
22.05.2025 / 15:39
Geyim idxalında gəlirlər 30 milyonu keçdi
70903
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana 149 milyon 774,39 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal olunub.
Valyuta.az statistik mənbələrə əsasən xəbər verir ki, ötən ilin eyni dövründə isə geyim və geyim ləvazimatlarının idxalı 119 milyon 617,79 min ABŞ dolları təşkil edib.
Hesablamalara əsasən, illik müqayisədə bu kateqoriya üzrə idxalda 30 milyon 156,6 min dollar və ya 25,21 faiz artımı qeydə alınıb.
Lakin geyim məhsullarının ümumi idxalda tutduğu pay 0,35 faiz azalıb. Belə ki, geyim əşyaları və geyim üçün ləvazimatlar bu ilin ilk 4 ayında ümumi idxalın 1,84%-ni, ötən ilin eyni dövründə isə 2,19%-ni təşkil edib.
Sərvanə Rəmixanova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay