BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.9328
  • RUB
    2.0703
  • TRY
    0.0447
  • GBP
    2.2559
68524

"Apple" 2025-ci ilin ilk rübündə qlobal smartfon satışlarına görə birinci yerə yüksəlib. 

Valyuta.az xəbər verir ki, analitiklər bu nəticəni yeni "iPhone 16e" modelinin təqdimatı və Yaponiyada, eləcə də Hindistanda yüksək tələbatla əlaqələndirirlər.

Qeyd olunur ki, "Apple" tarixində ilk dəfə olaraq rüblük satış payına görə bütün rəqiblərini geridə qoyaraq lider olub. "Samsung" 18% bazar payı ilə ikinci yerdə qərarlaşıb. Çin şirkətləri olan "Xiaomi", "vivo" və "OPPO" isə müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerləri bölüşüblər.

Bununla belə, "Counterpoint" araşdırmasında vurğulanır ki, dünya üzrə smartfon bazarında cari il ərzində ümumi eniş gözlənilir. Buna səbəb kimi ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi rüsumlar və davam edən qlobal iqtisadi qeyri-müəyyənliklər göstərilir.

Analitiklər qeyd edirlər ki, Trampın ticarət siyasətindəki qeyri-sabitlik inflyasiya risklərini artırmaqla yanaşı, həm də istehlakçı davranışlarına mənfi təsir edir. Nəticədə insanlar yeni telefon almaq qərarlarını təxirə salır, bu isə istehsal və tədarük zəncirinə təzyiq göstərir.

Apreldə açıqlanan qərarlar 2025-ci ilin birinci rübündə 'iPhone' satışlarına birbaşa təsir etməyib", – deyə "Counterpoint"in baş analitiki Ankit Malhotra bildirib.

Qlobal smartfon bazarında 2025-ci ilin birinci rübündə ümumilikdə 3% artım qeydə alınsa da, il ərzində tənəzzül proqnozlaşdırılır. Bütün bu qeyri-müəyyənliklərə baxmayaraq, "Apple" yeni məhsulu ilə öz mövqeyini gücləndirərək investorlar üçün də müsbət siqnal göndərmiş olub.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şərurlu İsfəndiyarın oğlu həbs edildi

Ziya Bünyadov prospektində təmir işləri nə vaxt bitəcək?

Turistlərin Azərbaycana gəlmə səbəbləri açıqlandı - SİYAHI

Azərbaycan ən çox bu ölkələrdən məhsul alır – Siyahı

Kütləvi zəhərlənmənin qeydə alındığı şadlıq sarayının administratoru danışdı: "Səbəb bizə də maraqlıdır"

Kütləvi zəhərlənmənin qeydə alındığı şadlıq sarayının administratoru danışdı: "Səbəb bizə də maraqlıdır"

10 nömrəli avtobusun istiqaməti dəyişir - Bu küçə ilə hərəkət edəcək

2030-cu ilə qədər yox olacaq 20 peşə

POS-terminalların quraşdırılması bəzi obyektlər üçün məcburidir - Dövlət Xidməti

Birinci rübdə Türkiyə ilə ticarət dövriyyəsi azalıb

ChatGPT yaddaş funksiyasını işə salır - Axtarışlar fərdiləşəcək

Kimlər daha çox maaş alır?

Kimlər daha çox maaş alır?

Binadakı qarajlardan istifadə üçün ödəniş tələb olunması qanunidir?

"Xaçmaz”ın tikinti bazarının 150 minə yaxın borcu var

Bakının mərkəzi küçələrindən birində hərəkət məhdudlaşdırılacaq

Antivirus proqramları zərərli faylları necə aşkar edir?

Antivirus proqramları zərərli faylları necə aşkar edir?

Tələbə krediti fondu, büdcə israfı və kökündən yanlış qurulan sistem - Ekspertin izahı

Azərbaycan I rübdə büdcə xərclərinin 13 %-ni iqtisadi fəaliyyətə yönəldib

Azərbaycanın BOKT-u səhmdarlarının yığıncağında kapital ilə bağlı qərar qəbul edəcək

KOBİA 27 “Yaşıl Layihə” üçün ayırdığı vəsaiti açıqlayıb

“Bayer” Xabi üçün 20 milyon istəyir

Bakıda toyda zəhərlənənlərin sayı 50-ni keçib - YENİLƏNİB

Ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Tikinti materialları yenidən BAHALAŞDI

Ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Tikinti materialları yenidən BAHALAŞDI

Sabah axşam bəzi yerlərdə qısamüddətli yağış yağacaq

Daha bir qanunsuz tikili söküldü (VİDEO)

Sahibkarlar bu məsuliyyətdən azad edildi

Sığorta nəhənginin rəhbərini öldürdü, "Əsl Con Uik" adlandırıldı - Ölüm cəzası ilə üzləşə bilər

Birinə iş, digərinə təqaüd vəd etdilər - 89 minlik dələduzluq

Azərbaycan mədəniyyət xərclərini 23 %-ə yaxın artırıb

Vətəndaşların bank kartlarından 21 min manatdan çox vəsait oğurlanıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin