
Trampın səyahət qadağası üçün nəzərdən keçirdiyi 41 ölkə - Siyahı
"Tramp" administrasiyası onlarla ölkənin vətəndaşlarına genişmiqyaslı səyahət məhdudiyyətləri tətbiq etməyi nəzərdən keçirir.
Valyuta.Az "Reuters"ə istinadən xəbər verir ki, bu addım yeni qadağanın bir hissəsi ola bilər.
Anonim qalmaq şərti ilə danışan bir ABŞ rəsmisi siyahının hələ təsdiqlənmədiyini və dəyişikliklərin ola biləcəyini bildirib. Qadağanın təsdiqlənməsi üçün ABŞ dövlət katibi Marko Rubio da daxil olmaqla administrasiyanın yekun qərarı gözlənilir.
Sənəddə ümumilikdə 41 ölkə üç ayrı kateqoriyaya bölünüb:
Tam viza qadağası tətbiq edilən ölkələr:
- Əfqanıstan
- Kuba
- İran
- Liviya
- Şimali Koreya
- Somali
- Sudan
- Suriya
- Venesuela
- Yəmən
Qismən viza məhdudiyyəti tətbiq edilən ölkələr:
- Eritreya
- Haiti
- Laos
- Myanma
- Cənubi Sudan
Qismən məhdudiyyət tövsiyə edilən ölkələr:
- Anqola
- Antiqua və Barbuda
- Belarus
- Benin
- Butan
- Burkina-Faso
- Kabo-Verde
- Kamboca
- Kamerun
- Çad
- Konqo Demokratik Respublikası
- Dominika
- Ekvatorial Qvineya
- Qambiya
- Liberiya
- Malavi
- Mavritaniya
- Pakistan
- Konqo Respublikası
- Sent-Kits və Nevis
- Sent-Lusiya
- San-Tome və Prinsipi
- Syerra-Leone
- Şərqi Timor
- Türkmənistan
- Vanuatu
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay