
"Throne" startapı ağıllı tualet qurğusu ilə 4 milyon dollar investisiya cəlb edib - Üstünlükləri
ABŞ-ın Ostin şəhərində fəaliyyət göstərən "Throne" adlı startap süni intellektlə çalışan ağıllı tualet cihazı üçün 4 milyon dollar ilkin investisiya cəlb edib.
Valyuta.az xəbər verir ki, investisiya turuna "Moxxie Ventures"in təsisçisi Keti Ceykobs Stenton rəhbərlik edib və raundda Lans Armstrong, Tara Vişvanatan və Castin Mares kimi tanınmış investorlar da iştirak ediblər.
Belə ki, "Throne" cihazı adi tualet deyil, mövcud unitaza quraşdırılan və istifadəçinin bağırsaq sağlamlığını analiz edən texnologiyadır. Kamera və proqram təminatı vasitəsilə xroniki xəstəliklər, susuzlaşma və sidik yollarının funksionallığı ev şəraitində izlənilə bilir. Cihaz qıcıqlanmış bağırsaq sindromu, xoralı kolit, kolon xərçəngi, böyrək və prostat problemləri kimi bir sıra xəstəliklərin erkən aşkarlanmasına və monitorinqinə imkan yaradır.
Məlumatda deyilir ki, layihə 2021-ci ildə zarafat kimi başlayıb, lakin daha sonra tibbi potensialı və fərdi sağlamlıq nəzarətinə töhfəsi nəzərə alınaraq gerçəkləşdirilib. Startap bu müddətdə "WHOOP" ağıllı saatının sabiq texniki direktoru Con Kapodiluponu məhsul rəhbəri kimi komandaya cəlb edib.
Cihazın prototipi hazırdır və 2026-cı ilin yanvarında satışa çıxarılması planlaşdırılır. Həmçinin, "Throne" Çikaqo və Vaşinqton universitetləri ilə əməkdaşlıq quraraq cihazın elmi effektivliyini təsdiqləməyə çalışır.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay