"BP TANAP"ın 25 %-i ABŞ şirkətinə satılacaq

Redaktor

21.03.2025 12:54
329

"BP TANAP"ın 25 %-i ABŞ şirkətinə satılacaq

"Apollo Funds" "BP"nin boru kəmərlərində 25% pay almaq üçün təxminən 1 milyard dollar ödəyəcək.

Valyuta.Az xəbər verir ki, ABŞ mərkəzli aktivlərin idarə olunması şirkəti olan "Apollo Global" ilə əlaqəli fondlar "BP Pipelines (TANAP)" layihəsində 25 faiz pay almaq üçün təxminən 1 milyard dollar ödəyəcək. 

"Qeyd edək ki, "BP TANAP"  "BP"nin törəmə şirkəti olaraq, TANAPda  "BP"nin 12 faiz payını idarə edən törəmə şirkətidir.

Razılaşmaya əsasən, "Apollo" fondları "BP TANAP" şirkətindəki nəzarətsiz 25 faiz payı təxminən 1 milyard ABŞ dolları müqabilində satın alacaq. Bu əməliyyatdan əldə olunan gəlirlər "BP"nin 20 milyard dollarlıq aktivlərin satış proqramına və digər gəlir mənbələrinə töhfə verəcək.

Bu razılaşma "BP"yə TANAP layihəsindəki maraqlarını kommersiyalaşdırmaq imkanı versə də, şirkət "BP TANAP"ın əsas səhmdarı olaraq qalacaq və bu mühüm boru kəmərində uzunmüddətli kommersiya və strateji maraqlarını, o cümlədən idarəetmə hüquqlarını qoruyacaq. 

Əməliyyatın 2025-ci ilin ikinci rübündə, müvafiq tənzimləyici orqanların və TANAP səhmdarlarının təsdiqindən sonra tamamlanması gözlənilir.

"Avropa üçün strateji əhəmiyyət daşıyan bu enerji infrastrukturunda "Apollo" ilə tərəfdaşlığımızı genişləndirməkdən və dərinləşdirməkdən məmnunuq", – deyə şirkətdən bildirilib. 

Təxminən 1800 km uzunluğunda olan TANAP boru kəməri Türkiyə ərazisindən keçən Cənub Qaz Dəhlizinin (CQD) əsas hissəsidir. CQD, Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından hasil olunan təbii qazı İtaliya və Yunanıstan da daxil olmaqla Avropa bazarlarına nəql edir. 2024-cü ilin noyabr ayında "Apollo" və "BP" CQD-nin son hissəsi olan TAP layihəsində də tərəfdaşlıq barədə əvvəlki razılaşmanı uğurla başa çatdırıblar.

"Biz "BP" ilə strateji məqsədlərə uyğun şəkildə uzunmüddətli kapitalımızla tərəfdaşlıqda böyük potensial görürük. Bu günə qədərki uğurlu əməkdaşlıq bizi məmnun edir" deyə "Apollo"dan bildirilib. 

"Fondlarımızın Avropanın bu kritik infrastruktur layihəsində "BP" ilə tərəfdaşlığını genişləndirmək imkanı bizim üçün dəyərlidir. Bu investisiya "Apollo"nun yüksək keyfiyyətli, genişmiqyaslı infrastruktur imkanlarına töhfə verməyə davam etdiyini göstərir."

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...