
ADİU ilə deputata məxsus olduğu deyilən şirkət arasında yarım milyonluq müqavilə
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) “Ultra Technologies” şirkəti ilə satınalma müqaviləsi bağlayıb.
Valyuta.az xəbər verir ki, müqavilədə EDUMAN təhsil idarəetmə proqramına (Test İmtahanlarının Təşkili Modulu, İkinci Ali Təhsil Elektron İdarəetmə Modulu, Əlavə Təhsil Elektron İdarəetmə Modulu, Əcnəbilərin Qəbulunun Elektron İdarəetmə Modulu, Müəllimlərin reytinqinin qiymətləndirilməsi proqram təminatı, UNEC-ə, UNEC-in Zaqatala filialına, UNEC nəzdində Azərbaycan Maliyyə - İqtisad, Sosial-İqtisadi və Qida Sənayesi Kolleclərinə DİM yolu ilə qəbul olanların onlayn qeydiyyatı və UNEC-in Dərbənd filialına qəbul olanların onlayn qeydiyyat modulu, MBA Proqramı üzrə tədrisin Eduman proqramına uyğun təşkili modulu, Yazılı imtahan modulu), Server və server avadanlıqlarına, Mövcud Unity Base sisteminə (DocNet elektron sənəd dövriyyəsi sistemi), elektron davamiyyət proqramına, distant təhsilin təşkili proqramına, serverin qoşulduğu generatora, server otağı üçün xüsusi kondisoner sisteminə, Server otağı üçün UPS sisteminə, Turniketlərə və Cloud sistemlərə funksional və texniki dəstək xidmətlərinin satına alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 471 831,02 manatdır.
Mediada gedən məlumatlara görə, “Ultra Technologies” şirkəti deputat Tahir Mirkişiliyə məxsusdur.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay