Eyni qiymət və eyni xidmətlə uğur olmur - Biznesdə bu üsullarla fərq yaradın -<span style="color:#008000">SƏHƏR OXUSU</span>

Redaktor

26.02.2025 08:30
745

Eyni qiymət və eyni xidmətlə uğur olmur - Biznesdə bu üsullarla fərq yaradın -SƏHƏR OXUSU

Kiçik biznes sahibləri bazarda bir çox çətinliklərlə qarşılaşır. Bu zaman onların etməli olduqları ən çətin məsələ, sektordakı rəqiblərindən onları fərqləndirən xüsusiyyətləri və ideal müştəri auditoriyasının diqqətini necə cəlb edəcəklərini müəyyənləşdirməkdir. 

Rəqiblərinizdə olmayan unikal bacarıqlarınızı düzgün istifadə edərək bazarda fərqlənmək, potensial müştərilərin gerçək müştərilərə çevrilməsi üçün əsas şərtdir.

Xidmət sektorundakı ən böyük çətinlik, hədəf müştəri auditoriyanız üçün görünən olmaq və ən yaxşı bacardığınız işi aydın şəkildə təsvir edə bilməkdir. Məsləhətçilər, mühasiblər, maliyyə planlaşdırıcıları, mentorlar, dizaynerlər, veb tərtibatçılar və digər xidmət əsaslı bizneslər bir çox hallarda bir-birinə bənzəyir. Hamısı demək olar ki, eyni qiymətə eyni xidməti təklif edirlər.

Siz də ən yaxşı bacardığınız işi müəyyən edin və ondan maksimum istifadə etməyə çalışın. Və ya rəqiblərinizdən sizi fərqləndirəcək unikal yollar araşdırın.

Valyuta.az sizi rəqiblərinizdən fərqləndirəcək unikal xüsusiyyətlərinizi müəyyənləşdirmək üçün istifadə edə biləcəyiniz ipuclarını təqdim edir:

Hədəf bazarınızı daraldın

Spesifik bir sahə ilə bazarda ixtisaslaşmaq istəyirsinizsə, müştərilərinizin ehtiyaclarını ödəyə biləcək xidmət və bacarıqlarınıza fokuslanmalısınız. Müştərilərinizin problemlərinə həssas yanaşaraq, onları vaxtında həll etməyə çalışmaqla, gəlirinizi maksimuma çatdıra və daha güclü müştəri əlaqələri qura bilərsiniz.

Müştərilərə təqdim etdiyiniz əsas xidmətlərə fokuslanın

Müştərilərinizə ən yaxşı təcrübəni təqdim etməyə çalışın. İlkin dəyər təklifinizdən məhsul və ya xidmətinizin son təsliminə qədər onların sizin üçün unikal və dəyərli müştərilər olduğunu hiss etdiklərinə əmin olun.

Bir problemi həll etdiyinizdən əmin olun

Müştərilərinizin ümumi problemlərini müəyyən edin və bu problemləri ən yaxşı şəkildə həll etməyə çalışın. Təklif etdiyiniz həllərin tam olduğuna əmin olun ki, müştəriləriniz problemlərini daha tez və effektiv şəkildə həll edə bilsinlər.

Yenilikçi olun

Müştəri ilə təmasda olduğunuz prosesləri davamlı olaraq inkişaf etdirməyə çalışın. Bu yolla müştərilərinizə daha yaxşı nəticələr təqdim edə bilərsiniz. Xidmətləriniz rəqiblərinizlə eynidirsə, onları müştərilərə təqdim etmə üsulunuzu, müştərilərlə əlaqə qurma tərzinizi və problemlərə cavab vermə sürətinizi daha yüksək səviyyəyə qaldırın.

Diqqətdən kənarda qala bilməyəcək dəyər təklifləri yaradın

Xidmət paketlərinizə yaradıcı yanaşın və müştərilərinizin asanlıqla "yox" deyə bilməyəcəyi əlavə dəyərlər təklif etməyə çalışın. Təlim xidmətləri təqdim edirsinizsə, müştərilərinizə pulsuz bir təlim modulu və ya pulun geri qaytarılması zəmanəti verin. Əgər bir tanışlıq platformanız varsa, potensial üzvlərə bir aylıq pulsuz abunə paketi təklif edin.

Sahənizdə ekspert kimi tanının

Blog yazıları, kitablar, videolar, təlimlər və digər məlumat kanalları vasitəsilə sahənizdə ekspert olduğunuzu göstərən ümumi bir imic yaradın. Unutmayın ki, həqiqətən bir problemi həll etməyə ehtiyacı olan insanlar həmişə sahəsində mütəxəssis olan birini seçəcəklər.

Sizinlə işləmək asan olsun

İş modelinizi sadələşdirmək və əməkdaşlıq üçün əlçatan olmağa çalışın. 7/24 əlaqədə olun, üçüncü tərəflərlə bağladığınız müqavilələri sadələşdirin və insanların sizinlə rahat işləməsi üçün əlinizdən gələni edin.

Dəyərlərinizə əsaslanan bir iş modeli qurun

Nə etdiyiniz və bunu niyə etdiyiniz barədə müştərilərinizə qarşı dürüst olun. Fərqinə vardınızsa, siyahıda rəqiblərdən fərqlənməyin bir yolu kimi qiymət məsələsinə heç bir istinad yoxdur. Bəzən məhsulun qiyməti fərqlənmək üçün bir vasitə kimi istifadə edilsə də, xidmət əsaslı bizneslər üçün bu ideal seçim deyil. Axı kim ən ucuz xidməti təqdim etmək istəyər ki?

Çünki ucuz qiymət aşağı keyfiyyət, daha az sahə bilikləri və daha qeyri-sabit bir iş mühiti ilə bağlı riskləri də özü ilə gətirir.

İşinizi digərlərindən fərqləndirən nədir?

Güclü tərəflərinizi müəyyən etmək üçün özünüzə kifayət qədər vaxt ayırın və müştərilərinizin yuxarıda sadalanan məqamları dərk edə bilməsi üçün bu güclü tərəfləri mütləq marketinq strategiyanıza daxil edin. Unikal fərqliliyiniz müəyyən edildikdən sonra müştərilərinizə müraciət edərkən bu fərqliliyi tez-tez və müxtəlif platformalarda vurğulamağa çalışın.

Davud / Valyuta.Az / SƏHƏR OXUSU

Eyni qiymət və eyni xidmətlə uğur olmur - Biznesdə bu üsullarla fərq yaradın -<span style="color:#008000">SƏHƏR OXUSU</span>

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Azərbaycan manatını nə gözləyir?

06.12.2025

Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər

06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI

06.12.2025

Sabahın hava proqnozu

06.12.2025

Məzənnə

Yüklənir...