BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
67423
Bakıda fəaliyyət göəstərən "Dr.Elnara” MMC-nin rəhbəri Elnarə Rzayeva kosmetoloji tibb fəaliyyət üçün lisenziya almadan qanunsuz fəaliyyət göstərib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin qərarı ilə məşhur kosmetoloq qanunsuz fəaliyyət göstərdiyi üçün 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə təqsirli bilinib və 5000 manat məbləğində cərimə edilib.

Bu qərardan Elnarə Rzayevanın vəkili Yasamal Rayon Məhkəməsinə şikayət edib. Vəkil Elnarə Rzayevanın 5 min manat miqdarında cərimə olunması barədə qərarın ləğv edilməsini istəyib.

Yasamal Rayon Məhkəməsinin 6 dekabr 2024-cü il tarixli qərarı ilə şikayət təmin olunmayıb.

Bundan sonra vəkil eyni tələblə Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, bu şikayət də təmin edilməyib.

Bundan başqa, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 2021-ci ildə "Dr.Elnara” MMC-yə məxsus kosmetoloji mərkəzdə yoxlama aparılıb və bu zaman müəssisənin lisenziyasız tibb fəaliyyət (kosmetoloji) göstərdiyi aşkarlanıb.
 


MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə protokol tərtib edilib. MMC barəsində 20.000 manat məbləğində inzibati qaydada cərimə qərarı çıxarılıb.

Lakin bu cərimə cəzası ilə bağlı qərar Nizami Rayon İcra Şöbəsi tərəfindən icra olunmayıb.

Səhiyyə Nazirliyi qərarın icra olunmamasından 2024-cü ilin sonlarında məhkəməyə müraciət edib və MMC-nin barəsində təyin olunmuş cərimənin icrası üçün Nizami Rayon İcra Şöbəsinə göndərilməsi barədə qərardad qəbulu xahiş edilib.

Şikayət onunla əsaslandırılıb ki, Nizami Rayon Məhkəməsinin 2021 saylı icra sənədinə əsasən borclu "Dr. Elnara” MMC-dən 20000 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir.



İcra məmuru Zaur Həmzəyev ətraflı, tam və obyektiv araşdırma aparmadan, icra işini icra edə bilmədiyi üçün geri qaytarıb. Hüquqi şəxsin direktoru olan Cəmilə adlı xanım barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir) bircə dəfə belə tədbir görməyib.
 


Səhiyyə Nazirliyinin nümayəndəsi qeyd edib ki, hüquqi şəxsin təsisçisi, eyni zamanda direktoru olmuş Rusiya Federasiyasının vətəndaşı Elnarə Rzayeva hazırda da qanunsuz fəaliyyət göstərir. Buna görə Yasamal rayon prokurorluğu araşdırma aparıb və daha sonra Səhiyyə Nazirliyinə məlumat verilib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə Səhiyyə Nazirliyinin şikayəti təmin edilib və icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün qərar qəbul edilib.

Qeyd edək ki, Elnarə Rzayevanın barəsində Yasamal Rayon Prokurorluğunda da araşdırma aparılıb.

Məyyən edilib ki, Elnarə Rzayevanın əməlində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması üzə çıxıb. Onun barəsində 210.1-ci maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün qərar Səhiyyə Nazirliyinə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Əmlak sığortası üzrə ödənişlər 25,5% artıb

Hər küçəsində bir hekayə gizlənən şəhər

Sığorta növləri üzrə sığorta ödənişlərinin renkinqi - 2025, yanvar

1 milyard insanın həyatına təsir edən şəxs - Sahil Bloom kimdir?

Nazirliyə məxsus avtomobillər 1080 manatdan satışa çıxarılacaq

İş seçimində şəxsiyyət tipinizin rolu - Hollandın tipologiyası

Azərbaycan Türkiyəyə investisiyalarını 7 dəfədən çox azaldıb, Avstriyaya isə 49 dəfə artırıb

Bu Fondun iki avtomobili hərracda satılacaq

Ötən il ən çox ödəniş edən sığorta şirkətləri - TOP 5

Məşhur amerikan klubu rekord qiymətə satılıb

Bakının bu ərazilərində evlər sökülməlidir - Nə baş verir?

"BP TANAP"ın 25 %-i ABŞ şirkətinə satılacaq

Yağış intensivləşəcək, dolu düşəcək

Neftimiz bahalaşıb

Banklarımız 4 mlrd. manata yaxın faiz yığıb - HESABAT

Qarabağda investisiya təyinatlı layihələrə 17,55 milyard manat ayrılıb

İnsan irqinin ən böyük beş ili üçün "BTC" proqnozu - Fred Krüqer

İnsan irqinin ən böyük beş ili üçün "BTC" proqnozu - Fred Krüqer

Bu gün Beynəlxalq Novruz günüdür

Qeyri-maliyyə sahəsində çalışanlar üçün maliyyə bilikləri niyə vacibdir? - SƏHƏR OXUSU

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 46%-ə qaldırıb

Yanvar ayında həyatını sığortalatdıranların sayı 38% artıb

Bayram tətilində hara getməli? - "Bu tətil qiymətlər əlverişlidir"

Böyük Britaniyada hər beş yetkin insandan biri hələ də iş axtarmır

Naxçıvanda Ailə Sağlamlıq Mərkəzi inşa ediləcək - 12.8 milyonluq layihə

“Equinor” Azərbaycandakı aktivlərinin satışından 713 milyon ABŞ dolları əldə edib

Əhali dollar və rubl alışını azaldıb, avroya isə maraq artıb

Əhali dollar və rubl alışını azaldıb, avroya isə maraq artıb

Şahdağ Turizm Mərkəzindən sahibkara 270 minlik sifariş

Ən çox şikayət olunan avto-icbari sığorta şirkətləri - SİYAHI

Bakıda məşhur kosmetoloq qanunsuz fəaliyyət göstərib, böyük məbləğdə cərimələnib (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin