BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8224
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0525
  • 1 İngiltərə funt sterlinqi
    2.1309
8361

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti  uzun müddətdən bəri gözlənilən “Startapın müəyyən olunması meyarları”nı təsdiqləyib. 

Valyuta.az xəbər verir ki, qərara əsasən, “Startap” şəhadətnaməsini əldə etmək üçün müraciət edən şəxslər üçün 3 əsas meyar müəyyən olunub: 

1. mikro və ya kiçik sahibkarlıq subyekti olması;
2. orta və (və ya) iri sahibkarlıq subyekti olan təsisçilərin hüquqi şəxsdə payının 49 faizdən çox olmaması;
3. rezident vergi ödəyicisi olması.

Startapların təqdim edəcəyi məhsula və ya xidmətə görə meyarları isə belə müəyyənləşib: 

- məhsulun (xidmətin) gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunması;
-  innovativ təşəbbüsə əsaslanan olması:
- rəqabətqabiliyyətli olması;
- qısamüddətli (3 ilədək) perspektivdə yaradılan məhsula (xidmətə) olan tələbin əsaslandırılmış formada artımının proqnozlaşdırılması;
- digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməməsi.

Bəs meyarların müəyyən olunması startapların inkişafına necə təsir edəcək? Bu sahədə daha hansı işlər görülməldir? Suallarımıza öncə Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz cavab verib. Onun fikrincə, yeni qərar irəliyə doğru bir addımdır:  

“Hökumət startapın rəsmi olaraq startap olduğunu müəyyən etmək üçün, 2 il bundan öncə qəbulu nəzərdə tutulan meyarları nəhayət ki bir müddət öncə qəbul etdi. Bu meyarlara uyğun gələnlərə Şəhadətnamə veriləcək və onlar mənfəət versgisindən azad olunacaq. Hələ üstəlik onları reyestrə salıb pasport da verəcəklər. Startaplara viza və  xarici pasport da verilməsi də gözlənilir. Hələlik KOBİA müraciətlərin qəbulu və səhadətnamələrin verilməsi mexanizmini açıqlamayıb. Ölkədə mənfəəti olan startaplar demək olar ki,  yoxdur. Buradan da belə qənaətə gəlmək olar ki, yeni qərar irəliyə doğru bir addım olsa da, indiki halda bu qərardan  ekosistemin sürətli inkişafını gözləmək sadəlövhlük olardı”.

O.Gündüz hesab edir ki, hökumət startapların formalaşması, ilkin inkişafı üçün zəruri olan mühitə yönəlilk addımlar atmalıdır. Ekspert bunun üçün tələbə olunan hüquqi sənədləri belə sıralayıb: 

1. “Vençur maliyyələşmə və vençur fondlar haqqında” Qanun 
2. İnnovasiyaların inkişafı haqqında Strategiya 
3. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun 
4. Elektron ticarətin ƏDV-dən azad edilməsi haqqında qərar 
5. Ali təhsildə informasiya texnologiyalarına aid olan ixtisaslara qəbulda "İnformatika yoxsa Kimya?" problemini həll etmək.  
6. “Elektron ticarət haqqında” qanunun yenilənməsi və s.

Hökumətin öncə startaplar üçün ilkin investisiya problemini həll etməli olduğunu vurğulayab O.Gündüz eyni zamanda bir klubun təşkilini təklif edib: “Fərdi investorlar hələlik digər sahələrə yatırımlar etdiyindən hökumət bu sahənin inkişafına dəstək verməlidir.  Maraqlıdır ki , hələlik heç bir aidiyyatı qurum işlək vəziyyətdə olan bir İnverstorlar Klubu formalaşdıra bilməyib. Bir müddət öncə Prezident xaricdə startap quran gənclərimiz barədə danışarkən, ölkəmizdə startap ekosistemin inkişafı üçün münbit şəraitin yaradılmasına diqqət yönəltmişdi. Hələlik aidiyyatı dövlət qurumlarından mühitin inkişafına yönəlik addımlar müşahidə olunmur. Fikrimcə, bu sahədə səlahiyyət  sahibi olan 3 əsas dövlət qurumu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin İNNOLAND Mərkəzi və KOBİA  bir araya gələrək maraqlı tərəflərlə birgə startap ekosistemin və innovasiyaların inkişafı üçün münbit şəraitin yaradılması istiqamətində konkret  həllər hazırlamalıdır”.

Yeri gəlmişkən, startapların maliyyə mənbələrinə əlçatanlığının zəif olmasını millət vəkili Vüqar Bayramov da səsləndirib. Onlara faizsiz kreditlərin verilməsi məsələsini gündəmə gətirib: 

“Vergi Məcələsində startaplar üçün güzəştlər nəzərdə tutulub. Güman edirəm ki, gələcəkdə bu güzəştlərin dairəsinin genişləndirilməsi məsələləri də müzakirə oluna bilər. Eyni zamanda startaplar üçün ən ciddi problemlərdən biri maliyyə resurslarına çıxış imkanlarının məhdud olmasıdır. Onların, xüsusən, güzəştli kreditlərə çıxış imkanlarının artırılması vacibdir. Faizsiz kreditlərin təklif edilməsinə ehtiyac var. Düşünürəm ki, bu təsnifat staraplarin bu imkanlardan istifadəsinə şərait yaradacaq”. 

Millət vəkili vurğulayıb ki, startapların növbəti mərhələlərdə Azərbaycan iqtisadiyyatında və xüsusilə, yeni yaranan dəyərdə payının artacağı gözlənilir. Onların biznes subyekti olaraq öz mövqelərini ittisadiyyatda yaxın illərdə daha da gücləndirəcəklərini deyib: “Startaplar bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün vacib biznes subyektlərindən hesab olunur. Baxmayaraq ki, hazırda onların ümumi iqtisadiyyatda payı çox deyil. Bütün dünyada, xüsusilə inkişaf etmiş ölkələrdə starapların həm innovativ iqtisdaiyyatda, həm də bütövlükdə yeni yaradılan dəyərdə payı artmaqdadır. Bu gün bizim istifadə etdiyimiz sosial şəbəkələr də daxil olmaqla fərqli xidmətlərin yaradıcıları staraplardır. Bu isə ondan xəbər verir ki, onlar çox qısa zamanda inkişaf etmiş ölkələrdə hətta kifayət qədər iri şirkətlərə çevrilə, milyardlarla gəlir və aktivlərə sahib ola bilərlər”. 

Startapların təsnifatının aparılmasına gəlincə, V.Bayramov bunun Azərbaycanda sahibkarlığın inkişafı baxımından çox vacib olduğunu bildirib. Meyarların startaplara yeni təşviqin təqdim edilməsi baxımından mühüm olduğunu deyən millət vəkili dünyanın əksər ölkələrində startaplar üçün güzəştlərin tətbiq olunduğunu qeyd edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Məşhur topdansatış mərkəzi cərimələnə bilər

Misir ödənişlərdə rus rublunun rolunun artırılması məsələsini müzakirə edir

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

Azərbaycan 7 saatlıq iş qrafikinə keçə bilərmi? - Ekspert

"MASTER BROKER"-ə protokol tərtib edildi

Türkiyə ikinci atom elektrik stansiyasının tikintisində 50 faiz iştirak gözləyir

"Telemexanika Zavodu" cərimələndi

Qlobal iqtisadiyyat sürətlə bərpa olunur - OECD proqnozunu dəyişdi

Aleksey Mojin: ABŞ BRİKS Maliyyə Nazirlikləri və Mərkəzi Bankın görüşünü pozdu

Dövlət xidmətinin tenderi ləğv edildi

"Safari" brauzeri tezliklə daha "ağıllı" olacaq

Maksimum 23 il - ABŞ Federal Ehtiyat Sistemi kredit faizinə dair qərar verdi

"Sıracoğlu" Fermer Təsərrüfatı gömrük qaydalarını pozub?

"Apple"ın yeni flaqman saatı köhnəsi ilə eyni olacaq

Fitch DTEK Naftogaz-ın reytinqini CC səviyyəsində təsdiqlədi - Yüksək risklər

1 iyuladək icazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - AYNA-dan açıqlama

Bakıda fantastik qiymətə mənzil satışa çıxarılıb (FOTO)

Paytaxtda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanıldı

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Bakıda sıxlığı aradan qaldıracaq yeni yol salınır - Video

Yaponiya LNG-ni sintetik metanla əvəz edəcək

Faiz dərəcələri aşağı salındı – Hansı sahədə qiymətlər ucuzlaşacaq?

Qeyri-sabit hava şəraiti mayın 5-dək davam edəcək, temperatur 4-8 dərəcə aşağı enəcək

Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilib - CƏDVƏL

Azərbaycanda 220 min manata beton zavodu satılır (FOTO)

2024-cü il barama mövsümünə start verilib

Ramin Məmmədovun deputat mandatına xitam verildi

Nazirlik milyon yarımlıq dərslik buraxacaq

Sabiq nazir yenidən rektor təyin edildi

Sabiq nazir yenidən rektor təyin edildi

II Dünya müharibəsi iştirakçıları və ailələrinə birdəfəlik yardım veriləcək (SƏRƏNCAM)

Ölkədə dollara tələb azaldı – Son rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin