BAKU Azərbaycan
18.03°C
  • USD
    1.7
  • EUR
    1.9241
  • RUB
    2.1329
  • TRY
    0.0436
  • GBP
    2.2869
62363

"OpenAI" cümə günü öz strukturunu yenidən qurmaq planlarını açıqlayaraq, "gözləniləndən daha çox kapital toplamağı asanlaşdırmaq" məqsədilə ictimai fayda korporasiyası yaradacağını və mövcud qeyri-kommersiya qurumunun tətbiq etdiyi məhdudiyyətləri aradan qaldıracağını bildirdi.  

Valyuta.Az xəbər verir ki, şirkətin yüksək səviyyəli yenidənqurma planı ilə bağlı detallı açıqlaması, sentyabr ayında "Reuters"in dərc etdiyi və korporativ nəzarətçilər, eləcə də İlon Mask (Elon Musk) kimi texnologiya sahəsindəki nüfuzlu şəxslər arasında müzakirələrə səbəb olan xəbəri təsdiqlədi. Bu dəyişikliklərin "OpenAI"nin qeyri-kommersiya qurumuna aktivlərini ədalətli şəkildə bölüşdürməsi və süni intellekt inkişaf etdirərkən mənfəət əldə etməklə ictimai fayda yaratmaq arasında tarazlıq qurması məsələsinə necə təsir göstərəcəyi müzakirə mövzusu idi.  

Təklif olunan plana əsasən, "ChatGPT" istehsalçısının mövcud kommersiya bölməsi Delaver ştatında yerləşən ictimai fayda korporasiyasına ("PBC") çevriləcək. Bu strukturun məqsədi yalnız səhmdar maraqlarını deyil, həm də cəmiyyətin maraqlarını nəzərə almaqdır.  

"OpenAI", insan zəkanını aşan ümumi süni intellekt ("AGI") yaratmaq üzrə baha başa gələn fəaliyyətlər üçün əlavə sərmayələr cəlb etmək məqsədilə dəyişikliklər etməyə çalışır.  

Şirkətin son maliyyə raundu 157 milyard dollar dəyərində qiymətləndirilmişdi və bu investisiya raundu "ChatGPT" istehsalçısının iki il ərzində öz korporativ strukturunu dəyişməsi və sərmayədarlar üçün mənfəət məhdudiyyətini aradan qaldırmasından asılı idi. Bu barədə "Reuters" oktyabr ayında məlumat vermişdi.  

Eyni zamanda, qeyri-kommersiya qurumu müstəqil maliyyə müşavirləri tərəfindən müəyyən ediləcək səhmlər formasında "PBC"də "əhəmiyyətli marağa" sahib olacaq. "OpenAI" bu qurumun "tarixdə ən yaxşı resurslarla təmin olunmuş qeyri-kommersiyalardan biri" olacağını bildirdi.  

2015-ci ildə tədqiqat yönümlü qeyri-kommersiya təşkilatı kimi fəaliyyətə başlayan "OpenAI", süni intellekt inkişafının yüksək xərclərini qarşılamaq üçün dörd il sonra kommersiya bölməsi yaratdı. Onun qeyri-adi strukturu keçən il diqqət mərkəzində idi. O vaxt "OpenAI"nin baş direktoru Səm Altman (Sam Altman) işdən çıxarılsa da, əməkdaşların etirazlarından sonra bir neçə gün ərzində yenidən vəzifəsinə qaytarıldı.  

Kritik addım  

"Biz yenidən gözlədiyimizdən daha çox kapital cəlb etməliyik. İnvestorlar bizi dəstəkləmək istəyirlər, lakin bu səviyyədə kapital üçün ənənəvi səhmlərə və daha az fərdiləşdirilmiş struktura ehtiyac duyurlar," "Microsoft" tərəfindən dəstəklənən startap cümə günü bildirib.  

"Aİ inkişafına böyük şirkətlərin hazırda yüz milyardlarla dollar sərmayə qoyması, 'OpenAI' üçün missiyanı davam etdirmək üçün nələrin lazım olduğunu göstərir."  

Startapın ictimai fayda şirkəti ("PBC") yaratmaq planları, son vaxtlar milyardlarla dollar vəsait toplayan və oxşar struktura malik rəqibləri, məsələn, "Anthropic" və Maska məxsus "xAI" ilə uyğunlaşacaq.  

Keçən ay "Anthropic" mövcud investor "Amazon.com"dan ("AMZN.O") 4 milyard dollar sərmayə cəlb edib, "xAI" isə dekabrın əvvəlində təxminən 6 milyard dollar səhmdar maliyyəsi toplayıb.  

"Elan edilən əsas məqam odur ki, 'OpenAI'nin kommersiya məqsədli tərəfi startapın fəaliyyətini və biznesini idarə edəcək," "DA Davidson & Co" şirkətinin analitiki Gil Luria bildirib.  

"Bu, şirkətin kapital toplamağa davam etmək üçün atmalı olduğu kritik addımdır," Luria əlavə edib, lakin bu addımın "OpenAI"nin birbaşa ictimaiyyətə açılmasını tələb etmədiyini də qeyd edib.  

Lakin startap planında bəzi maneələrlə qarşılaşa bilər.  

"OpenAI"nin həmtəsisçisi və hazırda onun ən sərt tənqidçilərindən biri olan Mask bu planı dayandırmağa çalışır. O, avqust ayında "OpenAI" və Sem Altmanı məhkəməyə verib. Mask iddia edir ki, "OpenAI" süni intellektin inkişafını sürətləndirmək məqsədilə mənfəəti ictimai faydadan üstün tutaraq müqavilə şərtlərini pozub.  

Bu ayın əvvəlində "OpenAI" federal hakimi Maskın tələbini rədd etməyə çağırdı və Maskla bağlı mesajların böyük bir hissəsini yayımlayaraq, onun əvvəlcə "OpenAI"nin mənfəət məqsədli statusunu dəstəklədiyini, lakin şirkətdə çoxluq payı və tam nəzarət əldə edə bilmədikdən sonra uzaqlaşdığını bildirdi.  

"Meta Platforms" ("META.O") da "OpenAI"nin mənfəət məqsədli şirkətə çevrilməsinin qarşısını almaq üçün Kaliforniya baş prokurorunu hərəkətə keçməyə çağırır. Bu barədə "Reuters" tərəfindən görülmüş bir məktubda qeyd edilib.  

Tulane Hüquq Məktəbinin korporativ hüquq üzrə professoru Enn Lipton (Ann Lipton) bildirib ki, ictimai fayda korporasiyası olmaq statusu bir şirkətin mənfəətdən üstün missiyasını yerinə yetirəcəyinə zəmanət vermir. Bu status sadəcə şirkət idarə heyətindən "missiya və mənfəət arasındakı tarazlığı qorumağı" tələb edir.  

"Başqa bir korporativ forma əvəzinə faydalı forma seçməyin yeganə səbəbi ictimaiyyətə bəyanatdır," Lipton qeyd edib. "Bu, əslində, hər hansı ciddi tətbiq gücünə malik deyil."  

Əməliyyatda şirkətin nəzarət payına sahib səhmdarlar ictimai fayda şirkətinin missiyasına nə qədər yaxın qalacağını müəyyən edirlər, deyə Lipton əlavə edib.

Rəhim

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Harri Potter"un gənc aktyorları nə qədər qazandı? - Hoqvartsın sərvətləri

Bu ölkə Azərbaycana arını baldan baha satıb - ədədi 42 manatdan

Bank kartlarının üzərindəki 16 rəqəm nə deyir?

Dövlət Məşğulluq Agentliyi 1,2 milyonluq məsləhət xidməti alır

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Napoleonun şəxsi qılıncı rekord qiymətə satıldı

Döyülən direktor işdən çıxarıldı

Vatsapa daha bir yeni funksiya gəldi

Vəzifəli şəxs evinin həyətində ölü TAPILDI - FOTO

"Hər maşını 100-200 manata satmışam" - Cəlilabadlı gəncin qazanc yeri

Bakının bu kəndi yenilənir (RƏSMİ)

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

“Orbis Group”un vergi borcu 2,8 milyon manata çatdı

Reklamlı abunəliklər yüksəlişdə: Pulsuz "Netflix" mümkün ola bilərmi?

Dövlət Agentliyində yeni təyinat(FOTO)

Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılıb

Sabah Bakıda hava yağmursuz olacaq

Şahin Bağırov müavininin rütbəsini qaldırdı (FOTO)

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Son 5 ildə nəqliyyat idxalına nə qədər xərc çəkilib? – CƏDVƏL

İlin sonuna kimi qızılın qiymətində hansı dəyişikliklər olacaq?

Bakıda qəbir yerlərinin qiyməti niyə artır?

“Sosna” yenidən cərimələndi

Misir Mərdanovdan nazirə çağırış -Uşaqları “şikəst” edirsiniz...”

Buraxılış imtahanında 8 nəfər maksimal bal topladı

Buraxılış imtahanında 8 nəfər maksimal bal topladı

Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib

Ağ Evin Təhlükəsizlik Şurasının 100-dən çox əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Azərbaycan nefti bahalaşıb

"Visa" və "Mastercard"a zərbə gəlir: Avropa antiinhisar siqnalı verir

Çində insanabənzər robotlar döyüşdürüldü

Yeni hesabat fəlakəti üzə çıxardı: AI mühəndisləri şantaj etməyə çalışır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin