BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
7247

“Yüksəliş” müsabiqəsi fevralın 6-da əyani mərhələnin “İdarəetmə bacarıqları üzrə imtahan”ını keçirib. İmtahan Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Dövlət İmtahan Mərkəzinin dəstəyi ilə səkkiz regionda təşkil olunmuş 18 imtahan mərkəzində aparılıb. 

Əyani mərhələnin sonuncu imtahanı olan “İdarəetmə bacarıqları üzrə imtahan”ın sual tərtibatı insan kapitalının qiymətləndirilməsi üzrə müvafiq imtahan proseslərində tətbiq edilən dünya təcrübəsinə əsaslanır. 

Xatırladaq ki, əyani mərhələnin birinci imtahanı olan “Qabiliyyət üzrə yoxlama imtahan”ı 12 sentyabr 2020-ci il tarixində keçirilib. Bu mərhələyə qatılan 940 nəfər iştirakçıdan 728-i “İdarəetmə bacarıqları üzrə imtahan”da iştirak etmək hüququ qazanıb. Son imtahanda ən yüksək nəticə göstərən 300-dək iştirakçı müsabiqənin növbəti mərhələsi olan yarımfinala qatılacaq.

İmtahan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla hazırlanmış təlimata uyğun təşkil edilib. 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə beş mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə 11 760 nəfər qeydiyyatdan keçib. Onlardan 9 775 nəfər müsabiqəyə qəbul edilib. 

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Hakan Fidan: "Türkiyə BRİCS-i alternativ iqtisadi platforma hesab edir"

Avropa İttifaqında avtomobil satışları kəskin azalıb

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək

Avropa Rusiyadan qaz almasa, bu qış özünü təmin edə biləcək?

Aİ Macarıstanın büdcə ödənişlərindən 200 milyon avro tutacaq - FT səbəbi açıqladı

"Şəmkir Regional Kənd Təsərrüfatı" cərimələnib

Avropa Yaxın Şərqdən dizel alışını artırır

Bakı Tərcümə Forumu süni intellekt inqilabı əsrində dil sənayesinin gələcəyini araşdıracaq

"iPhone 16 Pro Max" Azərbaycanda 7350 manata satılır - Real qiymətindən baha

Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur?

"Zarat İmport Export" gömrük qaydalarını pozub

“Finex Kredit”in zəifləməsi fonunda rəhbəri işdən çıxarılıb

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak etdi (YENİLƏNİB)

Suvarılan torpaqlarla bağlı iki fərqli statistika - Hansı qurumlar nəzarət etməlidir?

Saxta yuyucu vasitələr istehsal edən sex bağlandı

Bakı və rayonlarda pensiya niyə fərqli vaxtlarda verilir?

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Daxili dövlət borcunun artması iqtisadi artıma təsir edəcək? (ŞƏRH)

Digər ölkələrdə qadağa, Azərbaycanda hədsiz istifadə - Hansı məhsullarımızda palma yağı var?

Bakı Fond Birjasından Azərbaycanda kriptovalyuta bazarının inkişafı barədə AÇIQLAMA

Təqaüdlə təhsil alan tələbələrin sayı - Ölkə üzrə STATİSTİKA

Azərbaycanda zeytun yağı bir manatdan çox bahalaşıb, günəbaxan və qarğıdalı yağı ucuzlaşıb

Bakı Fond Birjasında "yaşıl" istiqrazların yerləşdirilməsi mümkün ola bilər

Əcnəbi turistlərin Bakıdan sonra ən çox getdiyi üç bölgə

Dövlət qurumları vətəndaşdan kağız sənəd tələb edə bilərmi?

Tramp "Bitcoin"lə ödəniş edən ilk ABŞ lideri oldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin