"Sony"nin "PlayStation 5" konsolu satışı kəskin azalıb
"Sony" 30 iyunda başa çatan cari maliyyə ilinin birinci rübündə 2,4 milyon "PlayStation 5" konsolu tədarük edib ki, bu da keçən illə müqayisədə 27% azdır.
Valyuta.az xəbər verir ki, bu barədə DTF şirkətin hesabatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, ötən ilin eyni dövründə "Sony" 3,3 milyon "PlayStation 5" konsolu tədarük edib.
Tədarüklərin yavaşlaması fonunda "Sony" tam maliyyə ili üçün satış və əməliyyat mənfəəti proqnozunu yenidən nəzərdən keçirərək, onu 3% aşağı salıb. Buna baxmayaraq, "Sony"nin oyun bölməsinin ümumi satışları rüb ərzində əhəmiyyətli dərəcədə artıb və əməliyyat mənfəəti 32% artıb. Artım "PlayStation"ın eksklüziv oyunlarının satışı və rəqəmsal xidmətlərdən əldə olunan gəlir hesabına baş verib.
Eyni zamanda, aylıq "PlayStation Network" istifadəçilərinin sayı əvvəlki rüblə müqayisədə 118 milyondan 116 milyona qədər azalıb. Rəqəmsal yükləmələrin payı əvvəlki maliyyə ilində təxminən 70%-dən 80%-ə yüksəlib.
Analitiklər qeyd edirlər ki, "Sony"nin ötən rüb üçün göstəriciləri yaxşı olaraq qalır. Bununla belə, şirkət "PlayStation 5"ə tələbi artırmaq üçün qarşıdan gələn oyunlara ehtiyac duyur.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay