BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.77
  • RUB
    1.7128
  • TRY
    0.0477
  • GBP
    2.0945
46006

Technovate şirkəti dünyanın hər yerindən startapları bir araya gətirən ən prestijli qlobal startap yarışması olan “Startaplar üzrə Dünya Çempionatı”nı Azərbaycana gətirir. Çempionatda yerli və regional startaplar qlobal nüfuz əldə etmək və yekunda 1 milyon ABŞ dolları qazanmaq üçün mübarizə aparacaqlar.

Valyuta.az xəbər verir ki, Technovate şirkətinin rəhbəri Fərid İsmayılzadə tərəfindən Startaplar üzrə Dünya Çempionatının (“Startup World Cup” (SWC)) Azərbaycanda keçirilməsinə dair  SWC və “Pegasus Tech Ventures” ilə anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən SWC-nin 2024-cü il üzrə qlobal startap yarışmasının regional mərhələlərindən biri 20 sentyabr tarixində ADA Universitetində keçiriləcək. 

Qeyd edək ki, Startaplar üzrə Dünya Çempionatı  (SWC)  “Pegasus Tech Ventures” tərəfindən keçirilən, innovasiya və sahibkarlığı dəstəkləyən və əsasən investisiya mükafatı qazanmaq, potensial investorlar, mentorlar və tərəfdaşlarla tanış olmaq şansı uğrunda yarışmaq üçün dünyanın hər yerindən startapları bir araya gətirən qlobal bir yarışdır.

Müsabiqədə yerli və müxtəlif ölkələrdən olan startaplar öz biznes ideyalarını və hazırladıqları məhsulları münsiflərin qarşısında təqdim edəcəklər. Regional mərhələdə uğurlu olan startaplar ABŞ-ın San-Fransisko şəhərində keçiriləcək müsabiqənin final mərhələsində yekun mükafat olan 1 milyon ABŞ dollarını qazanmaq üçün yarışacaqlar. Final mərhələsində iştirak edəcək startaplar bir sıra nəhəng şirkətlərin qurucuları və eləcə də qlobal ekosistem oyunçuları ilə tanış olmaq, beynəlxalq arenada öz biznes ideyaları ilə çıxış edərək nüfuz qazanmaq və xarici investorları cəlb etmək kimi imkanlar əldə edəcəklər. 

Müsabiqədə iştirak etmək istəyən startaplar //www.startupworldcup.io/azerbaijan-regional linkinə keçid edərək qeydiyyatdan keçə bilərlər. 

Qeyd edək ki, müsabiqədə iştirak tamamilə ödənişsizdir və müsabiqənin final mərhələsinə vəsiqə qazanmış startapların ABŞ-a səyahət və digər bütün xərcləri məhz Technovate şirkəti tərəfindən tamamilə qarşılanacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

​"Ridetech Azərbaycan" məhkəməyə verilib - SƏBƏB

Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı

Keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik ediləcək?

Ötən il əsas kapitala nə qədər investisiya yatırılıb?

Trampın qonşuluğundakı malikanənin qiyməti açıqlandı - Foto

Əmək müqavilələrinin sayı 1 mln. 873 minə çatıb

Yanacağa qənaət etməyin 10 SADƏ YOLU

Karyerasına başladığı klubu aldı

Azərbaycanın BMT-dəki nümayəndəsi Nyu-Yorkda regionun investisiya imkanlarından danışıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xaricdən 1,3 milyon ton buğda gətirilib - Qiymətlər ucuzlaşıb

Xarakterimizə uyğun işi necə seçək? - SƏHƏR OXUSU

Dünyanın kənarında işləmək: Antarktidada aşpaz və elektrik işçiləri axtarılır

Trampın sərəncamı - Kripto dünyasına verilən vədlər

"Ford"un 270 mindən çox avtomobilində problem aşkarlandı

DOST Agentliyi 25 min manatlıq nahar yeməyi alır

"Google"dan "OpenAI"in rəqibinə 1 milyard dollar investisiya

Evi 20 milyona satışa çıxarıldı

Çini tərk edən ABŞ şirkətlərinin sayı rekord həddə çatır

"SORTA" MMC-ə inzibati xəta protokolu tərtib olunub

“Pera Tekstil” məhkəmə qarşısında

X sosial şəbəkəsi yüz milyonlarla dollar cərimələnəcək

“Tender kralı” məhkəmə qarşısında

Xaricə neft bitumu satışından gəlirlərimiz 2 dəfədən çox azalıb

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

ABŞ-da şirkət rəhbəri işçilərinə 10 milyon mükafat verdi

"TİHO İNŞAAT" MMC cərimələnir

AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiqlənib

Mərkəzi Bank “VMF”-i cərimələdi

Şirkət rəhbəri məhkəmədə həbs edildi

Kredit faizlərinin artımı kreditləşməyə necə təsir göstərib?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin