BAKU Azərbaycan
23.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
55972

Xalis mənfəətin təsisçilər (payçılar) və yaxud səhmdarlar arasında bölüşdürülməsi dividend hesab edilir.

Valyuta.az bu barədə vergi məsələləri üzrə ekspert Nahid Tağıyevin şərhini təqdim edir: 

1. Xalis mənfəətin təsisçilər (payçılar) və yaxud səhmdarlar arasında bölüşdürülməsi dividend hesab edilir:

“Məsələn, şirkətin iki təsisçisi var, hər birinin iştirak payı 50 %-dir. Şirkətin il ərzində ümumi gəliri 100 min manat, xərcləri 80 min manat olub və 20 min mənfəətə görə 20 %, yəni 4 min manat mənfəət vergisi ödəyib. 

Şirkət hesabat ilinin sonunda 16 min manat xalis mənfəəti təsisçilər arasında 50 % paylarına uyğun olaraq bərabər şəkildə ( hər birinə 8 min manat) bölüşdürür. Təsisçilərə ödənilən 8 min manat dividend hesab edilir”.

2. Hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin bölüşdürülməsi) dividend sayılır:

“Məsələn, şirkətin 2022-ci il ərzində xalis mənfəəti 50 min manat olub. Şirkət təsisçilərinin qərarına əsasən xalis mənfəətin 30 min manat hissəsini təsisçilər arasında bölüşdürmədən daşınmaz əmlakın alışına xərcləyib. Həmin şirkət təsisçilərin qərarına əsasən 2023-cü ildə ləğv edilib. Şirkətin ləğv tarixinə aktivləri 80 min manat (nizamnamə kapitalı 50 min, xalis mənfəət hesabına alınmış daşınmaz əmlak 30 min manat) olub. Bu halda, ləğv zamanı təsisçilər arasında bölüşdürülən 30 min manat daşınmaz əmlakın dəyəri dividend hesab ediləcəkdir”.

3. Səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend hesab edilir:

“Məsələn, səhmdar cəmiyyətin nizamnaməsinə müvafiq olaraq 2022-ci ildə min ədəd səhminin hər birinin nominal dəyəri 10 manat olub və həmin ildə 20 min xalis mənfəəti olub. Həmin ilin yekunlarına dair səhmdarların ümumi yığıncağının qərarına əsasən xalis mənfəətin 2 min hissəsi hesabına səhmlərin nominal dəyəri 2 manat artırılaraq 12 manat müəyyən edilib.

Şirkət 2023-cü ildə min ədəd səhmindən 200 ədədini ödəniş edərək səhmdarlardan geri alıb. Bu halda, bir vahidinin nominal dəyəri 12 manat ümumi nominal dəyəri isə 2 min 400 manat olan 200 ədəd səhmin xalis mənfəət hesabına artırılan və səhmdarlara ödənilən 400 manat hissəsi dividend kimi qiymətləndiriləcək”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

Son 5 ildə nəqliyyat idxalına nə qədər xərc çəkilib? – CƏDVƏL

İlin sonuna kimi qızılın qiymətində hansı dəyişikliklər olacaq?

Bakıda qəbir yerlərinin qiyməti niyə artır?

“Sosna” yenidən cərimələndi

Misir Mərdanovdan nazirə çağırış -Uşaqları “şikəst” edirsiniz...”

Buraxılış imtahanında 8 nəfər maksimal bal topladı

Buraxılış imtahanında 8 nəfər maksimal bal topladı

Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib

Ağ Evin Təhlükəsizlik Şurasının 100-dən çox əməkdaşı vəzifəsindən kənarlaşdırılıb

Azərbaycan nefti bahalaşıb

"Visa" və "Mastercard"a zərbə gəlir: Avropa antiinhisar siqnalı verir

Çində insanabənzər robotlar döyüşdürüldü

Yeni hesabat fəlakəti üzə çıxardı: AI mühəndisləri şantaj etməyə çalışır

"Bitcoin" 108 min dollara düşdü

İş yerində diqqət dağınıqlığı - 7 üsulla xilas ola bilərik - SƏHƏR OXUSU

"Ticarət bir daha heç vaxt əvvəlki kimi olmayacaq" - ECB prezidenti

QSC valyuta vəsaitlərini ölkəyə qaytarmadığına görə cərimə edilib

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

"Apple" ağıllı eynəklərinin buraxılış tarixi məlum oldu

“Azeri Med” daha bir tenderin qalibi seçildi

Avropa ölkəsi yeddi saatlıq iş rejiminə keçə bilər

Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlandı

10 manatlıq şirkətin onluq vergi borcu üzə çıxdı

Bill Qeyts və Stiv Cobsun rəqabəti necə başladı? - Biznes filmləri

Pakistanın Baş naziri bu tarixdə Azərbaycana səfər edəcək

Süni intellekt kriptovalyutanı necə oğurlayır?

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək

Dünyada yeni kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin