işdən çıxarılan əməkdaşı məhkəməyə üz tutdu

Bakının bu rayonunda qaz kəsiləcək

Trampın müşavirləri dollardan imtina etmək istəyən ölkələrə qarşı...

Fermerlərə pulsuz hüquqi yardım göstəriləcək

Kirayə mənzil bazarında qiymət artımı, bazardan çıxan evlər – Problemin həlli nədir?

Prezident XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edib (YENİLƏNİB)

3 ayda Türkiyədən aldığımız zeytun və zeytun yağı alışında 44% artım olub

Büdcədə 3 milyardlıq profisit - Uşaqlar üçün hansı sosial layihələr həyata keçirilə bilər?

"Xalq Bank" geriləməyə başlayıb - Aktivlərdə 45 milyon, kreditlərdə 26 milyonluq azalma

Azərbaycanda ilk dəfə "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Üç ayda bu məhsulun xaricə satışından 100 milyon dollara yaxın gəlir əldə etmişik

Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin