BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
59593

Bütün banklarda 12%-ə qədər yerləşdirilən əmanətlər qorunur. Hər hansı bir bank bağlansa belə, banka mədaxil etdiyimiz illik 12% gəlirli əmanətimiz tam şəkildə dövlət tərəfindən sığortalanır. Bu qaydalara görə, əmanətinizi hansı bankda yerləşdirməyinizin əhəmiyyəti azdır, çünki bank bağlansa belə, dövlət həmin pulu sizə ödəyəcək.

Banka depozit yerləşdirərkən yalnız sığortalanan 12%-ə baxmaq kifayət etmir. Yəni depozit yerləşdirərkən sırf bu sığortalanan 12%- dən başqa bizim üçün üstünlükləri olsun deyə nələrə diqqət etməliyik? 

“FINANCE MASTERS GROUP” şirkətinin təsisçisi və baş direktoru, “NAS PROJECT BOKT” ASC-nin Baş maliyyə inzibatçısı, maliyyə və bank eksperti Xəyal Məmmədli Valyuta.az-a açıqlamasında bildirib ki, banklar Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bu fonda xidmət haqqı ödəyirlər. Buna əsasən də, bütün banklarda müştərilərin əmanətlərinin müəyyən qanunvericilik şərtləri daxilində qorunmasını təmin edir. Əmanətlərin Sığortalanması Fondu əmanətləri milli və xarici valyutalar üzrə müxtəlif faizlərlə qoruyur. Bu şərtlər bütün banklar üçün eyni olsa da, diqqət ediləsi müxtəlif məsələlər də var.

X.Məmmədli qeyd edib ki, burda önəmli məsələlərdən biri əmanət vaxtından əvvəl götürüldükdə faizlərin hesablanmasıdır:

"Bəzi banklarda vaxtından əvvəl götürülən əmanət üçün heç bir faiz hesablanmır, digərlərində isə müəyyən müddətə görə faizlər hesablanır. Məsələn, üç aya qədər faiz hesablanmır, altı aya qədər müəyyən faiz verilə bilər və il sonunda isə faiz dərəcəsi daha yüksək ola bilər. Müqavilə imzalamadan əvvəl bu şərtlərə diqqət etmək vacibdir. Müştəri vaxtından əvvəl əmanəti götürən zaman bu məsələ onun yadına düşür. Öncədən bilsək, yaxşıdır".

X.Məmmədli bildirib ki, əmanət girovlu kredit və kredit xətti də diqqət edilməli məsələdir: 

"Müştəri bəzən əmanətini vaxtından əvvəl götürmək istəmir, amma qısa müddətli maliyyə ehtiyacı yaranır. Bu halda, əmanətin girovu ilə kredit götürmək mümkündür. Banklar, adətən, əmanətin faiz dərəcəsinə əlavə olaraq müəyyən faizlə kredit verirlər. Əmanət girovlu kreditin faiz dərəcəsi adətən əmanət faizinin üzərinə 3% əlavə edilir, amma bəzi banklarda bu faiz daha yüksək ola bilər. Krediti rəsmiləşdirərkən xidmət haqqı və ya komissiya ödənib-ödənilmədiyini də yoxlamaq lazımdır". 

"Daha bir önəmli məqam isə, bankın xidmət keyfiyyətidir. Məsələn, onlayn xidmətin mövcudluğu, onlayn arayış almaq, və ya onlayn kredit almaq imkanları bank seçərkən nəzərə alınmalıdır. Həmçinin, bankın müqavilə şərtləri ilə tanış olmaq və bu məsələlərə diqqət etmək müştərilər üçün çox önəmlidir. Nəticə etibarilə, əmanət qoyarkən yalnız faiz dərəcələrinə deyil, həmçinin bankın şərtlərinə, xidmət keyfiyyətinə və digər şərtlərə də diqqət yetirmək lazımdır", - deyə ekspert vurğulayıb.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Deputata məxsus olduğu deyilən şirkət 10 milyonluq tender uddu

İstanbuldan Gəncə və Naxçıvana aviabiletin qiymətləri məlum oldu

Avtobus sürücülərinə tapşırıq verildi -RƏSMİ

Bu il qurban kəsmək neçəyə başa gələcək?

Azərbaycanda yaxın gələcəkdə çoxmərtəbəli binalara qaz verilməyəcək

Azərbaycanda vətəndaşlar istilik xidmətini özəl sektordan da ala biləcəklər

Sabah yağış yağacaq, dolu düşəcək

“Azərlotereya” 2024-cü ildə 92.4 milyon vergi ödəyib®

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Hövsanda yerləşən restoran 1 milyon manata satılır

Ramiz Mehdiyevin gəlini bankdakı payını artırıb - Qardaşının payı azalıb

Komitə banklarda uşaqların adına kart açılmasına qadağa qoyulmasını təklif edir

Nəsli kəsilmiş quşun bir lələyi 48 min manata satıldı

"Mall"larda parkinq qiyməti qalxdı

Bakıda daha bir məşhur restoran sökülür - VİDEO

Firdovsi Məmmədov icraçı direktor təyin olundu

Universitet müəllimləri də MİQ imtahanı verəcək?

Azərbaycanda ən dərin zəlzələlər bu ərazidə baş verir

Nizami rayonunun icra başçısına yeni müavin təyin olundu - FOTO

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

"WhatsApp"da yeni dövr - İstifadəçilər telefon nömrəsi paylaşmadan yazışa biləcək

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Dərmanlarla bağlı yeni QƏRAR

Səs-küy salan qonşuları hansı cəza gözləyir?

"Meta" atom elektrik stansiyasının fəaliyyətini dəstəkləyəcək

Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi

Şifahi tərcümənin görünməyən məqamları

Yasamalda yerləşən uşaq bağçası satışa çıxarılıb - QİYMƏT

Neftin qiyməti 70 dollara yaxınlaşır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin