BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
66949

Satış sahəsində dünyanın ən tanınmış satış menecerlərindən biri Cozef Samuel Girardi daha çox Joe Girard kimi tanınan amerikalı satıcı olub. Hətta bir çox mənbələrə görə, o ən yaxşı satıcı olub.

“Alov” ləqəbi ilə tanınan Joe Girard çətin bir uşaqlıq illəri keçirib.

Detroit şəhərində dünyaya gələn Girard, İtalyadan olan uğursuz və kasıb bir atanın oğlu olub. ABŞ-yə yeni gələn atasının uğur qazana bilmədiyini görən Joe, bu gedişata son qoymaq lazım olduğunu kiçik yaşlarında anlayır. Ancaq, sevgi dolu bir anaya sahib olan Joe Girard, anasının sevgisini cavabsız qoymamağa and içir.

Orta məktəb həyatı çox da uğurlu keçməsə də, bir soba fabrikində işə başlayır. Həftədə 75 dollar qazanaraq, 6 gün, gündə 12 saat işləyir. Daha sonra isə bir tərəvəz dükanında köməkçi kimi işləməyə başlayır. Buradakı satış bacarığı onu məmnun etsə də, bu işin ona böyük gələcək vəd etmədiyini anlayır.

Məyus olan Joe 18 yaşında ABŞ ordusuna qoşulur. Ancaq 3 ay sonra üzgüçülük komandasındakı məşq zamanı belindən zədə alır və ordudan ayrılmağa məcbur olur.

Ümidsiz halda iş axtaran Joe bir gün “Chevrolet” dilerində satıcı axtarıldığını öyrənir və müraciət edir. Onun təcrübəsiz olması səbəbindən işə qəbul edən şəxs tərəddüdlə yanaşır, lakin Joe işi əldə edir. İşə başladığı eyni günün axşamında ilk avtomobil satışını reallaşdırır və müdirindən aldığı 10 dollar borc ilə ailəsinə ərzaq aparır.

Burda işlədiyi ikinci ayda tam 18 ədəd avtomobil və yük maşını satır. Mağazanın sahibi buna çox təəccüblənsə də, Joe-nu aqressiv davrandığı üçün işdən çıxarır. Ancaq Joe artıq bu işdə uğur qazana biləcəyini anlamışdı. Buna görə də başqa bir “Chevrolet” mağazasında yenidən satıcı kimi işə başlayır.

15 ildə 13 min avtomobil satışı

Joe Girard burda işlədiyi 15 il ərzində 13.001 avtomobil və yük maşını sataraq Ginnesin Rekordlar Kitabına daxil olmuşdu. O, 12 dəfə dünyanın ən çox avtomobil satan şəxsi adını qazandı. Bir ildə isə 1425 avtomobil satıb. Bu da gündə təxminən 4 avtomobil demək idi.

2001-ci ildə avtomobil sənayesində fərqlənən şəxslərə verilən şərəf medalı ilə təltif olundu. Bu medalı alan ilk və tək satışçı oldu.

Joe Girard bu gün avtomobil satışı mövzusunda dünya miqyasında ağla gələn ən böyük şəxs kimi tanınır. Onun təkbaşına göstərdiyi satış performansını bir çox mağazalar belə göstərə bilməmişdi.

Uğurunun sirri

Onun bu qədər çox uğur qazanmağının sirri isə müştərilərinə xüsusi günlərdə yolladığı təbrik açıqcaları idi.

Joe Girard maaşlarını öz cibindən ödədiyi iki köməkçi işə götümüşdü. Bu köməkçilər hər ay təxminən 13.000 nəfərə təbrik kartları göndərirdilər. 

Halloweendən Yeni ilə, Atalar Günündən Analar Gününə, müştərilərin doğum günlərindən Sevgililər Gününə qədər müxtəlif xüsusi günlərdə müştərilərini təbrik edirdi. Bu kartları xüsusi olaraq dizaynerlərə hazırladırdı. Hər ay göndərdiyi bu kartlarla “sizi sevirik” mesajını verirdi. Bu da onu müştərilərin gözündə ailənin bir üzvü halına gətirirdi.

Təbrik kartları müştərilərin sədaqətini və sevgisini qazanmaq üçün olduqca uğurlu bir strategiya idi. İnsanların ağızdan-ağıza onun haqqında danışmasını təmin edirdi. Əlbəttə, bu işi edən sadəcə kartlar deyildi. Joe Girard özü insanlara daim yanlarında olduğunu göstərirdi. Bu isə insanların etibarını və bağlılığını qazandırırdı.

O dövrdə bu qədər kartı hazırlatmaq, zərfləmək, poçt vasitəsilə göndərmək çətin və zəhmətli bir iş idi. İnsanlar bu zəhmətə dəyər verdiyi üçün Joe Girarda xüsusi hörmətlə yanaşılırdı

Bu strategiya günümüzə nə qədər uyğundur?

Əgər belə klassik bir üsul sizə görə deyil deyirsinizsə, bunu onlayn şəkildə etmək mümkündür. Həm də məhdud sayda insana yox, minlərlə, hətta yüz minlərlə insana çatmaq daha asandır. Sadəcə bir kliklə 13.000 deyil, 130.000 insana mesaj göndərə bilər, onların xüsusi günlərini təbrik edə bilərsiniz.

Əgər bu cür bir təşəbbüsə başlasanız, insanların ağlına birbaşa siz gələcəksiniz. Hər ay insanları təbrik etmək, onların yaddaşında qalmanızı təmin edəcək. İstər avtomobil, istər tozsoran, nə satırsınızsa fərq etməz. İnsanlar ehtiyac duyduqlarında ilk sizi xatırlayacaqlar və sizinlə əlaqə quracaqlar.

Joe Girardın bu strategiyası onu 12 il boyunca dünyanın 1 nömrəli avtomobil satıcısı etdi. 

Son olaraq qeyd edək ki, Joe Girardın satış strategiyasından çıxan bir nəticə var, siz də işlərinzdə uğur qazanmaq istəyirsinizsə, insanların zehnində yer edin və onlara dəyər verdiyinizi göstərin.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

CV-də qeyd etməli olduğunuz ən yaxşı 10 bacarıq

Bu məhsul Azərbaycana ucuz gəlir, baha satılır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

17 yaşında dünyanın ən bahalı futbolçusu oldu

Xanım direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi (FOTO)

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

"Amazon"un baş direktoru gənclərin 20 yaşlarında yol verdiyi əsas səhvi açıqladı

Dahilərdən pul haqqında 10 sitat

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

126 minlik dələduzluqda təqsirləndirilən həkimlərə HÖKM OXUNDU

Bu ölkə Azərbaycana 20 manatdan noxud satıb

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar (SİYAHI)

Rəqabətli əmək bazarında şəxsi brendə sahib olmaq niyə vacibdir?

Bu şəxslərə ildə 1440 manat verilir –Bir şərtlə

Sabah hava necə olacaq?

Azərbaycana zərərli makaronlar gətirilib?- Rəsmi açıqlama

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

Böyük Britaniya tədqiqat və inkişaf üçün 116 milyard dollar ayıracaq

"Meta" bu şirkətə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır

Azərbaycanda Rusiya istehsalı olan avtomobillərə maraq necədir?

Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi

"Bitcoin" 106 min dollara yaxınlaşır

Müdirinizin sizi işdən çıxarmaq istədiyini göstərən 8 əlamət - SƏHƏR OXUSU

Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI

Fond 4 ədəd avtomobil alır - 152 min manat ayrılıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin