
Dünyanın ən varlıları bir gündə rekord gəlir əldə edib
"Bloomberg Billionaires Index" reytinqinin məlumatına görə, dünyanın ən varlı şəxsləri bir sutka ərzində rekord həddə - 304 milyard dollar gəlir əldə ediblər.
Valyuta.Az xəbər verir ki, bu göstərici milyarderlərin sərvətinin gündəlik artımı üzrə indiyədək qeydə alınan ən böyük rəqəm hesab olunur.
Qeyd olunur ki, əvvəlki rekord 2022-ci ilin mart ayında 233 milyard dollarla qeydə alınmışdı.
Reytinqə əsasən, iş adamı İlon Mask hələ də milyarderlər siyahısında birinci yeri qoruyur. Var-dövlətin kəskin artımı ABŞ prezidenti Donald Trampın bəzi ticarət tərəfdaşlarına qarşı nəzərdə tutulan gömrük rüsumlarının tətbiqini dayandıracağına dair verdiyi vəddən sonra qeydə alınıb.
Xatırladaq ki, bundan əvvəl "Apple" korporasiyasının yenidən dünyanın ən dəyərli şirkəti olduğu və ABŞ fond bazarındakı artımlar fonunda kapitallaşmasını 2,59 trilyon dollardan 2,99 trilyon dollara yüksəltdiyini bildirilmişdi. Şirkətin səhmləri 15,3% bahalaşaraq bir səhm üçün qiyməti 198,85 dollar təşkil etmişdi.
© Qaynarinfo
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay