BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
64899

Sertifikat proqramları müxtəlif sahələrdə bilik və bacarıqları təsdiqləyən sənəd kimi təqdim olunur. Son vaxtlar əmək bazarındakı rəqabət, zaman qıtlığı və digər səbəblərdən serifikat  proqramlarına üz tutanların sayı çoxalıb. İnsanlar düşünürlər ki, qazandıqları sertifikatlar onlara iş həyatında kömək edəcək. Lakin bütün sertifikatların eyni dəyərə malik olub-olmaması böyük sual altındadır. Bəs işə götürənlər sertifikatları həqiqətən dəyərli hesab edirlərmi?

Sertifikat proqramlarının işə qəbula nə dərəcədə təsiri var? 

İnsan resurslarının idarə edilməsi üzrə mütəxəssis, təlimçi Xəyyam Əsgərov Valyuta.az-a bildirib ki, sertifikasiyanı kateqoriyalara bölərək yanaşmalıyıq: “İlkin olaraq, zəruri sertifikatları qeyd edək. Bunlar adətən qanunvericilikdən irəli gələrək tələb olunan sertifikatlardır. Məsələn, səhiyyə təşkilatlarında sertifikasiya orqanı var və indi də bu orqanı təhsil üçün yaradırlar. Burada işçilər müəyyən müddətdən bir öz peşəkarlığını, bilik və səriştələrini təsdiq etmək üçün müəyyən kurslara cəlb olunur, sertifikat əldə edir və peşələri üzrə fəaliyyətlərini davam etdirirlər. Mühasiblər üçün PMS (peşəkar mühasib sertifikatı) var ki, son illərdə qanunvericilikdə baş vermiş dəyişikliklərdən irəli gələrək müəyyən vəzifələrdə mühasibatlıq sahəsində işləmək üçün istifadə olunur. Bu sertifikatlar məcburi sertifikatlardır.

Qanunvericilik baxımından olmasa da, bir sertifikat adını da mütləq qeyd edə bilərik. Bu, təcrübə baxımından tələb olunan ISO beynəlxalq standartları ilə bağlı sertifikatdır. Beynəlxalq standartlar üzrə işləmək istəyənlərdə qeyd etdiyim sertifikatın olması şərtdir. 

Digər sertifikat növü isə könüllü sertifikatlardır. Bu sertifikatlar bir insanın professionallığını, təkmilləşdiyini göstərir. Adətən, bu hansısa ixtisas kurslarında təsdiq olunan sertifikatlardır. İnsan resursları, ofis proqramlarında işləmək ilə bağlı və s. sertifikatlardır. Bu kimi sertifikatlar məcbur olmasa da, vacib göstərici sayılır”.

"Sertifikat bilik göstəricisi deyil"

Mütəxəssis bildirdi ki, sertifikat biliyin göstəricisi yox, kursda iştirak etməyinizin, sosiallaşmağınızın, bunun haqqında anlayışınızın olmağının göstəricisidir:
“Əmək fəaliyyəti ilə məşğul olmaq istəyən bütün gənc şəxslər mütləq universitet dövründə və onu bitirdikdən dərhal sonra qısa müddətdə mütləq  hansısa kurslara gedib sertifikat əldə etməlidir. Yəni bu əhəmiyyətlidir. Sertifikatla bərabər bilik də olmalıdır. Yəni, sertifikat bilik göstərcisi kimi məna verməyə bilər, amma ilk bəhs etdiyimiz tələblər var ki, qanunvericilikdə orada imtahanlar da keçirildiyi üçün alınan sertifikat bilik göstəricisi kimi çıxış edə bilər. Digər hallarda bilik göstəricisi kimi yox, iştirakçı kimi ümumi anlayış verə bilər. Dolayısı ilə birini işə götürəndə, onu bilikli kimi yox, sertifikat aldığı sahəsədə anlayışı olan biri kimi qəbul edə bilərlər. Məsələn, iki nəfər iş üçün müraciət etsə, birinin sertifikatı olsa, birinin olmasa, şüuraltı sertifikatı olanı seçəcəklər”.

Bir gənc əmək bazarına daxil olmaq istəyirsə...

X.Əsgərov deyir ki, Azərbaycanda əmək bazarında yaranmış mövcud vəziyyətə görə, orta ixtisas və ali təhsildə əldə etdiyiniz diplomlar da ixtisas biliyinin göstəricisi deyil: “Təhsil aldığınız sahəni hansısa sertifikatlarla, kurslarla təkmilləşdirmək vacib sayılır. Məsələn, hazırda insan resurslarının idarə edilməsi ilə bağlı ixtisas tədris olunur. Amma tədris olunan biliklər əmək bazarı üçün kifayət etmir. Ona görə də, oxuduğunuz ixtisasla bağlı kursa getmək və sertifikat ələ etmək lazımdır. Demək ki, sertifikatın bu halda da faydası var”. X.Əsgərov deyir ki, hər sertifikat da bizə nə isə qatmaya bilər: “Xüsusi ixtisaslaşmış tədris müəssisələri və ya dövlət qanunvericiliyindən irəli gələrək sertifikat verən orqanlar var ki, onlar xüsusi  akkreditasiya olunurlar. Lakin hər kəs sertifikat verə biməz. Lakin elə müəssisələr var ki, sizə sertifikat vermək üçün lisenziyaları var, amma müəssisənin təlimçilərinin səriştəsi kifayət etmirsə, bu da sizə faydalı olmaya bilər. Peşəkar təlimçi təcrübəli, güclü nəzəri bilikli və izahetmə qabiliyyətli olmalıdır. İndiki halda bu kimi təcrübəçiləri araşdırmaq çox asandır. Sadəcə nəzəri biliyi olan on illərdir fəaliyyət göstərən təlimçinin yanına gedəndən sonra onun vermiş olduğu bilik əyani pratikda keçərli olmur. Ona görə də təlimçinin necə olması da çox vacibdir. Bütün fikirləri toplasaq, sertifikat, serifikasiyanı verən orqanın kimliyi və təlimçinin peşəkarlığı vacibdir”.
 
Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şimali Koreyadan gizli çıxarılan telefon hər kəsi heyrətləndirdi - Avtomatik senzura sistemi...

Bu şirkətin qanuni təmsilçisi ölkədən çıxa bilmir

Arzuya gedən yol: "Real"da çalışmaq üçün mənzilini satan qazax qızın hekayəsi -MÜSAHİBƏ

Rahatlığınızı pozsa da, sizi uğurlu edəcək 10 vərdiş

10 manatlıq şirkətin vergi borcu var - Sahibkarın ölkədən çıxışına stop qoyula bilər

İlk 3 ayda Azərbaycan hava nəqliyyatından nə qədər qazanıb? - Rəqəmlər

İlk 3 ayda Azərbaycan hava nəqliyyatından nə qədər qazanıb? - Rəqəmlər

Məhkəməyə məxsus avtomobil hərracda satıldı

“Healthy Body” şirkətinin rəhbərinə “stop” qoyuldu

Dropshipping nədir və Azərbaycanda bu işə başlamaq olar?

Dünyanın ən böyük dəmir filizi yatağı kəşf edildi - Harada yerləşir?

Alman termonüvə reaktoru dünya rekordu müəyyən etdi

184 min manat vergi borcu olan şirkət kimindir?

İstanbuldan Gəncə və Naxçıvana yeni reys açıldı

İstanbuldan Gəncə və Naxçıvana yeni reys açıldı

BŞİH-dən adı heç yerdə olmayan şirkətə 50 milyonluq sifariş

Bu restoranlar cərimələndi

Naxçıvanda nazir müavini işdən çıxarıldı

Metro 3 ayda nə qədər qazanıb?

Bayram günlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb

Neuralink" beyin çipi layihəsinə 650 milyon dollar investisiya aldı

Azərbaycanda hotellər 3 prinsip üzrə idarə olunur

Restoranların müştərilərdən 50-100 manatlıq depozit tələbi qanunidirmi?

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Sumqayıtdakı bu zavodun 1,3 milyon manat vergi borcu üzə çıxdı

“İstənilən adamın telefonuna girə bilərdik” deyən hakerə hökm oxundu

Ən etibarsız ailə avtomobilləri: Alınması məsləhət görülməyən 3 model

Azərbaycanda 2035-ci ildən hidrogen istehsalına başlanacaq

Azərbaycan Türkmənistana 100 ton elektrod göndərib

Metroda gedişhaqqı ilə bağlı YENİLİK

Stiv Cobsun həyat yoldaşı "OpenAI"nin sirrli cihazına dəstək verir: "Apple"a rəqib gəlir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin