
"Bank Avrasiya" ASC-nin vaxtı keçmiş kreditləri 20 mln. manatı ötüb
2025-ci ilin I rübünə "Bank Avrasiya" ASC-nin vaxtı keçmiş kreditləri 20 mln. 177.16 min manata çatıb.
Valyuta.Az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, bankın 131 mln. 627.42 min manatlıq kredit portfelinin 15.33%-nə bərabərdir.
Məlumata əsasən, vaxtı keçmiş kreditlər ən çox kənd təsərrüfatı sahəsində verilib. Belə ki, bu sahədə vaxtı keçmiş kreditlərin həcmi 6 mln. 837.97 min manat təşkil edib.
Emal sənayəsi üzrə verilmiş kreditlərin də 5.16%-i vaxtı keçmiş kreditlər təşkil edib. Belə ki, cari ilin I rübünün sonunda bu sahədə sözügedən kreditlərin miqdarı 6 mln. 789.56 min manat olub. Qeyd edək ki, bankın emal sənayesi üzrə verdiyi kreditlərin həcmi 17 mln. 737.27 min manat təşkil edib.
Tikinti sahəsi üzrə verilmiş kreditlərdə vaxtı keçmiş kreditlərin həcmi 45.09 min manat təşkil edib.
Ticarət müəssisələrinə ayrılmış kreditlərdə 1 mln. 412.44 min manat, digər qeyri-istehsal və xidmət sahələrinə ayrılmış kreditlərdə isə 2 mln. 210.81 min manat vaxtı keçmiş kreditlər mövcud olub.
Hesabat dövründə şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə ayrılmış 72 mln. 430.88 min manat kreditin 2.19 %-i və ya 2 mln. 881.28 min manatı vaxtı keçmiş kreditlər olub.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay