
Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir
Cari ilin ilk 2 ayında Azərbaycan ilə MDB ölkələri (Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmənistan və Ukrayna) arasında ticarət dövriyyəsi 1 milyard 345,7 milyon ABŞ dollarına (2 milyard 287 milyon 690 min manat) çatıb.
Valyuta.Az xəbər verir ki, bunun 1 mlrd. 113 mln. 628,1 min dolları (1 mlrd. 893 mln. 168 min manat) idxalın, 231 mln. 442,3 min dolları (393 mln. 452 min manat) isə ixracın payına düşüb. Bununla da 882 mln. 185,8 min dollar (1 mlrd. 499 mln. 716 min manat) həcmində mənfi ticarət saldosu yaranıb.
Qeyd edək ki, cari ilin yanvar ayında bu rəqəm 315 mln. 984,5 min dollar (537 mln. 534,81 min manat) olub.
Həmçinin oxu: Azərbaycan-MDB ticarət əlaqələri - Yanvar 2025
Bu dövrdə Azərbaycana ən çox idxalın həyata keçirildiyi ölkələr Rusiya, Qazaxıstan və Özbəkistan olub. Belə ki, Rusiyadan bu ilin ilk 2 ayında toplamda 847 mln. 72,9 min dollar (1 mlrd. 440 mln. 24 min manat), Qazaxıstandan 59 mln. 714,5 min dollar (101 mln. 589 min manat), Özbəkistandan isə 59 mln. 517,1 min dollar (101 mln. 248 min manat) həcmində idxal həyata keçirilib.
Qarşılığında isə Rusiyaya 150 mln. 868,2 min dollar (256 mln. 475 min manat), Qazaxıstana 12 mln. 154,3 min dollar (20 mln. 663 min manat), Özbəkistana isə 5 mln. 473,3 min dollar (9 mln. 304 min manat) həcmində ixrac həyata keçirilib. Bununla da Rusiya ilə 696 mln. 204,7 min dollar (1 mlrd. 184 mln. 548 min manat), Qazaxıstanla 47 mln. 560,2 min dollar (80 mln. 907 min manat), Özbəkistanla isə 54 mln. 43,8 min dollar ( 91 mln. 915 min manat) həcmində mənfi ticarət saldosu qeydə alınıb.
Digər dövlətlərlə aparılan ticarət dövriyyəsi ilə isə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Ölkə | İdxal (min $) | İxrac (min $) | Saldo (min $) |
Belarus | 55635.1 | 10726.1 | -44909.0 |
Qırğızıstan | 1781.6 | 805.9 | -975.7 |
Moldova | 793.6 | 546.0 | -247.6 |
Tacikistan | 212.8 | 1076.1 | 863.3 |
Türkmənistan | 43793.0 | 6719.7 | -37073.3 |
Ukrayna | 45107.5 | 43072.7 | -2034.8 |
Qeyd edək ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə MDB ölkələri ilə ticarətdə ixracda 3,6 %, idxalda isə 62,3 % artım müşahidə olunub.
Son 5 ilin statistik nəticələrinə əsasən, 2020, 2022, 2023 və 2024-cü illərin eyni dövründə də bu ölkələrdə ticarətdə mənfi saldo qeydə alınıb. Belə ki, 2020-ci ilin yanvar ayında 51 mln. 168.2 min dollar (86 mln. 985.9 min manat), 2022-ci ilin yanvar ayında 35 mln. 844.1 min dollar (60 mln. 934.9 min manat), 2023-cü ilin yanvar ayında 321 mln. 365.4 min dollar (546 mln. 320.2 min manat), 2024-cü ilin yanvar ayında isə 220 mln. 377.3 min dollar (374 mln. 641.4 min manat) mənfi saldo yaranıb.
2021-ci ilin yanvar ayında isə MDB dövlətləri ilə Azərbaycanın apardığı ticarət dövriyyəsində 3 mln. 76.5 min dollar (5 mln. 230 min manat) həcmində müsbət saldo qeydə alınıb.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay