BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.9326
  • RUB
    2.04
  • TRY
    0.0447
  • GBP
    2.2282
62588

Dünyanın ən böyük müqaviləli elektronika istehsalçısı olan Tayvanın "Foxconn" şirkəti süni intellekt serverlərinə yüksək tələbatın təsiri ilə IV rüb üçün tarixində ən yüksək gəlir göstəricisini açıqlayaraq bazar gözləntilərini üstələyib.

Valyuta.Az "Reuters"ə istinadən xəbər verir ki, "Apple"ın ən böyük "iPhone" yığma tərəfdaşı olan "Foxconn", bazar günü yayımladığı açıqlamada gəlirlərinin 15,2% artaraq 2,13 trilyon Tayvan dollarına (64,72 milyard ABŞ dolları) çatdığını bildirib.  

Bu rəqəm həmçinin "LSEG SmartEstimate"nin 2,1 trilyon Tayvan dolları proqnozunu də üstələyib. Bu platforma daha dəqiq proqnozlar təqdim edən analitiklərin fikirlərinə daha çox önəm verir.  

"Foxconn" bildirib ki, bulud və şəbəkə məhsulları bölməsi üçün möhkəm "AI" server tələbatı güclü gəlir artımına səbəb olub. Şirkətin müştəriləri arasında "Nvidia" kimi "AI" çip istehsalçıları da yer alır.  

Ağıllı istehlak elektronikası, o cümlədən "iPhone"lar üzrə isə illik gəlir artımı "təxminən sabit" olaraq qalıb.  

Dekabr ayı üzrə ümumi gəlir isə 654,8 milyard Tayvan dolları (təxminən 20,5 milyard ABŞ dolları) olub ki, bu da illik müqayisədə 42,3% artım və ay üçün indiyə qədərki ikinci ən yüksək göstəricidir.  

"2025-ci ilin I rübündə ümumi fəaliyyətlər tədricən ənənəvi mövsümi durğunluq dövrünə daxil olub", - "Foxconn" hazırkı rübə dair perspektivini şərh edərkən bildirib.  

"2024-cü ilin IV rübündə rekord səviyyədə gəlir əldə olunmasına baxmayaraq, I rübün ardıcıl göstəriciləri son beş ilin orta səviyyəsinə yaxın olacaq; ötən illə müqayisədə isə əhəmiyyətli artım gözlənilir."  

Rəsmi olaraq "Hon Hai Precision Industry" adlanan şirkət əlavə detallar təqdim etməyib və rəqəmsal proqnozlar paylaşmayıb.  

"Foxconn"un səhmləri ötən il 76% artaraq, Tayvan bazarının 28,5%-lik ümumi artımını əhəmiyyətli dərəcədə üstələyib. Cümə günü gəlir məlumatlarının açıqlanmasından əvvəl səhmlər 0,8% ucuzlaşsa da, bazar göstəricisi 0,3% artım göstərib.  

Qeyd edək ki, şirkət IV rüb gəlir hesabatını 14 martda detallı şəkildə təqdim edəcək.  

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ağdam rayonunun bu ərazisində fərdi evlər əsaslı təmir olunacaq

“Landmark” Biznes Mərkəzi satıldı - Ofislər bağlandı

“Landmark” Biznes Mərkəzi satıldı - Ofislər bağlandı

Naxçıvan əhalisinin sayı açıqlandı

Naxçıvanda orta aylıq nominal əməkhaqqı 774,5 manat olub

Havaya görə bu sahədə işlər dayandırılmalıdır! - Rəsmi

Sabah səhər yağıntılar tədricən kəsiləcək

Qalmaqallı blogerlə əməkdaşlığın biznesin imicinə təsiri

Fərhad Əhmədovun xidməti və şirkətinə məxsus milyonluq avtomobillərə həbs qoyuldu

Banklar POS-terminallardan ildə 368 milyon qazanır - “Komissiya çox yüksəkdir”

Banklar POS-terminallardan ildə 368 milyon qazanır - “Komissiya çox yüksəkdir”

Ölkədən 50 min dollar çıxaran şirkət cərimələndi

Azərbaycan və Gürcüstan prezidentləri mətbuat bəyanatlarla çıxış edirlər

Azərbaycan və Gürcüstan prezidentlərinin təkbətək görüşü olub

ADY-dən ayrılan department müdirinə yüksək vəzifə verildi

Azərbaycanlıların Türkiyədə mənzil alışı azalıb - Nə qədər alıblar?

DSMF-nin yeni sədri kimdir?

Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyin olundu

Satış adamı olub-olmadığımızı necə anlayaq? - Test

Makaron istehsalı 2 dəfədən çox artdı

Ziraat Bank-ın Müşahidə Şurasına yeni müstəqil üzv təyin edilib

"PAŞA Bank"ın aktivləri yarım milyard manata yaxın azalıb - Hesabat

"PAŞA Bank"ın aktivləri yarım milyard manata yaxın azalıb - Hesabat

Tələbat çoxdur - Amma istehsalı azalır

Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiber üsulla oğurlanıb

“Vosmoy” bazarının ətrafında küçə ticarəti yığışdırılıb

Azərbaycanda bütün limanlar bağlandı

Bakıda "Bağırov" körpüsünü su basdı

Neftimizin qiymətində cüzi azalma qeydə alınıb

Azərbaycan dünyada internetin sürətinə görə neçəncidir?

Bakıda kirayə verməklə evin pulunu 20 ilə çıxarmaq olar

Bakıda kirayə verməklə evin pulunu 20 ilə çıxarmaq olar

Bakıda taksi kəskin bahalaşdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin