BAKU Azərbaycan
21.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8907
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2456
55800

Azərbaycanda “uşaqpulu” adlandırılan müavinətin verilməsi hər il müzakirə olunur. Bu müzakirələri əsasən yeni doğulan körpələrin sayındakı azalma yaradır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul ayları ərzində 58 min 401 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11-dən 9,8-ə düşüb. 

Yəni bəziləri hesab edirlər ki, valideynlər gəlirlərinin azlığından 1 və ya 2 uşaqdan çox uşaq istəmirlər.

2006-cı ilə qədər ölkədə uşaqların təminatı nəzərə alınmadan hər uşağa aylıq olmaq şərtilə uşaqpulu ödənilirdi. Sonradan bu müavinətin verilməsi dayandırıldı, uşaqların sağlamlığı və onların ailələrinin maddi durumu nəzərə alınmaqla bir neçə adda sosial müavinət müəyyən edildi.

Hazırda Azərbaycanda uşaqlara hansı müavinətlər verilir?

Valyuta.az həmin müavinətləri təqdim edir:

Çoxuşaqlı ailələrə 18 yaşına çatmamış hər uşağa görə 105 manat sosial müavinət ödənilir. Qanunvericiliyə görə çoxuşaqlı ailə 6 və daha çox uşağı olan ailə hesab edilir. Yəni 5-dən artıq uşağı olan ailələr bu müavinəti ala bilərlər. Bu müavinət beşdən çox uşaq doğub tərbiyə edən qadınlara uşaqların sağ olması şərti ilə və altıncı uşaq bir yaşına çatdığı halda verilir.

Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 120 manat məbləğində müavinət müəyyənləşdirilib.

1 yaşınadək uşağı olan aztəminatlı ailələrə, əgər ailənin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım almaq hüququ varsa, uşağın bir yaşı tamam olan ayın sonunadək 100 manat ödənilir.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası övladlığa götürülən uşaq üçün 200 manat, 0-18 yaş arası 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaq üçün 600 manat müavinət ödənilir.

Bundan başqa uşaqlara qulluğa görə, ailə başçısını itirməyə görə və bir neçə adla uşaqların böyüməsi, yaşaması üçün müavinətlər təqdim edilir.

Bəs uşaqpulunun yenidən verilməsi mümkündürmü? Yaxud verilməlidirmi?

Bu barədə fikirlərini Bizim.Media ilə bölüşən VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bunun izahı doğru şəkildə verilmədiyinə və müvafiq qurum bunun izah yolunu doğru tapmadığna görə belə müzakirələr yaranır:

Prinsip odur ki, ailəsinin gəlir səviyyəsi yetərincə olmayan bütün uşaqlara müavinət verilməlidir.

“Bəzən populistcəsinə bunu gündəmdə istifadə etməyə çalışıb, müəyyən vəziyyəti fərqli şəkildə göstərmək istəyirlər. Təbii ki, bu da başadüşüləndir. Çünki insanlar dəqiq məlumatlı olmayanda bunun keçmiş sovet dövründə olan formata uyğun, eynilə tətbiqini tələb etməyə başlayırlar. 

Əslində “uşaqpulu” mahiyyətcə ayrı-ayrı formalarda verilən müavinət şəklidir. Sadəcə, prinsip odur ki, ailəsinin gəlir səviyyəsi yetərincə olmayan bütün uşaqlara müavinət verilməlidir. Onların idman, sağlamlıq, təhsil, qida və başqa tələbatlarını gerçəkləşdirmək üçün bu vəsait verilməlidir”.

Müsahibimiz bildirib ki, bu vəsaitin verilməsi çox vaxt cəmiyyətdə çoxalan işsizliklə bağlı tələblər üzərindən səsləndirilir:

“Çünki ailələrin xeyli hissəsinin gəliri məhdudlaşıb, işsizlik problemi, məşğulluqla bağlı məsələlər var və onlar çıxış yolunu özləri işləmədən də uşaqpulu vasitəsilə ailənin təminatını həyata keçirməkdə görürlər. Əslində, layiqli məşğulluq məsələsi təmin olunsa, onda bu tələblərin özü də azalacaq. Çünki ailəyə müəyyən əmək şəraitində normal əmək fəaliyyətindən gəlirlər daxil olanda artıq başqa mənbələr axtarmağa o qədər də meyilli olmurlar. 

Ona görə də biz böyük sayda əhalisi olan ölkə deyilik, burada bütün uşaqların müəyyən datalarını çıxarıb, hansı uşağın nəyə ehtiaycı olduğunu müəyyən etməkdə çətinlik çəkmərik. Bunu rayonlar üzrə də etmək olar. Biz məhz uşaqların sağlam böyüməsi və hamısını əhatə etməsi üçün ailə prinsipi üzərindən bu məsələni həyata keçirə bilərik. Ailələrin də sosial şərtləri dəyişə, yoxsullaşa bilər, yoxsullaşdıqca bu kateqoriyaya daxil edilib dövlət tərəfindən müavinət verilə bilər”.

Müsahibimiz hesab edir ki, müxtəlif müavinət növlərinin sayını artırmaq lazımdır:

“20 müavinət növü ola bilər, amma hamını, bütün imkansız, yoxsul yaxud ortabab səviyyədə yaşayan ailələrin uşaqlarını əhatə edəcək qədər layiqli müavinət verilməsi nəzərdə tutula bilər. Ona görə də bunun adı uşaqpulu deyil, uşaq müavinəti kimi qalsın və müxtəlif tələblərə cavab verən səviyyədə uşaqların bu vəsaitlə təmin olunmasına gətirib çıxaracaq. Mən hər zaman bunu söyləyirəm, əvvəlcə 0- 6 yaş kateqoriyasının, daha sonra isə sonra 6-12 yaşlı uşaqların məsələsi həll edilməlidir.

Əgər sonra imkan olarsa, 12-18 yaşlı nə qədər uşağın müavinətlə təmin olunması nəzərdə tutula bilər”.

© Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Yuanın beynəlxalq ödənişlərdə neçənci yeri tutduğu üzə çıxdı

İqtisadçı Kopılova Rusiya iqtisadiyyatının üç problemini açıqladı

"Badamdar Estates" məcburi auditdən yayınıb?

Aİ-nin hansı ölkələri neft məhsullarının idxalından daha çox asılıdır?

DGK "Real Lift Quraşdırma" MMC-yə protokol yazdı

"Boeing" on minlərlə işçisini ödənişsiz məzuniyyətə göndərəcək

Bu ölkədə elektromobillərin sayı benzinlə işləyən maşınları keçdi - İlk dəfə

"Doktor Vidadi V.Əliyev" MMC-də sertifikasiyadan keçməyən işçilər çalışır?

Hakan Fidan: "Türkiyə BRİCS-i alternativ iqtisadi platforma hesab edir"

Avropa İttifaqında avtomobil satışları kəskin azalıb

Almaniya qazın qiymətinin baha olmasının səbəbini açıqladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Azərbaycandakı tarixi abidələrin bərpası üçün Erix Pumerə 7 milyon manat ödəniləcək

Avropa Rusiyadan qaz almasa, bu qış özünü təmin edə biləcək?

Aİ Macarıstanın büdcə ödənişlərindən 200 milyon avro tutacaq - FT səbəbi açıqladı

"Şəmkir Regional Kənd Təsərrüfatı" cərimələnib

Avropa Yaxın Şərqdən dizel alışını artırır

Bakı Tərcümə Forumu süni intellekt inqilabı əsrində dil sənayesinin gələcəyini araşdıracaq

"iPhone 16 Pro Max" Azərbaycanda 7350 manata satılır - Real qiymətindən baha

Kredit ödəyəndə diqqət edin: "MilliÖn" faiz tutur?

"Zarat İmport Export" gömrük qaydalarını pozub

“Finex Kredit”in zəifləməsi fonunda rəhbəri işdən çıxarılıb

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Bazar ertəsi işə getmək niyə işçilərə çətin gəlir?

Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak etdi (YENİLƏNİB)

Suvarılan torpaqlarla bağlı iki fərqli statistika - Hansı qurumlar nəzarət etməlidir?

Saxta yuyucu vasitələr istehsal edən sex bağlandı

Bakı və rayonlarda pensiya niyə fərqli vaxtlarda verilir?

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Daxili dövlət borcunun artması iqtisadi artıma təsir edəcək? (ŞƏRH)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin