BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.736
  • RUB
    1.668
  • TRY
    0.048
  • GBP
    2.0636
62908

Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci hissəsinə əsasən, bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır. Bəs bu, konkret olaraq  hansı məlumatlara aiddir?

Valyuta.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert  Anar Bayramov məlumat verib.

Yeni dəyişiklikdən sonra ƏMAS altsistemi işəgötürənlər üçün həm köhnə, həm də yeni əmək müqavilələrinin uçotunun aparılmasını təmin edir. Belə ki, "Onlayn əmək müqavilələri reyestri" bölməsindəki "İşçinin köhnə əmək müqavilələri" altbölməsində işçinin xitam verilən əmək müqavilələri haqqında məlumatı əldə etmək mümkün olur. Həmin bölmədə əmək kitabçasında qeyd edilən əksər məlumatlar öz əksini tapır. Bəzi hallarda əmək kitabçasında qeyd olunmayan əlavə iş yerləri ilə bağlı məlumatı da bu bölmədən əldə etmək mümkündür. Əmək kitabçasında təqdim edilən məlumatlardan fərqli olaraq, ƏMAS altsistemində işçinin yalnız əmək müqaviləsi üzrə xitam verilən vəzifələri qeyd olunur. İşçinin bir vəzifədən digər vəzifəyə keçirilməsi əmək kitabçasında qeyd olunsa da ƏMAS-dakı bölmədə bu məlumata rast gəlinmir.

Əmək Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsi kağız formada bağlanılan əmək müqavilələrini tənzimləyir. Həmin hissəyə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Əmək Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar dedikdə, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı" başa düşülür. Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsinə əsasən, işçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Dəyişikliklərdən öncə olduğu kimi, Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü hissəsində də əmək kitabçaları ilə bağlı Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq olunmuş "İşçilərin əmək kitabçasının forması vǝ onun tərtibi Qaydaları"na istinad edilib.

Əmək Məcəlləsinin 87-ci maddəsinin 4-cü hissəsi isə xarici ölkədə işləmiş vətəndaşımızın həmin ölkədəki əmək fəaliyyətinin nəzərə alınması məsələlərini tənzimləyir. Maddənin 4-cü hissəsində qeyd edilir ki, xarici ölkədə işləmiş Azərbaycan Respublikası vətəndaşının xarici ölkədəki əmək fəaliyyəti ilə bağlı məlumatların elektron informasiya sistemində, habelə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək kitabçasında qeydiyyatı xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.

Misal 1: Vətəndaş Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olduqdan sonra 8 iyul 2014-cü il tarixli 206 nömrəli Prezident fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) siyahısı"nda nəzərdə tutulan vəzifədə çalışacaq. Həmin vəzifədə çalışanlar üçün əmək kitabçası tətbiq edildiyi üçün işçi xarici işəgötürənlə bağladığı əmək müqaviləsi və məcburi dövlət sığortasının həyata keçirildiyini təsdiq edən sənədlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir.

Misal 2: Vətəndaş Türkiyə Respublikasında əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Azərbaycanın özəl banklarının birində işə düzəlib. Banklarda işə qəbul zamanı əmək kitabçası tələb olunmadığından, işçi xarici ölkədə çalışması barədə məlumatların elektron informasiya sistemində qeyd edilməsi üçün Əmək Məcəlləsinin 87-ci maddəsinin dördüncü hissəsində qeyd olunan müvafiq sənədlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Kapital Bank “TIME” jurnalında: Fərid Hüseynovun müsahibəsi jurnalın xüsusi buraxılışında yer alıb®

POS-terminal əldə etmək istəyənlər obyekt kodunu necə almalıdırlar?

500 manatdan başlayan qiymətlərlə avtomobillər satışa çıxarıldı - CƏDVƏL

Slovakiya Azərbaycanla qaz tədarükü üzrə uzunmüddətli əməkdaşlığı qiymətləndirir

Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi

Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi

Təhsilini bitirə bilməyən 1 232 nəfər üçün imtahan keçiriləcək

ABŞ Rusiyanın aktivlərinə həbs qoyulmasını istəyir

Ali Məhkəmədən məhkum tərəfindən vurulan ziyanın ödənilməsi ilə bağlı QƏRAR

Qarabağ Regional Təhsil İdarəsi çoxsaylı əməkdaşının işdən azad olunması xəbərinə aydınlıq gətirib

Fermerlərə 6.4 milyon manat sığorta ödənişi edilib

Keçən il 31 mindən çox şəxsə yaşa görə əmək pensiyası təyin olunub

Belarus Azərbaycana yeni səfir təyin edib

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat

İtaliyanın ən böyük bankından kritik "Bitcoin" həmləsi

İtaliyanın ən böyük bankından kritik "Bitcoin" həmləsi

Xaricdən maşın gətirən şəxslə bağlı araşdırma başlandı

Gəncədə Ekoloji Park Kompleksində abadlıq işlərinə 6,2 milyon ayrıldı

Baş Prokuror: 23 qazi prokurorluqda işə düzəlib

Süni intellekt dünyanın enerji tələbatını rekord həddə çatdıracaq - BƏƏ Energetika naziri

Banklar dollar alışını azaltdı - VALYUTA HƏRRACI

Abid Mamedov “Azsığorta”nın Direktorlar Şurasından ayrılıb

Xüsusi hərbi ixtisasların tədris olunduğu təhsil müəssisələrinin siyahısına dəyişiklik edildi

ABŞ-da meşə yanğınlarının vurduğu zərər 275 milyard dollara çatıb

ABŞ-da meşə yanğınlarının vurduğu zərər 275 milyard dollara çatıb

Peşə təhsilinə 82.2 milyon manat ayrıldı

Parlamentdə yaz sessiyası: İlk iclasın tarixi açıqlandı

Füzulidə peşə məktəbləri inşa olunur

Bələdiyyələrin birləşməsi ilə bağlı komissiyalar yaradılacaq

Əhaliyə 176 milyon manatdan çox ƏDV geri qaytarıldı

ABB-nin avadanlıqları hərraca çıxarılır - SİYAHI

ABB-nin avadanlıqları hərraca çıxarılır - SİYAHI

Naxçıvanda pensiyalar ödənildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin