BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8397
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1407
30390

"Space TV"nin sabiq direktoru, dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun kürəkəni Kamil Şahverdinin evindəndən oğurluq olub. 

Qaynarinfo-nun məlumatına görə, hadisəni 1981-ci ildə Şirvan şəhərində anadan olmuş İrina Vatolina adlı qadın törədib. O, 2022-ci ilin avqust ayında xadimə işlədiyi Kamil Şahverdinin Səbail rayonu, Neftçilər prospekti, ev 67, mənzil 30 ünvanında yerləşən mənzilindən oğurluq edib.

2022-ci ilin avqustda Kamil Şahverdi evindən 53 814 manat məbləğində qızıl-zinət əşyalarını oğurlanıb. İrina Vatolina məhkəmədə özünü Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyib.

Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərib ki, zərərçəkmiş şəxsin evində 3 ilə yaxın işləyib, evdə təmizlik edərkən bijuteriyalardan birini istifadə edib geri qaytarmaq məqsədi ilə götürüb, götürdüyü əşyalar qolbaq, sırğa və boyunbağı olub. 

Kamil Şahverdi bildirib ki, oğlu və həyat yoldaşı Rəşidə Behbudova 2022-ci ilin aprel ayında ailəsi ilə birlikdə Amerikaya köçüb. O, özü “Space TV”də 15 il direktor kimi çalışıb, həyat yoldaşının səhhətində ciddi problemlər olub. Öz işlərinin çox ağır olması və həyat yoldaşına daha cox vaxt ayırmaq üçün işindən ayrılmalı olub. 2022-ci ilin aprel ayının 3-də oğlu Amerikaya köçərkən həyat yoldaşı bütün nəslin illərlə qoruyub-saxladığı zinyət əşyaları olan çantanı açıb gəlininə üzük hədiyyə edib, həmin vaxt zinyət əşyaları hamısı yerində olub. Kamil Şahverdi bildirib ki, mənzilin sahəsi böyükdür və həyat yoldaşı çox vaxt yataqda olub. Təqsirləndirilən şəxsi bir neçə dəfə sellofanlara nəsə yığıb aparanda nə olduğunu soruşub, İrina da zibil olduğunu deyib. 

İrina arada iti götürüb gəzdirmək adı ilə çıxıb və 1-2 saat sonra geri qayıdıb. O, hiss edib ki, təqsirləndirilən şəxs evdən nəsə aparır. Avqust ayında evdə ustalar işləyib, buna görə də həyat yoldaşı Rəşidə Behbudova oğlunun yataq otağına yatıb. Oğlunun otağına keçəndə onu çağırıv, otağa gələn zaman balışın içinə qutu qoyulduğunu görüb. Qutuda qızıl kolye və təsbeh olub. Bundan sonra onlar başa düşüb ki, təqsirləndirilən şəxs həmin qızılları qeyd olunan otağa qoyub, oradan da aparıb.

Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirib ki, şikayət ərizəsində oğurlanmış əşyaların tam siyahısını göstərməyib, yalnız qızıl-zinyət əşyalarını qeyd edib. Eyni zamanda onun evindən bahalı çantalar, saatlar, eynəklər, paltarlar da oğurlanıb. Həmin əşyalara o qədər də əhəmiyyət vermədiyinə görə şikayət ərizəsində qeyd etməyib. Yalnız oğurlanmış əşyaların içərisində Rəşid Behbudovdan onun ailəsinə yadigar qalan, əntiq qızıl və brilyant əşyalar qeyd edilib. 

Kamil Şahverdi təqsirləndirilən şəxsin 50 il əvvəl Rəşid Behbudovun öz həyat yoldaşına və ailəsinə aldığı qızıl-zinət əşyalarını qaytaracağı təqdirdə şikayətçi olmayacağını bildirib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə İrina Vatolina Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 42 yaşlı xanım məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Kamil Şahverdi uzun illər "Space TV"nin icracı direktoru, daha sonra baş direktoru olub, o, həmçinin Rəşid Behbudov Fondunun direktorudur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Motor Sichi” eks prezidenti oğlu ilə Dubayda 15 milyon dollara 19 lüks mənzil alıb

Əqli Mülkiyyət Agentliyi iki şirkəti məhkəməyə verdi

İsveçrə Rusiya qızılının idxalını kəskin şəkildə azaltdı

“İdeal Tibb Şirkəti” 8 min manat cərimələnə bilər

BVF: Süni intellekt qlobal əmək bazarında sunami effekti yaradacaq

Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə bilərlər

Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək

Səkilər niyə zəbt olunur? - VİDEO

Yeni qərar əlillik dərəcələrinin verilməsinə necə təsir göstərəcək?

Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq

Birbaşa çatdırılma bahalaşdı, karqo şirkətləri daşıma xərclərini ucuzlaşdırdı – “Trendyol” ətrafında nə baş verir?

Aynur Sabitova vəzifəsindən azad edildi

Aynur Sabitova vəzifəsindən azad edildi

Marşrut avtobuslarından istifadə edənlərin sayı artıb – Səbəblər

Azərbaycanda keyfiyyətə nəzarətlə bağlı yeni mərkəz yaradılır - FƏRMAN

Rusiya və ABŞ ticarət dövriyyəsi 1,5 dəfə yüksəlib

Şuşanın Turşsu qəsəbəsinə sakinlərin köçürüləcəyi tarix açıqlanıb

İri market şəbəkələri kiçik sahibkarlarla niyə işləmir? – Ekspert səbəbləri açıqlayır

Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı ABŞ-ın mövqeyi açıqlandı

Peşə Təhsil Mərkəzində İngiltərə təcrübəsindən istifadə ediləcək

Cəlal Orucov: “Nağd puldan etibarlı heç nə yoxdur”

Bakıda tur şirkətinin rəhbəri 202 nəfərə yarım milyon manata yaxın zərər vurub

Bakıda tur şirkətinin rəhbəri 202 nəfərə yarım milyon manata yaxın zərər vurub

Bu il Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlərin həcmi açıqlanıb

Aprel ayında qlobal neft hasilatı kəskin azalıb

“Zabux” KSES-də il ərzində 8-9 milyon kilovat/saat "yaşıl enerji" istehsal ediləcək

Azərbaycanda rəqəmsal ödənişlərdə fırıldaqçılığın qarşını almaq üçün yeni fəaliyyət planı hazırlanacaq

Məcburi köçkünlərə verilən "çörəkpulu" kəsilir? - Rəsmi açıqlama

Agentlik direktoru: Rus bölməsi üzrə sinif sayı artırıla bilər

Bakıda 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir

Azərbaycan Mərkəzi Bankında təyinat olub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin