Bu il Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlərin həcmi açıqlanıb
Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 61,3 milyon manat güzəştli kredit verib.
Valyuta.az xəbər verir ki, bunu "Report"a Fondun sədrinin müşaviri Namiq Zeynalov deyib.
Onun sözlərinə, bu vəsait 1 684 layihə üzrə ödənilib: "Layihələrin reallaşdırılması nəticəsində 963 yeni iş yerinin yaradılması nəzərdə tutulur".
N. Zeynalov, 2023-cü ildə SİF tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kreditin verildiyini bildirib. Bu kreditlər hesabına 3 000-dən çox yeni iş yerinin açılması üçün imkanı yaranıb. Verilmiş kreditlərin 46,4 %-i kənd təsərrüfatı məhsullarının istehsalı, 43 %-i sənaye məhsullarının istehsalı və emalı, 5,5 %-i xidmət sahələri, 4,5 %-i turizmin inkişafı layihələrinə yönəldilib. Güzəştli kreditlərin 72 %-i regionların, 28 %-i isə Bakı şəhəri və Abşeron iqtisadi rayonunun payına düşür.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay