BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8397
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1407
33629

ABŞ-ın Nyu-York şəhərində keçirilən “Dekolonizasiya: Sakit İnqilab” Konfransında yekun bəyanat qəbul edilib.

Valyuta.az xəbər verir ki, bəyanatda deyilir:

“Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində 6 iyul 2023-cü il tarixində Bakıda keçirilmiş ilk tədbirdə, tərəflər Bakı Təşəbbüs Qrupunun yaradılmasına dair razılığa gəlmiş və müstəmləkəçiliyə qarşı mübarizədə əməkdaşlığın davam etdirilməsinə hədəflərini ifadə etmişdilər.

“Dekolonizasiya: Sakit İnqilab” Konfransının iştirakçıları Bakı Təşəbbüs Qrupunu rəsmi fəaliyyətə başlaması ilə əlaqədar təbrik etmiş və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin (Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun sədri qismində) dəstəyi ilə konfransın təşkilinə görə minnətdarlıqlarını bildirmişdilər.

Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Fransız Polineziyası, Qvadelupa müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, Melaneziya Təşəbbüs Qrupunun katibliyi və Bakı Təşəbbüs Qrupunun nümayəndələri Birləşmiş Millətlər Təşkilatının və Qoşulmama Hərəkatının Nizamnaməsinin əsas prinsiplərinə, həmçinin, dekolonizasiyaya dair müvafiq qətnamələrə sadiq olduqlarını bildirmiş və müstəmləkəçilik altında olan bütün millətlərin azad edilməsindən əvvəl dekolonizasiya prosesinin tamamlanmasının vacibliyini bir daha vurğulamışlar.

Beynəlxalq hüququn fundamental prinsipləri çərçivəsində müstəqillik uğrunda mübarizə aparan xalqlara dəstək vermək BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının əsas hədəflərindən birini təşkil edir.

Bu, müstəmləkəçilikdən əziyyət çəkən xalqların milli müstəqilliyi uğrunda mübarizədə qarşısına qoyduğu çoxsaylı çağırışlara, tarixən Fransanın müstəmləkə gücü ilə insan, iqtisadi, ekoloji və mədəni cinayətlərə görə hüquqi təzminat tələbinə həmrəyliklə necə cavab vermək barədə səylərini birləşdirməyə qiymətli imkanlar verir.

Nyu Yorkda təmsil olunan Yeni Kaledoniya, Fransız Polineziyası, Martinika, Qayana və Qvadelupa müstəqillik və millətçi hərəkatları dünyaya, eləcə də bu gün Baş qərargahında olduqları BMT başda olmaqla beynəlxalq təşkilatlara təcili müraciətlə çıxış edərək xalqlarının mənafeyinə uyğun olaraq azadlıq hüquqlarına, təzminat və inkişaf kimi əsas səylərinin dəstəklənməsi üçün səslərini ən yüksək səviyyədə ucaltdılar.

Biz Noumea Müqaviləsi ilə başlayan dekolonizasiya prosesi üzrə FLNKS-nin 3-cü referendumun etirazını Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etmək qərarını dəstəkləyirik.

Fransız Qvianası, Martinika və Qvadelupa ilə əlaqədar isə biz tələb edirik ki, bu ölkələr Birləşmiş Millətlər Təşkilatının dekolonizasiya prosedurları üzrə ölkələr siyahısına yenidən daxil edilsin.

Fransa Respublikası Maohi Nuinin müstəmləkədən azad olacaq ölkələr siyahısına yenidən yazılmasından sonra, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən hər il Fransız Polineziyası, Maohi Nui bölgələrinə aid məsələlərdə boş kürsü rolunu oynayır. Biz Fransadan 2013, 2019, 2020, 2022-ci ildə qəbul edilən qətnamələrinin tələblərinə uyğun olaraq dekolonizasiya prosesi ilə bağlı danışıqlara başlamasını tələb edirik.

Bəşəriyyətimizin qlobal təhlükələrlə üzləşdiyi bir vaxtda, təşkilatımız təntənəli şəkildə bəyan edir ki, müstəmləkəçilik və neokolonializmin tamamilə ləğvi və xalqlar arasında əməkdaşlığa, bərabərliyə əsaslanan yeni dünyanın qurulması, qarşılıqlı hörmət və xalqların suverenliyi beynəlxalq münasibətlərin əsasını təşkil etməlidir.

Bakı Təşəbbüs Qrupu və Cənubi Amerika, Karib hövzəsi, Hind okeanı və Sakit okean hövzəsindəki Fransa koloniyalarının təşkilatları xalqlarımız arasında zəruri həmrəyliyin gücləndirilməsi və Qoşulmama Hərəkatının Dekolonizasiya üzrə Xüsusi Komitəsi və digər BMT orqanları ilə sıx əməkdaşlığın qurulması məqsədilə öz nəticəyönümlü fəaliyyətini davam etdirəcək”.

Bəyanatı aşağıdakı şəxslər imzalayıb:

Front de libération nationale kanak et socialiste (FLNKS)

Magalie Tingal

Mouvement des Jeunes Kanak en France (MJKF)

Wea Kuanene Daniel

Parti pour la Libération de la Martinique (PALIMA)

Francis Carole

Sylviane Curton

Mouvement des démocrates et des écologistes pour une Martinique souveraine (MODEMAS)

Claudette Duhamel

Pour MAOHI NUI (Polynésie – Française) :

TAVINI HUIRAATIRA

Ella Tokoragi

Leon Tefau

Maohi Protestant Church

Révérent François Pihaatae

Mouvement de Décolonisation et d’Emancipation Sociale (MDES)

Hector Pindard

Dominique Montet

Servais Alphonsine

Alyans Nasyonal Gwadloup

Nathalie Minatchy

Kollèktif Pou Sove Gwadloup

René Beauchamp

Union Populaire pour la Libération de la Guadeloupe

Jean-Jacob Bicep

Autes organisations représentées – FKNG ; CIPPA ; CIPN ; MIR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Birbaşa çatdırılma bahalaşdı, karqo şirkətləri daşıma xərclərini ucuzlaşdırdı – “Trendyol” ətrafında nə baş verir?

Aynur Sabitova vəzifəsindən azad edildi

Aynur Sabitova vəzifəsindən azad edildi

Marşrut avtobuslarından istifadə edənlərin sayı artıb – Səbəblər

Azərbaycanda keyfiyyətə nəzarətlə bağlı yeni mərkəz yaradılır - FƏRMAN

Rusiya və ABŞ ticarət dövriyyəsi 1,5 dəfə yüksəlib

Şuşanın Turşsu qəsəbəsinə sakinlərin köçürüləcəyi tarix açıqlanıb

İri market şəbəkələri kiçik sahibkarlarla niyə işləmir? – Ekspert səbəbləri açıqlayır

Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı ABŞ-ın mövqeyi açıqlandı

Peşə Təhsil Mərkəzində İngiltərə təcrübəsindən istifadə ediləcək

Cəlal Orucov: “Nağd puldan etibarlı heç nə yoxdur”

Bakıda tur şirkətinin rəhbəri 202 nəfərə yarım milyon manata yaxın zərər vurub

Bakıda tur şirkətinin rəhbəri 202 nəfərə yarım milyon manata yaxın zərər vurub

Bu il Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlərin həcmi açıqlanıb

Aprel ayında qlobal neft hasilatı kəskin azalıb

“Zabux” KSES-də il ərzində 8-9 milyon kilovat/saat "yaşıl enerji" istehsal ediləcək

Azərbaycanda rəqəmsal ödənişlərdə fırıldaqçılığın qarşını almaq üçün yeni fəaliyyət planı hazırlanacaq

Məcburi köçkünlərə verilən "çörəkpulu" kəsilir? - Rəsmi açıqlama

Agentlik direktoru: Rus bölməsi üzrə sinif sayı artırıla bilər

Bakıda 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir

Azərbaycan Mərkəzi Bankında təyinat olub

Çin – Azərbaycan investisiya və ticarət əməkdaşlığına dair tədbir keçirilib

Nazirlikdə yeni təyinat

Xidmət sektorunda fəaliyyət göstərən şəxslər hansı vergiləri ödəməlidirlər?

Ləğv prosesində olan “Günaybank” ASC-nin qorunan əmanətçilərinin diqqətinə

2024-cü ildə kim daha çox işləyir? – 10 ölkə üzrə orta iş saatları

Xaricdən şokalad alışı artıb – Qiyməti nə qədər bahalaşıb?

Bəzi banklarda kreditlərin həcmi kəskin azalıb - SİYAHI

Bu il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 %-dən çox artıb

Bu il Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 %-dən çox artıb

Sabah yağış yağacaq, dolu düşəcək

Maaşının çoxunu geyimə xərcləyənlər - Necə səhv edirlər?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin