
Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb
2025-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 14,6 mlrd. manatlıq məhhsul satılıb.
Valyuta.Az xəbər verir ki, sözügedən dövrdə 8,1 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,5 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata əsasən, bu aylarda əhaliyə 342.5 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 9.1 % daha çoxdu. 2024-cü ilin eyni dövründə bu rəqəm 313,9 milyon manat olub.
Həmçinin qeyd edək ki, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,7 %, qeyri-ərzaq malları üzrə 6,3 % artıb.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay