
24.05.2025 / 19:15
Dövlət Məşğulluq Agentliyi 1,2 milyonluq məsləhət xidməti alır
70992
Dövlət Məşğulluq Agentliyi “BİS Co” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
Valyuta.az xəbər verir ki, şirkət Masallı, Sabirabad və Şəki Peşə Hazırlığı Mərkəzlərinin maddi texniki-bazasının və təlim-tədris materiallarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün məsləhət xidmətlərinin satın alınması üçün keçirdiyi tenderin qalibi seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 172 589,6 manatdır.
“BİS Co” şirkəti 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Hüseynov Heydər Yusif oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay