
Azərbaycanda iqtisadi artım tempi yüksəldi
Bu ilin yanvar-fevral aylarında ümumi daxili məhsul 19072,2 milyon manat olub və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artıb.
Valyuta.az xəbər verir ki, neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1,7 faiz artım müşahidə edilib.
ÜDM istehsalında ən böyük pay sənayenin (38,5 faiz), ən kiçik pay isə informasiya və rabitə sahələrinin (1,9 faiz) olub.
Ticarət və nəqliyyat vasitələrinin təmiri 10,1 faiz, nəqliyyat və anbar təsərrüfatı 6,9 faiz, tikinti 4,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 2,9 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə 2,5 faiz təşkil edir. Digər sahələrin payı isə 22 faiz olub. Məhsul və idxala xalis vergilər ÜDM-in 10,6 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 1864,7 manatdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay