BAKU Azərbaycan
16.63°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
69234

ABŞ-ın aviasiya nəhəngi “Boeing” şirkəti Çin müştərilərinin artıq istehsal olunmuş təyyarələri qəbul etməməsi səbəbilə bu ölkəyə təyyarə istehsalını dayandıra biləcəyi barədə xəbərdarlıq edib. 

Valyuta.az xəbər verir ki, bu barədə “Boeing”in rəhbəri "Kelli Ortberq" CNBC telekanalına verdiyi müsahibə və analitiklərlə keçirdiyi videokonfrans zamanı bəyan edib.

Ortberqin sözlərinə görə, Çin təyyarələrin təhvil verilməsi ilə bağlı problemlərin yaşandığı yeganə regiondur: "Bütün bu vəziyyət gömrük rüsumlarına görə yaranıb. Çinli müştərilərimizin çoxu açıq şəkildə bildirdi ki, artıq sifarişləri qəbul etməyəcəklər".

Hazırda Çin ABŞ-a artıq iki “Boeing” təyyarəsini geri qaytarıb və üçüncü təyyarənin də qaytarılması gözlənilir. Əlavə olaraq, getdikcə dərinləşən ticarət müharibəsi fonunda Çin ümumilikdə 50 ədəd təyyarədən ibarət sifarişin qalan hissəsindən də imtina edə bilər.

Ortberq bildirib ki, “Boeing” artıq istehsal olunmuş və montaj prosesində olan təyyarələri digər bazarlara yönəltmək üçün aktiv şəkildə yenidən bazar araşdırması aparır. Hələ istehsalına başlanılmamış, lakin Çin tərəfindən sifariş olunmuş doqquz təyyarə üçün isə yeni müştərilər axtarılır.

“Bu, əlbəttə ki, xoşagəlməz vəziyyətdir, lakin qısa müddətdə təyyarə almaq istəyən bir çox müştərimiz var. Buna görə də biz təchizatları sabit tələbatın olduğu istiqamətlərə yönəltməyə çalışacağıq. Biz sifarişləri qəbul etməyənlər üçün təyyarə istehsalını davam etdirmək niyyətində deyilik”, deyə Ortberq vurğulayıb. 

O əlavə edib ki, “Boeing” şirkəti bu vəziyyətin istehsalat prosesinə mənfi təsir göstərməməsi üçün əlindən gələni edəcək.

Xatırladaq ki, “Boeing” keçən il “737 MAX 9” model təyyarəsində baş verən hadisədən sonra etibar bərpa etməyə çalışır. Həmin insident zamanı uçuş zamanı təyyarənin fövqəladə çıxış lyukunun qapağı qopmuşdu. Şirkət bu yaxınlarda 31 milyon dollar zərər və 18 faiz artımla 19,5 milyard dollara çatan gəlirini açıqlayıb.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

2 milyon manata bağça satılır

Bu ölkə Azərbaycana 15 manatdan mixək satıb

Azərbaycanda taksi istifadəçilərinin sayı bir az da azaldı

Qara dənizdə sərvət tapıldı - Ərdoğan elan etdi

Bakıda 4 aya 400 maşın satan çinli qız

Bakıda 4 aya 400 maşın satan çinli qız

Türkiyənin tanınmış geoloqu Celal Şengörün həbsi istənilir

Sahibkarlar üçün nə edilməlidir? Onlayn alış-veriş onların gününü qaraldıb

Elçin Quliyev generalı vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

TƏBİB-dən stomatoloqlarla bağlı qəribə tələb: "Otağı təmir et, hər ay 1200 manat icarə haqqı ödə!"

Mayın 20-də Bakıda “International HR Summit 2025” keçiriləcək

Ədalət Partiyasına yeni SƏDR SEÇİLDİ

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Yüksəlişin finalçısı "Ziraat Bank"da rəhbər vəzifəyə təyin olundu

Mübahisəli cərimələr zamanı - Nə etməli?

Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı- Narazı qaldı

TEMU-ya xəbərdarlıq edildi

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb

"Son zəng"lə bağlı məktəblərə təlimat GÖNDƏRİLİB

Restorandakı nahar onlara 100 min dollar qazandırdı

Dövlət qulluqçularının reyestri aparılacaq

3 trilyon dollarlıq səfər - ABŞ böyük qazanc əldə etdi

Bazar gününün hava proqnozu

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

“Bununla heç bir alim ailə dolandıra bilməz” - Maaşını açıqladı

Vəfa Musayeva Everesti fəth edən ilk azərbaycanlı qadın oldu

Bank kartlarından 20 min manatlıq oğurlandı

Mərkəzi Bank 205 minə xidməti avtomobil alır

Formula-1-in ən çox qazanan pilotu BƏLLİ OLDU

Papa XIV Leonun uşaqlığının keçdiyi ev hərraca çıxarılıb

Aygün Səmədzadə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub

Bakıda 50 minə yaxın şagird monitorinqə cəlb olunacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin