BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
52605

Azərbaycana gələn turistlərin 82.5 faizi Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 10 tursitdən cəmi 2-si Bakıdan kənara, rayonlara gedirlər. Turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır. Azərbaycana gələnlərin 5.0 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, xarici tursitlərin 3,9 faizi Qəbələdə, 3,6 faizi Naftalanda, 2,9 faizi Qubada, 0,5 faizi Şabranda, 1,6 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Valyuta.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

“Göründüyü kimi, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda, bu, normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər bu da xarici turistlərin cəlbinə çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiymətinin yüksək olması və keyfiyyətdə paytaxtdan geri qalması da xarici turist cəlbinə təsir göstərir”.

Deputatın sözlərinə görə, 2024-cü ilin birinci yarısında hotellərdə gecələmələrin sayı 2023-cü illin eyni dövrü ilə müqayisədə 35,8 faiz artaraq 1 milyon 852 min olub:

“Gecələmələrin ümumi sayının 66,5 faizi Bakıda, 5,3 faizi Qusarda, 4,4 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Qəbələdə, 3,3 faizi Şabranda, 2,0 faizi Lənkəranda, 1,2 faizi Xaçmazda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 8,8 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 37,1 faiz artaraq, 1 miyon 81 min olmuşdur ki, bu da ümumi gecələmələrin 58,4 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 21,1 faizi Hindistan, 7,8 faizi Türkiyə, 6,6 faizi Səudiyyə Ərəbistanı, 5,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,3 faizi ABŞ, 2,8 faizi Küveyt, 2,7 faizi Qazaxıstan, 2,4 faizi Böyük Britaniya, 2,2 faizi Çin, 2,1 faizi İsrail, 2,1 faizi Özbəkistan, 2,1 faizi Pakistan, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 22,1 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Google" "Chrome"un rekord sürətlə işlədiyini deyir, amma istifadəçilər narazıdır

3,1 milyon manat vergi borcu olan “Nubosta Trade” kimindir?

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Çin banklara "Labubu" kuklaları ilə müştəri cəlb etməyi qadağan etdi

“İnvest-Azem"in rəhbərinə “stop” qoyuldu

Məhkəmə “Euro Sport”u cərimələdi

Bələdiyyələrdə auditlər – 2024-cü ilin statistikası nə deyir?

Bakıdan bu istiqamətə əlavə reyslər təyin edildi

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

Koreya alimləri metal istifadə etmədən elektrik mühərriki yaratdı

Ən yüksək balı bu məktəbin şagirdi toplayıb

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Rektor özünə müşavir TƏYİN ETDİ

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

Bu imtahanların nəticələri açıqlandı

Bu şirkət 1500 manat cərimələndi

“Təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir”

Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək

"Formula 1" Azərbaycan Qran-Prisi üçün bilet qiymətləri açıqlandı

İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?

Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı

Dünyanın ən bahalı F1 avtomobilləri

Dünyanın ən bahalı F1 avtomobilləri

Bu universitetdə üç yeni ixtisas açıldı

Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb

Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?

La Liqanın ən bahalı heyətləri - SİYAHI

19 yaşında tapdığı problem onu milyarder etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin