BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1329
  • TRY
    0.0436
  • GBP
    2.2869
68273

ABŞ Prezidenti Donald Tramp əksər ölkələr üçün gömrük rüsumlarına "90 günlük fasilə" elan edib və eyni zamanda Çinə qarşı tarifləri artırıb. Bu qərar fonunda ABŞ fond bazarında kəskin artım qeydə alınıb.

Valyuta.Az göstəricilərdən "S&P 500" indeksi 6 faizdən çox, texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi "Nasdaq Composite" isə 8 faiz bahalaşıb. "Dow Jones" sənaye indeksi 5 faizdən çox, təxminən 2000 bənd artıb. Qeyd edək ki, ticarət sessiyasının əvvəlində hər üç əsas indeks mənfi zonada idi.

“90 günlük fasilə və bu müddət ərzində dərhal qüvvəyə minən 10 faizlik, xeyli aşağı salınmış qarşılıqlı tarifləri təsdiqlədim,” – deyə Tramp "Truth Social" platformasında paylaşım edib. O, həmçinin ABŞ-nin Çinə qarşı tariflərini 125 faizə qaldırdığını bildirib.

Bu arada, ABŞ-ın Çindən idxal olunan mallara 104 faiz rüsum tətbiq etməsi fonunda Pekin cavab tədbiri görüb. Gecikmiş reaksiya bazarlarda Çin tərəfinin təmkin nümayiş etdirəcəyi ilə bağlı ümid doğursa da, Çinin 84 faizlik qarşılıq rüsumları cümə axşamından qüvvəyə minəcək.

Bu addım, dünyanın iki ən böyük ticarət dövləti arasında artmaqda olan gərginliyi daha da dərinləşdirib və qlobal iqtisadiyyat üçün mümkün mənfi nəticələrlə bağlı narahatlıqları artırıb.

Trampın ötən həftə elan etdiyi qarşılıqlı tarif siyasəti Vyetnam, Yaponiya, Hindistan və digər ölkələrə qarşı ciddi tarif artımlarını nəzərdə tuturdu. Bu qərarlar çərşənbə axşamı Wall Streetdə yeni dalğalanmalara səbəb olub və "S&P 500" indeksini ayı bazarına bir qədər də yaxınlaşdırıb.

Tramp sosial şəbəkədə bazarların dəyişkən vəziyyəti ilə bağlı fikir bildirərək, “Almaq üçün əla vaxtdır!!!” deyə yazıb. O, həmçinin əlavə edib: “Səbir edin! Hər şey yaxşı olacaq. ABŞ əvvəldən də böyük və güclü olacaq!”

Bu arada, Federal Ehtiyat Sisteminin mart iclasının protokolları Trampın tarif siyasətinin yaratdığı stagflyasiya riskləri barədə siyasətçilərin narahatlığını üzə çıxara bilər. Protokolların bu gün açıqlanması, cümə axşamı dərc ediləcək İstehlak Qiymətləri İndeksindən (CPI) əvvəl inflyasiyanın istiqaməti barədə ilkin siqnal ola bilər.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kiloqramı 32 manatdan göbələk teli alındı

5 cür pul xərcləyən insan tipi var - Kimlər necə xərcləyir?

5 cür pul xərcləyən insan tipi var - Kimlər necə xərcləyir?

Brend qurulmasında uğurlu metod: Orijinal yaşayırsınızsa...

Qafqazın ən hündür nöqtəsində alpinist şəhərciyi tikiləcək

İxtisar zamanı yada ilk düşən işçilər

Formula 1-in pilotları nə qədər qazanır? - SƏRVƏTLƏRİ

Böyük perspektivlər vəd edən sahə

Bu ölkə Azərbaycana ədədi 170 manatdan həşərat satıb

Bu ölkə Azərbaycana ədədi 170 manatdan həşərat satıb

Təyyarədə pəncərə kənarında əyləşməyə görə əlavə pul verilməlidir? - RƏSMİ

Lider ruhlu olduğumuzu necə anlamaq olar? - 10 sual

Eyni torpaq sahəsinin iki sahibi var - Onlara çıxarışları kim verib? (VİDEO)

Davamlı yağış kənd təsərrüfatına ciddi ziyan vurub: Bazarlarda qiymətlər artacaq?

Bu qəpiklər tədavüldən çıxarılır

Gənclərin yarısı internetsiz dünyaya üstünlük verir – Narahatedici tədqiqat

Gənclərin yarısı internetsiz dünyaya üstünlük verir – Narahatedici tədqiqat

Makaron istehsalı 2 dəfədən çox artıb

Avropada ən yüksək pensiya yaşı bu ölkədə olacaq –70 yaş

Bu gün 54 mindən çox abituriyent qəbul imtahanı verir

Distant təhsil: Hüquqi, texniki və metodoloji boşluqlar

Məşhur kinorejissor Stenli Kubrikin evi fantastik qiymətə satışa çıxarıldı - FOTO

"Bitcoin" və altkoinlərin qiyməti düşür

Qızı üçün şəxsi sərmayə ilə qurduğu brenddən hazırda milyonlar qazanır - SƏHƏR OXUSU

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

Dünyanın ən bahalı şorbası - 10 000 dollar

"Pomada effekti" nədir və iqtisadiyyatda necə çalışır?

"Harri Potter"in gənc aktyorları nə qədər qazandı? - Hoqvartsın sərvətləri

Bu ölkə Azərbaycana arını baldan baha satıb - ədədi 42 manatdan

Bank kartlarının üzərindəki 16 rəqəm nə deyir?

Dövlət Məşğulluq Agentliyi 1,2 milyonluq məsləhət xidməti alır

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Döyülən direktor işdən çıxarıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin