BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
66817

Biznes elə bir sahədir ki, hər an hər şey ola bilər. Bu kimi hallarda biznes sahibinin nə reaksiya verəcəyi, nə edəcəyi önəmli olur. Aydındır ki, burada xarakterin rolu var. Biznesimizin uğurlu olmasında xarakterimizin rolu nə dərəcə də vacibdir?

“Whelp” İT şirkətinin təsisçisi Seymur Rəsulov Valyuta.az-a bildirdi ki, sahibkarın xarakteri biznesinin həyatında önəmli rol oynayır: “Hətta biznesinin taleyini həll etdiyini də deyə bilərik. Başlanğıcda biznes sahibinin xarakteri tam formalaşmayıbsa, konkret nə istədiyini bilmirsə, davranışlarını düzgün formalaşdırmayıbsa, çox subyektiv yanaşmaları varsa, bu sadaladığım hallar biznesə neqativ təsir edəcək. Yaxud biznesin ortasında bir insanın xarakteri formalaşmaqdadırsa, biznesin gedişatı idarəçinin xarakterinin formalaşmasına kömək edəcək. Üçüncü versiya isə odur ki, əgər bir insanın xarakteri formalaşıbsa, hər şeyə reaksiya vermirsə, təmkinlə, səbrlə problemlərlə üzləşib, onları həll edə bilirsə, bu xarakter insanların biznesinin ancaq və ancaq uğurlu olmasına gətirib çıxaracaq. Nəinki uğurlu olmaq, komandanın fəaliyyətinə müsbət təsir göstərəcək, komanda daha istəkli, həvəsli və məqsədyönlü olacaq. Belə olduğu halda şirkət müştərilərinin sevimlisinə, digər şirkətlərin isə həsəd apardığı bir gücə çevriləcək”.

Biznes sahibləri öz xarakterləri üzərində daim işləməlidir

S.Rəsulov deyir ki, biznes sahiblərinin xarakter və xasiyyətlərində etdiyi səhvlərdən biri də hər şeyə reaksiya vermələridir: “Amma bunun əvəzinə uğurlu olmaq istəyən biznes sahibi müdrikliklə, təmkinlə cavab verməyi bacarmalıdır. Biz peşəkarlar olaraq reaksiya verməyi yox, cavab verməyi öyrənməliyik. Təbii ki, düzgün və liderə uyğun cavab vermək üçün təcrübə lazımdır. Əlbəttə ki, səhvlər ola bilər, amma əsas o səhvlərdən yola çıxaraq özünü formalaşdırmaqdır. Formalaşmış xarakter uğurlu biznesə, formalaşmamış xarakter zəifləyəcək biznesə gətirib çıxaracaq”.

Sərvanə Rəmixanova 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Nəqliyyatda bank kartları ilə ödəniş edə biləcəyik

Nəqliyyatda bank kartları ilə ödəniş edə biləcəyik

II və III qruplarda ən yüksək balı onlar topladılar - ADLARI

Mayın 25-də keçirilən qəbul imtahanının nəticəsi elan edildi

Maskın sərvəti 8 milyard insan arasında bölünsəydi, hərəyə nə qədər düşərdi?

Bu balığı İrandan 3 manat 91 qəpiyə alırıq

Tağı İbrahimovun səhhəti ağırlaşır - Vəkili həyati təhlükə barədə xəbərdarlıq edir

Ən etibarlı Çin avtomobilləri - Ekspertlər açıqladı

Təhsillə bağlı iki qanunda dəyişiklik edilir

Azərbaycanlı mayora Rusiyada vəzifə verildi

İllik təhsil haqqı 10 000 manat olan özəl məktəblər - SİYAHI

İllik təhsil haqqı 10 000 manat olan özəl məktəblər - SİYAHI

Sabahın hava proqnozu

70 manatlıq sənədin biznesmenlərə qazandırdığı üstünlüklər

Yeni doğulan körpələrə verilən müavinət artırılacaq

“Bakı Metropoliteni”ndə yeni təyinat olub

Azərbaycanda illik inflyasiya proqnozu yeniləndi

Rusiyanın yeni milyarderi kimdir?

Rusiyanın yeni milyarderi kimdir?

İpoteka və Kredit Zəmanət Fondunda yeni TƏYİNAT

Mərkəzi Bank uçot dərəcəsini 7,25% həddində saxladı

Orijinalı 130, saxtası 50 manata satılan trend oyuncaq - 126 milyon ədəd satılıb

Orijinalı 130, saxtası 50 manata satılan trend oyuncaq - 126 milyon ədəd satılıb

Azərbaycanlı tələbə 100 min dollarlıq təqaüd qazandı

Bu instituta yeni direktor təyin olundu

Bakıda “Özbəkistan” parkı salınacaq

“Qurban payı” aksiyası çərçivəsində 376 ailəyə yardım edildi®

Dəniz dibini xəritələmək üçün 25 milyon dollar investisiya ayrıldı

Maaşımız azalanda, işdən çıxaq, yoxsa gözləyək?

Maaşımız azalanda, işdən çıxaq, yoxsa gözləyək?

Sürücülərin nəzərinə! Bu prospektdə yeni radar quraşdırıldı

Azərbaycan neftinin qiyməti 72 dollara yaxınlaşır

Xaricdə təhsil alıb qayıtmayanlara hüquqi tədbir görülür - RƏSMİ

"Türkiyədə ayda 50 paltaryuyan satanı müdir qoyurlar, Azərbaycanda 500 manat alırdı"

"Türkiyədə ayda 50 paltaryuyan satanı müdir qoyurlar, Azərbaycanda 500 manat alırdı"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin