BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.9308
  • RUB
    2.0666
  • TRY
    0.0447
  • GBP
    2.2463
66269

"Google" şirkəti işıq şüaları vasitəsilə, kabelə ehtiyac olmadan yüksək sürətli internet təqdim edəcək "Taara" adlı layihəsi ilə internet bağlantısında inqilabi yenilik vəd edir.

Valyuta.az xəbər verir ki, "Google" tədqiqatçıları internetə çıxışı tamamilə dəyişə biləcək texnologiya üzərində çalışdıqlarını açıqlayıblar. Şirkət, işıq şüaları ilə yüksək sürətli internet təmin edə biləcək çip hazırladıqlarını bildirib.

"Taara" kod adı ilə tanınan bu layihə üzrə komanda cümə günü verdiyi açıqlamada, işıq əsaslı yüksək sürətli interneti reallaşdırmağa yaxın olduqlarını qeyd edib. "Taara" çipi "silikon fotonika çipi" olub, kabelsiz şəkildə məlumat ötürmək üçün işığı istiqamətləndirə, izləyə və tənzimləyə bilir. Çipin cəmi bir dırnaq böyüklüyündə olması isə onu daha da cəlbedici edir.

"Taara"nın iş prinsipi, əslində fiber optik kabellərlə oxşardır. Fiber optik kabellər də məlumat ötürmək üçün işıqdan istifadə edir, lakin bu ötürmə bahalı yeraltı kabellər vasitəsilə həyata keçirilir. "Taara" isə fiziki kabelə ehtiyac duymadan, birbaşa görünməz işıq şüaları ilə məlumat ötürür. Bu texnologiya 20 Gbps kimi yüksək sürətlərdə məlumat ötürə bilir və hazırda 20 kilometrdən artıq məsafədə işləyə bilir.

Əlbəttə işıqla məlumat ötürülməsi sahəsində çalışan yeganə şirkət "Google" deyil. Artıq on ildən çoxdur ki, "Li-Fi" konsepsiyası araşdırılır və son illərdə populyarlığı artıb. 2023-cü ildə IEEE bu texnologiyanı rəsmi olaraq tanıyıb və standartlar yaratmağa başlayıb. "Starlink" də alçaq orbitdəki peyklərdən yerüstü stansiyalara məlumat ötürmək üçün lazerlərdən istifadə edir.

Lakin "Taara" peykdən yerə məlumat ötürmək əvəzinə, quru səthində məlumat ötürülməsinə fokuslanır. İşıq körpüləri bir-birini görə bildiyi müddətcə əlaqə quraraq məlumat mübadiləsi edə bilir. "Google" hazırda quşlar, yağış və duman kimi maneələri etibarlı şəkildə aradan qaldırmaq üzərində işləyir. Texnologiya sahə sınaqlarından keçir və mobil şəbəkələri dəstəkləmək kimi sahələrdə fəal şəkildə istifadə olunur.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qiymət bahalaşdı, istehsal azaldı

Nizamnamə kapitalı 0 olan şirkətin 100 mindən çox borcu var

UFAZ-ın 129 min manatlıq tenderi ləğv edildi

Ümumi istehsal 15% artsa da, geyim istehsalı hələ də aşağıdır

200 manatlıq şirkətin 188 min vergi borcu var

Çinin Trampa qarşı ticarət müharibəsində yeni silahı: 7 "kiçik çubuq"

Bir ildə 23 satınalma müqaviləsi bağlayan şirkətin 17 min manat vergi borcu var

Medvedev şirkətlərindən 8 milyard qazandı, pulu "gizli bağ evi"nə xərclədi

Xəstəxanadan deputata məxsus olduğu deyilən şirkətə 123 min manatlıq sifariş

Bu tekila və viskilər saxta imiş - FOTOLAR

Hidrometrologiya Xidməti: Bakıda hazırda yağıntının miqdarı normadan 2 dəfə çoxdur

Bu ərazilərdə qaz kəsiləcək

AQTİ-nin maliyyə hesabatları yoxlanılacaq

Prezident onlara yeni vəzifə verdi - SİYAHI

Prezident onlara yeni vəzifə verdi - SİYAHI

100 illik ayaqqabı markası müflis oldu

AZAL: "2032-ci ilə qədər aviaparka yeni “Airbus” və “Boeing” təyyarələri daxil olacaq"

Külli miqdarda borcu olan şirkət bağlandı

Mərkəzi Bank daha bir elektron pul təşkilatına lisenziya verdi

AYNA: Bu il Azərbaycana 100-dən artıq avtobus gətiriləcək

"OpenAl" tamamilə yeni sosial şəbəkəyə hazırlaşır: Nələr məlumdur?

Səhmlərdən əldə edilən gəlirin vergiyə cəlb olunmasında YENİLİK

“Aqrarkredit”ə məxsus torpaq və evlər satışa çıxarılır - 5350 manatdan başlayan qiymətlər

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavinlər təyin edildi

“Azər Türk Bank” kredit faizlərini artırdı

Kapital Bank 6 nominasiyada mükafatlandırıldı®

Kartdan karta deyil, POS-terminal üzərindən: Nağdsız ödənişlərin düzgün tətbiqi yolları

Kartdan karta deyil, POS-terminal üzərindən: Nağdsız ödənişlərin düzgün tətbiqi yolları

"Hacı Mazan"ın məşhur oteli satılıb? - Qardaşı oğlu rəhbərlikdən ayrıldı

Yağışla bağlı zərər görən vətəndaşlara pul veriləcək? - AÇIQLAMA

Birbankdan möhtəşəm yaz kampaniyası: Birbank Visa taksit kartı sahibləri üçün onlayn alış-verişlərdə əlavə keşbek imkanı®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin