BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9496
  • RUB
    2.1656
  • TRY
    0.043
  • GBP
    2.2799
71015

“Dünyada belə bir praktika var. Ancaq bunu nazirin özünə də demişəm ki, sosial şəbəkələrdə müəllimlərin, şagirdlərin imtahanda cavab verdiyi suallara baxıram, çox narahat oluram. Üzümü tuturam o sualları yazanlara: hesab edin ki, o sualı övladınıza verirsiniz”.

Valyuta.az Bakupost.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bu fikirləri Azərbaycanın keçmiş təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov yerli mediaya açıqlamasında deyib.

Eks-nazir ardınca bildirib: “Hər bir sualda hökmən bir xüsusi yanaşma işlətməlisən ki, onu həll edəsən. Yadına düşməsə, edə bilməyəcəksən. Belə suallar vermək olmaz... Hər bir sual imtahan üçün öyrədici xarakter daşımalıdır. Bizim institutda da ”bunker müəllimləri" var. Onlara dəfələrlə demişəm ki, məktəblərdə verdiyimiz biliyə uyğun suallar hazırlayın ki, uşaq da cavablandıra bilsin. Təəssüf ki, bunu etmirlər. Hər il minlərlə qabiliyyətli azərbaycanlı gənc bu test imtahanlarından qaçaraq xarici ölkələrə gedir. Ən qabiliyyətlilər. Niyə? Çünki belə imtahanlar var".

M.Mərdanov qeyd edib ki, hər zaman Azərbaycanda keçirilən formada test imtahanının əleyhinə olub: “İlk növbədə imtahanlarda verilən suallar orta məktəb şagirdlərinin səviyyəsinə uyğun olmalıdır. Bəlkə də bu, repetitorluğun heç olmasa bir az azalmasına səbəb ola bilər”.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb:

“Mən Misir müəllimin mətbuatda verdiyi açıqlamaları ilə tanışam. Baxmayaraq ki, zamanında onun fəaliyyəti ilə razı olmamışam. Amma qəbul və buraxılış imtahanları ilə bağlı fikirlərinə hörmətlə yanaşıram, burada həqiqət payı var. Doğrudan da, biz qəbul imtahanlarını bu qədər çətin etməməliyik. Universitetlərə qəbul bu dərəcədə çətin olmamalıdır. Misir müəllim qeyd edir, bu gün savadlı gənclərimizin bir çoxu xarici universitetləri seçməyə üstünlük verir. Bunun əsas səbəblərindən biri də məhz yerli universitetlərə qəbulun çox çətin olmasıdır. Mən də razıyam ki, bizim bir çox istedadlı gənclərimiz SAT kimi beynəlxalq imtahanlardan uğurla keçərək xarici universitetlərə qəbul alırlar. Bu reallıq bizə göstərir ki, mövcud qəbul sistemi üzərində ciddi düşünmək və müvafiq islahatlar aparmaq zəruridir. Bizim DİM-in imtahanları ilə uğur qazanaraq xarici universitetlərə düşmək olmur. Xarici universitetlərə qəbul prosedurları yerli qəbul sistemindən xeyli fərqlənir. Misir müəllimin də qeyd etdiyi kimi, beynəlxalq ali məktəblərə qəbul olmaq üçün müxtəlif yanaşmalar mövcuddur. Məsələn, ABŞ-da fəaliyyət göstərən universitetlərə qəbul üçün əsasən iki əsas test - SAT riyaziyyat və SAT xarici dil (adətən ingilis dili) üzrə imtahanlar tələb olunur. Bu imtahanlar bizim qəbul testlərindən fərqli olaraq daha çox məntiqi düşüncəyə, analiz qabiliyyətinə əsaslanır”.

İlqar Orucov qeyd edib ki, məsələ təkcə bu testlərlə məhdudlaşmır: “Xarici universitetlər yalnız imtahan nəticələrinə deyil, eyni zamanda abituriyentin şəxsi keyfiyyətlərinə, əvvəlki uğurlarına, akademik nailiyyətlərinə, sosial və idman fəaliyyətlərinə, ictimai fəallığına da ciddi diqqət yetirirlər. Yəni, qəbul prosesi daha kompleks və çoxşaxəlidir. Bu isə o deməkdir ki, abituriyentin ümumi potensialı qiymətləndirilir, təkcə test nəticəsi ilə məhdudlaşmır. Əlbəttə, söhbət nüfuzlu və ciddi akademik nüfuza malik olan universitetlərdən gedir. Bizim ölkədə universitetlərə qəbul olmaq üçün abituriyentlərə çox əziyyət veririk. Şagirdlərimiz bir neçə fəndən əlavə hazırlığa getməyə məcbur olurlar. Bu da repetitorluq fəaliyyətinin geniş yayılmasına gətirib çıxarır.

Özüm də zamanında repetitor kimi fəaliyyət göstərmiş biri kimi valideynlərlə, müəllimlərlə çox söhbətlər aparmışam. İmtahana düşən sualların mahiyyətindən xəbərim var. Suallar indi tərtib olunmur ki, əvvəllər də belə idi. Suallar kifayət qədər çətindir. Təəssüf ki, bu gün valideynlər məktəbə yox, repetitor müəllimin verdiyi dərslərə ümid bəsləyir. Məktəb isə bir kənarda qalır. Hətta bəzi müəllimlər də məktəbdə tədrisə deyil, test imtahanlarında düşə biləcək suallara fokuslanır. Nəticədə məktəb sadəcə formallığa çevrilir, təhsil isə öz mahiyyətini itirir. Uşaqlar isə qalıb yollarda, repetitorların qapısında...

Bu ciddi paradoks və uyğunsuzluqdur. Təəssüf ki, bu vəziyyət həm gənclərin təhsilini, həm də cəmiyyətin gələcəyini təhlükə altına qoyur. Biz təhsili daha humanist, ədalətli və şagirdin inkişafını nəzərə alan istiqamətə yönəltməliyik. Dövlət İmtahan Mərkəzinə və Məleykə xanımın fəaliyyətinə hər zaman hörmətlə yanaşmışam. Amma reallıq budur, mütləq dəyişiklik edilməlidir".

Yeri gəlmişkən, Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə təhsil sahəsində ekspert kimi tanınan şəxslərin çıxışlarına etiraz edib. M. Abbaszadə bu fikirləri DİM-in bugünkü (23 may - red.) brifinqində səsləndirib: “Ekspertlərin hər şeydən əvvəl vicdanı olmalıdır. Mən başa düşə bilmirəm ki, bu insanlara ekspert adını kim verib? Neçə il ali və ya orta məktəbdə dərs deyiblər, hansı elmi məqalələri yazıblar, beynəlxalq konfranslarda çıxış ediblər?”

DİM rəhbəri qeyd edib ki, sosial şəbəkələrdə - xüsusilə Facebook və TikTok kimi platformalarda fikir bildirmək heç də ekspert olmaq anlamına gəlmir: “Sosial mediada nəsə yazmaqla insan ekspert olmur. Təhsili nədir? Hansı universiteti bitirib, nə vaxt bitirib? Mən sadəcə adını, soyadını eşidim, sizə deyim o neçə balla həmin universitetə daxil olub. Onda görək, kim necə ‘təhsil eksperti’ olub. Məleykə Abbaszadə əlavə edib ki, imtahanların nəticələri şəffaf şəkildə təqdim olunur və bu nəticələrə hər kəs - həm abituriyent, həm də valideyn özü baxa bilir:”O müəllim ki, əvvəlcədən deyir bu uşaq yaxşı oxuyur, amma düzgün qiymətləndirilməyib - o sadəcə özünü düz danışan kimi göstərmək istəyir. Əslində isə proses açıq və obyektiv şəkildə aparılır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Unicapital”da “köhnə hamam, köhnə tas”- biznes itkiləri 375 milyonu ötdü

Azərbaycan ən çox bu ölkələrdən vafli alır

Avro və rubl ucuzlaşıb

"Bitcoin" bir az da gerilədi - Altcoinlər də dəyər itirir

İşdə uğur qazanmağın yolu - Motivasiya niyə vacibdir? - SƏHƏR OXUSU

97 min manat borcu olan şirkət kimindir?

"OpenAI" xəbərdarlıq edir: ChatGPT vasitəsilə bioloji silahların yaradılması riski artır

Otellərin ulduz reytinq sistemi nədir?

Otellərin ulduz reytinq sistemi nədir?

Cəbrayılda xəstəxana tikintisi ilə bağlı daha bir tender

Azərbaycan startapı Clopos 800 min dollar investisiya alıb

Sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllim əlavə dərs saatı tələb edə bilər?

Süni intellekt ofislərdə yeni normaya çevirilir - ABŞ-da artıq 40 faizdir...

10 manatlıq şirkətin 109 min manat vergi borcu var

"Microsoft" "Windows 10"a dəstəyi dayandırır: İstifadəçilər imtina edir

Nazirliyin idarəsi bu şirkətdən 19 milyonluq dəftərxana və təsərrüfat malları alır

Bu MMC-nin baş direktoru əmək müqaviləsinə əməl etməyib

İcra başçısı ilə yanaşı bir il əvvəl təyin edilən müavini də tutulub - SİYAHI+FOTOLAR

İcra başçısı ilə yanaşı bir il əvvəl təyin edilən müavini də tutulub - SİYAHI+FOTOLAR

Türkiyə "Google"a qarşı araşdırmaya başladı

48 saat əvvəl sifariş, 18 karatlıq qızıl qaşıqla servis ... - Status simvolu qida

Bu agentliyə məxsus avtomobil hərraca çıxarılır

Rəsmiyyə Həşimovaya vəzifə verildi

Sabah rəsmi iş günü olacaq - QƏRAR

Ötən sertifikasiyadan keçə bilməmişdi, bu il 59 bal topladı

2025-ci ildə səyahət edə biləcəyiniz ən az büdcəli 10 ölkə - Səyyah

2025-ci ildə səyahət edə biləcəyiniz ən az büdcəli 10 ölkə - Səyyah

Bu ölkədən ədədi 1845 manatdan binokl almışıq

"Apple" Trampın tələbinə baxmayaraq, Hindistanda "iPhone" istehsal edəcək

Ronaldo karyerası bitdikdən sonra necə qazanacaq?

Bakının bu küçəsində avtomobillərlə hərəkət məhdudlaşdırılacaq

Ağdamın bu kəndlərində tibb məntəqələri tikiləcək – 700 min manatlıq layihə

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin