Samir Mirzə
Ölkə.Az saytının məsul redaktoru, media meneceri
Bir çox bacarıqlı, istedadlı insanlar bilərəkdən, ya bilməyərəkdən gözə dəymirlər, yaxud görünmək istəmirlər. Əksər zamanlarda arxa planda qalırlar. Bu isə onların karyerasına təsir göstərir. Kimlərsə dolayı yolla onlar haqqında məlumat əldə etmək istəyərkən çətinlik çəkirlər.
Belə bir deyim var: Varsansa, niyə yoxsan?
Ola bilsin həmin bacarıqlı insanlar, necə deyərlər, “bir əlində min mərifəti olanlar” üzərində təzyiq hiss etməmək, diqqət çəkməmək üçün belə davranırlar. Məsələn, onlar təkliflərini də birbaşa deməkdən ehtiyat edirlər, kiminsə dili ilə rəhbərliyə çatdırarlar, nəticədə isə özlərinə zərər vermiş olarlar. Məsələn, sonradan kimə, necə sübut etsin ki, təklif onun beyninin məhsuludur, onun dilindən süzülüb gəlib. Gəl ki desə belə, cəsarəti çatmayıb ki, özü söyləsin, “birdən narazılıqla qarşılanar” deyə...
Rəhbər təklifi gətirənə qiymət verə bilər
Yadıma gəlir ki, bir iş yerində ona verilən tapşırığın məntiqi baxımdan yanlış olduğunu düşünən icraçı müdirlə yaxınlığı ilə seçilən və nisbətən aşağı vəzifədə olan birinə söyləmişdi, o da rəhbərliyə çatdırmışdı. Nəticədə isə işin faydası üçün lazım olan məsələ həllini tapsa da, sonradan rəhbərlik problemi müəyyən edəni yox, çatdıranı qiymətləndirmişdi.
“O kimdir e?” sualının ünvanı olmaq...
Belə mütəxəssislər cəsarətsizlikləri səbəbindən onlar haqqında danışılarkən, adları çəkilərkən ədalı şəkildə “o kimdir ki?” sualının ünvanına çevrilirlər.
Bir toxunuşla işdəki düyünü aça bilən, həmçinin işin gedişinə taleyüklü təsir göstərən mütəxəssislər üçün belə münasibət sarsıdıcı sayılır. O sualı öyrənmək məqsədilə deyil, ironik şəkildə verənlər günün mənfi trendlərinə uyğunlaşıb. Hər yerdə qalmaqallı, “nə edirsən et, əsas diqqət çək” prinsipi ilə davranmağı üstün tuturlar. Nəhayətində isə faciələr üzərindən də reklam işi görmək istəyənlərə bənzəyirlər, çalışdıqları müəssisələrinin nüfuzuna, işinə ciddi xələl gətirirlər.
Dinmə! - Bir əlin verdiyini o biri əl görməz
Uzun müddət “yaxşı adam olmaq” prestiji hökm sürüb və “bir əlin verdiyini o biri əl görməz” şüarları alt şüurumuza pərçimlənib. Zamanla başqa sahələrə, iş mühitinə sirayət edib. “Ayıbdır” anlayışını da onun yanına qoysaq, menyumuz hazırdır. Günün birində isə etdiklərinin qarşılığını görməyəndə, səs-sorağının lokal məkandan kənara çıxmadığını biləndə, depressiv vəziyyət yaşanır.
Təşəbbüsü ələ al(ma)maq qorxusu həm də ondan qaynaqlanır ki, məsuliyyətli insanlar işə zərər verməkdən, zərərin altında onun imzasının olmasından ehtiyat edirlər. Amma baxırsan ki, qorxularından pıçıltı ilə etdiyi təkliflər həm rəhbərliyə çatıb, həm bəyənilib, həm də başqasının adına yazılıb. “Gözdən uzaq olan könüldən də uzaq olar” məsəli burada da özünü göstərir.
Haşa, mənənçilik demirəm
Mənəmçilik qıcıq doğuracaq xüsusiyyətdir. Bunu “mən, mən, mən...” formasında dilə gətirməklə işləri heyif etmək mümkündür. Kimlərinsə damarına da basa bilərsən, istəmədən və bilmədən. Bir neçə il sonra hətta ortaya çıxa bilər ki, etdiyin işləri zamanında “mən bu təklifləri etmişdim” sözlərini qarşındakını kinləndirəcək qədər deməyin, sənə qarşı “səlib yürüşləri” baş qaldırıbmış. Bunu qaydasında etməklə həm də öz karyeranın başqa sahələrdə, yaxud şirkətlərdə parlamasına yol açırsan.
Lazımdır!
Odur ki, əvvəldən strategiyanı tutmaqla kimisə incitmədən, işlədiyin yerdəki məsuliyyətlərini yerinə yetirməklə gələcəyinə işıq saçmaq mümkündür.
Məqamı düşdükcə rəhbərliyə də necə işə töhfə verdiyini bildirməkdə fayda var. Bunu özünüz işdəki vəziyyəti qiymətləndirməklə edə bilərsiniz.
Təkliflərinizi elə özünüz dilə gətirin, nəinki vasitəçi ilə çatırın. Burada incə nüans ondan ibarətdir ki, müdirlə sizin aranızdakı vəzifəli şəxsi qıcıqlandırmaq qətiyyən yolverilməzdir. Əgər sizi dəyərləndirəcək biridirsə, eybi yox, elə onun əli ilə də “özünüzü göstərə” bilərsiniz. Dövr bunu tələb edir, təqdimat zəruri və həyati əhəmiyyət kəsb edəcək dərəcədə “xüsusi təyinatlıdır”.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİşdən icazə almaq asanlaşdı - YENİLİK
11.11.2025Azərbaycan hansı ölkələrdən silah alır? - ADLAR
11.11.20252026-cı il tətilləri üçün Avropanın ən az qiymətləndirilmiş 5 şəhəri açıqlandı
11.11.2025"Akkord" a məxsus şirkətin vergi borcu yaranıb
11.11.2025Deputatdan gəlir vergisi ilə bağlı təklif
11.11.2025Bir dövrün sonu: Məşhur milyarder vəzifəsini tərk edir
11.11.2025Sabahın hava proqnozu
11.11.2025Azərbaycanda məşhur muzey LƏĞV EDİLDİ
11.11.2025Ən az və ən çox ipoteka kreditini bu banklar verib - CƏDVƏL
11.11.2025Neftimizin qiyməti ucuzlaşıb
11.11.2025İstirahət günlərində insanlar daha çox hansı rayonlara getməyi üstün tuturlar?
11.11.2025Uorren Baffet 1,3 milyard dollardan çox pulu xeyriyyə fondlarına bağışlayacaq
11.11.2025Niyə hər sahibkar bir dəfə batmalıdır? - SƏHƏR OXUSU
11.11.2025
Gözəllik salonlarında ödənişdə hansı bankın kartı qazandırır?
10.11.2025Balansında vəsait olmayanlar avtobusda bir dəfəlik keçiddən necə istifadə edəcəklər?
10.11.2025ABŞ-da dünyanın ilk tam şəffaf monitoru təqdim edildi
10.11.2025Qlobal planşet bazarında son vəziyyət: Kim daha çox satıb?
10.11.2025