BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70361

Elm və Təhsil Nazirliyi 7-9-cu siniflər üzrə böyük ölçülü dərsliklərin istehsalı ilə bağlı tenderə yekun vurub. 

Valyuta.az xəbər verir ki, tenderin qalibi “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti seçilib. 

Şirkətin qiymət təklifi 2 535 277 manat olub. 

Bu məbləğə 7-9-cu siniflər üçün “Azərbaycan dili”, “Ədəbiyyat”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Riyaziyyat”, “Kimya”, “Fizika”, “İngilis dili”, “Alman dili”, “Rus dili”, “Fransız dili”, “Biologiya”, “Coğrafiya” və “Zəfər tarixi” kitabları nəşr ediləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Şərq-Qərb” ASC 14 sentyabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 589 880 manatdır. Hüquqi ünvanı Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 17-də yerləşən şirkətin qanuni təmsilçisi Əhmədov Oktay İsgəndər oğludur.

“Şərq-Qərb” ASC-nin yerləşdiyi hüquqi ünvanda “Şərq-Qərb Nəşriyyat Evi” MMC və "Şərq-Qərb Mülk” MMC də qeydiyyatdadır. 

"Şərq-Qərb” ASC 1986-cı ildə 4 nömrəli Bakı kitab mətbəəsinin bazasında yaradılıb. Kitab evi özəlləşdirilərək, sonra "Şərq-Qərb” ASC-yə çevrilib.

Mediada gedən məlumatlara görə, ASC Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur. 

Həmin məlumatlarda iddia edilir ki, şirkətin səhmlərinin 96% Mehdiyev Ramiz Teymur oğluna, 0,81% Məmmədov Tariq Qurban oğluna məxsusdur.

General-mayor Teymur Mehdiyev hazırda fövqəladə hallar nazirinin müavini vəzifəsində işləyir 

O, eyni zamanda “BTB Bank”ın sahibi kimi tanınır. 

“Şərq-Qərb” ASC bu tenderdən əvvəl Elm və Təhsil Nazirliyinin duz qutularının və karton taranın satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 174 042,92 manat idi.

Ötən il isə şirkət nazirliyin 4 tenderinin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin toplam dəyəri 4 777 675,24 manatdır. 

Hüseyn

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Marketinq zəka işidir

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Yerli əncir tələbi qarşılamır: maraq azalır?

Azərbaycan turizmi Cənubi Koreyada təqdim olunur

Baxça biznesi satılır - QİYMƏT

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

89 ölkədə 22 şirkət qurmuşam - Aydın missiya bəyanatı uğurlu inkişafın açarıdır -SƏHƏR OXUSU

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis

Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?

Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

110 il əvvəl itən tablo tapıldı

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Ordubadda “Mədrəsə”nin bərpasına başlanılır – 182 minlik layihə

Mərkəzi Bank 882 saxta pul nişanını tədavüldən çıxarıb

Varlanmağın yolları - DEPUTATDAN MƏSLƏHƏTLƏR

İçəri şəhərdə hotel satışa çıxarılıb - QİYMƏT

Öz hesabına varlanan ən zəngin qadınların adı açıqlandı

Bayram günlərində Bakıdan rayonlara nə qədər sərnişin daşınıb?

Sürücülük vəsiqəsi ilə bağlı - Yeni qərar

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Qızılın qiyməti kəskin UCUZLAŞDI

Magistraturaya qəbul: Ən çox plan yeri bu universitetə ayrılıb

Kürü istehsalı rekord sayda artdı

Səyahət zamanı ideal oteli necə seçməli? – Vacib TÖVSİYƏLƏR

Hava nəqliyyatında çalışan işçilər nə qədər qazanır?

Sabah 33 dərəcə isti olacaq

ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı (FOTO)

Neftimizin qiyməti 70 dolları keçdi

“Hermes”in əfsanəvi çantası hərraca çıxarılır- Fotolar

Şagirdlərə yeni kitablar veriləcək - 13 milyon manat ayrıldı

Havalar tikintiləri də "vurub"

Havalar tikintiləri də "vurub"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin