BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
67425

Norveçin “Equinor” neft-qaz şirkəti Azərbaycandakı neft-qaz aktivlərindəki səhmlərinin satışından 713 milyon ABŞ dolları əldə edib.

"Report" şirkətin hesabatına istinadən xəbər verir ki, 2024-cü il noyabrın 29-da “Equinor” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Hindistanın “ONGC Videsh Limited” (ONGC) şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda 7,27 % qeyri-operator payının və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərini idarə edən “BTC Co” şirkətindəki 8,71 %-lik payının satışı üzrə sövdələşməni başa çatdırıb.

“Sövdələşmənin ümumi məbləği pul ifadəsində 713 milyon ABŞ dolları təşkil edib. 2024-cü ilin dördüncü rübündə “E&P International” seqmentində (neft kəşfiyyatı və hasilatı) 84 milyon ABŞ dolları dəyərində zərər qeydə alınıb. Daha əvvəl, 2023-cü ilin dördüncü rübündə isə aktivlərin satış məqsədli olması kimi təsnifləşdirilməsi ilə əlaqədar olaraq şirkət 331 milyon ABŞ dolları dəyərsizləşmə ilə üzləşdiyini etiraf edib”, - hesabatda deyilir.

Xatırladaq ki, ilkin olaraq şirkətin Azərbaycandakı aktivlərinin satışından 745 milyon ABŞ dolları əldə edəcəyi bildirilirdi.

“Azəri”, “Çıraq” və “Günəşli” dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Onun müddəti 2024-cü ildə başa çatıb və 2017-ci ilin sentyabrında 2050-ci ilə qədər hesablanmış yeni müqavilə imzalanıb.

Layihədə tərəflərin payı hazırda aşağıdakı kimidir: “BP plc” - 30,37 %, SOCAR - 31,655 %, MOL - 9,57 %, “ExxonMobil” - 6,79 %, “ONGC Videsh” - 2,925 %, “Inpex Corp.” - 9,31 % və “ITOCHU Oil” - 3,65 %, TPAO - 5,73 %.

“BTC Co” boru kəməri şirkətinin səhmdarları isə bunlardır: “BP plc” (30,1 %), SOCAR (32,96 %), MOL (8,9 %), TPAO (6,53 %), “Eni” və “TotalEnergies” (hər biri 5 %), “Itochu” (3,4 %), “ExxonMobil” və “Inpex” (hər biri 2,5 %), “ONGC1 Videsh” (3,11 %).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

CV-də qeyd etməli olduğunuz ən yaxşı 10 bacarıq

Bu məhsul Azərbaycana ucuz gəlir, baha satılır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

17 yaşında dünyanın ən bahalı futbolçusu oldu

Xanım direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi (FOTO)

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

"Amazon"un baş direktoru gənclərin 20 yaşlarında yol verdiyi əsas səhvi açıqladı

Dahilərdən pul haqqında 10 sitat

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

126 minlik dələduzluqda təqsirləndirilən həkimlərə HÖKM OXUNDU

Bu ölkə Azərbaycana 20 manatdan noxud satıb

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar (SİYAHI)

Rəqabətli əmək bazarında şəxsi brendə sahib olmaq niyə vacibdir?

Bu şəxslərə ildə 1440 manat verilir –Bir şərtlə

Sabah hava necə olacaq?

Azərbaycana zərərli makaronlar gətirilib?- Rəsmi açıqlama

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

Böyük Britaniya tədqiqat və inkişaf üçün 116 milyard dollar ayıracaq

"Meta" bu şirkətə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır

Azərbaycanda Rusiya istehsalı olan avtomobillərə maraq necədir?

Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi

"Bitcoin" 106 min dollara yaxınlaşır

Müdirinizin sizi işdən çıxarmaq istədiyini göstərən 8 əlamət - SƏHƏR OXUSU

Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI

Fond 4 ədəd avtomobil alır - 152 min manat ayrılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin