BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
67162

"Henley Opportunity Index" ali təhsilin investisiya yolu ilə əldə edilən yaşayış icazəsi və ya vətəndaşlıqla birləşdiyi halda, uzun müddətdə sərvətin qorunmasına və artırılmasına necə təsir etdiyini qiymətləndirib.

Valyuta.Az xəbər verir ki, İndeks həmçinin "ən yaxşı miqrasiya istiqamətləri"ni müəyyən edərək, 2025-ci ildə yaşamaq və işləmək üçün dünyanın ən yaxşı ölkələrini sıralayıb.  

"Henley Opportunity Index" investorlar və onların övladları üçün qlobal əlaqələrini genişləndirmək, karyera perspektivlərini, gəlir potensiallarını və iqtisadi hərəkətliliklərini maksimuma çatdırmaq baxımından ən əlverişli yerləri müəyyənləşdirib.  

İndeks ən yaxşı 46 miqrasiya məntəqəsini altı əsas parametr üzrə qiymətləndirib: gəlir potensialı, karyera inkişafı, məşğulluq perspektivləri, təhsil, iqtisadi hərəkətlilik və yaşayış keyfiyyəti. Məlumatlar 2025-ci ilin yanvar və fevral aylarında toplanıb.  

Yaşamaq və işləmək üçün ən yaxşı ilk 5 ölkə:

1. İsveçrə

İsveçrə yüksək gəlir potensialı, karyera inkişafı və iqtisadi hərəkətlilik göstəricilərinə görə birinci yeri tutub. Həmçinin dünyanın ən yaxşı 250 universitetindən yeddisi burada yerləşir.

2. Sinqapur

İkinci yerdə Sinqapur qərarlaşıb. Ölkə dünyanın ən şəffaf iqtisadiyyatlarından biri kimi qiymətləndirilib. Bundan əlavə, müasir təhsil sistemi və dinamik şəhər mühiti ilə seçilir.  

3. ABŞ

Üçüncü yeri ABŞ tutur. Ölkə, daimi yaşayış icazəsinə aparan asanlaşdırılmış yolu təmin edən EB-5 immiqrant investor proqramı ilə diqqət çəkir. Bundan əlavə, prezident Donald Tramp yaxın zamanda 5 milyon dollarlıq sərmayə qarşılığında yaşayış, işləmək hüququ və vətəndaşlığa aparan yolu əhatə edən "qızıl kart" vizasını təklif edib.  

4. Avstraliya

Avstraliya yaxın zamanda istifadəyə verilən Milli İnnovasiya Vizası ilə bu siyahıda dördüncü yerdə qərarlaşıb.  

5. Kanada

Son on ildə miqrantlar üçün ən cəlbedici istiqamətlərdən biri olan Kanada beşinci yerdədir. Lakin ölkə hazırda Vankuver və Toronto kimi şəhərlərdə mənzil bazarındakı qiymət böhranı ilə bağlı narahatlıqlar fonunda miqrasiya siyasətini yenidən nəzərdən keçirir.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

CV-də qeyd etməli olduğunuz ən yaxşı 10 bacarıq

Bu məhsul Azərbaycana ucuz gəlir, baha satılır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

17 yaşında dünyanın ən bahalı futbolçusu oldu

Xanım direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi (FOTO)

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

"Amazon"un baş direktoru gənclərin 20 yaşlarında yol verdiyi əsas səhvi açıqladı

Dahilərdən pul haqqında 10 sitat

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

126 minlik dələduzluqda təqsirləndirilən həkimlərə HÖKM OXUNDU

Bu ölkə Azərbaycana 20 manatdan noxud satıb

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar (SİYAHI)

Rəqabətli əmək bazarında şəxsi brendə sahib olmaq niyə vacibdir?

Bu şəxslərə ildə 1440 manat verilir –Bir şərtlə

Sabah hava necə olacaq?

Azərbaycana zərərli makaronlar gətirilib?- Rəsmi açıqlama

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

Böyük Britaniya tədqiqat və inkişaf üçün 116 milyard dollar ayıracaq

"Meta" bu şirkətə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır

Azərbaycanda Rusiya istehsalı olan avtomobillərə maraq necədir?

Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi

"Bitcoin" 106 min dollara yaxınlaşır

Müdirinizin sizi işdən çıxarmaq istədiyini göstərən 8 əlamət - SƏHƏR OXUSU

Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI

Fond 4 ədəd avtomobil alır - 152 min manat ayrılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin